92
Ширин
Ханым Кяримбяйли Шадиман
Tale dəryasından qopub yelkəni,
Bərəsi dəryanın dibinə dəyir.
Girirəm otağa,
divarlar ölgün,
Baxıram, ətrafda əşyalar laldır,
Laqeydliklə məni süzürlər üzgün,
Bu
necə ömürdir, bu necə haldır?
Gözlərimin yaşı düşür yanağa,
Saatın sədası sükutu pozur.
Bu
dilsiz otaqdan oxunur giley,
Təkliyin günahın min yerə yozur.
Məndən soruşsalar deyərdim, vallah,
Ən ağır bəladır təklik dünyada.
Şadiman, nə ölüm, nə şivən, nə ah,
Onuntək insanı verməyib bada.
Dostları ilə paylaş: