tapançanı ondan alır. Səba ilə Camal qan içində/ Namus çəkənə bax, axmağın biri,
Səni doğrayaram mən diri-diri...
SAMİR /hiddətlə/ Ləkəli namuslar yuyulur qanla,
Mənim savaşım var hələ dövranla!
Bir azdan polislər tökülüb gələr,
Əlim qandallanar, azadlıq ölər!
Fəqət, vicdanım və şərəfim təmiz,
İyrənc zamanəyə çökməyəcəm diz...
Nabat iki polislə otağa daxil olur. Polislər tapançanı Camal- dan alır. Təcili yardım da gəlir və Camalla Səbanı aparırlar xəstəxanaya. Polislər Samirin qollarına qandal vururlar. Pərdə çökür. 27 – 28. 05. 2000
289 Сечмяляр (шеирляр)
KAHADA ÖLÜM HÖKMÜ Bütün yer kürəsində öz torpaqlarında günahsız şəhid ol muş- ların müqəddəs ruhuna! İki pərdəli, dörd şəkilli mənzum dram