Fatimə ana /gözü yaşlı və həyacanlı/
A kişi, tüstünü görər erməni,
Nə olub, a balam, qan tutub səni?
Yorğana bürünüb oturmuşuq da,
Bir az suyumuzda vardır tuluqda.
Bakıdan ümidi üzməyirəm mən,
Qarabağ göyündən çəkilər bu çən…
Azərtac /son dərəcə gözəl/
Ana, Xocalının ahı-vayları,
Qanlı çeşmələri, qanlı çayları,
Hər gecə yuxumda tufana düşür,
Bir çaylaq daşıtək həyat sürüşür…
Görürəm, Günayla məni yağılar
Tutub, ləkələnib namus, ismət, ar.
Onsuz əsirlikdən qurtulmaq çətin,
Biz qurbanı olduq ah, xəyanətin!
Doğma ocağında əsir olasan?
Dostları ilə paylaş: |