Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 65
www.elkhan-suleymanov.az 4. Ermənistanın işğalı nəticəsində Azərbaycan tarixi və mədəniyyət abidələrinə dəymiş zərər Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan
hərbi birləşmələri Azərbaycan xalqının milli mədəniyyət
abidələrini də qəddarcasına ucurub dağıtmış və dünya xalqları
mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəni irsinə
misli görünməmiş zərər vurmuşdur. Ermənistan tərəfindən iş-
ğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarix və mədəniyyət
abidələrinin dağıdılması və qəsdən korlanması kimi əməlləri Si-
lahlı munaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haq-
qında Haaqa Konvensiyasının (1954-cu il), Mədəni sərvətlərin
qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının
(1970-ci il), Arxeoloji irsin muhafizəsi haqqında Avropa Kon-
vensiyasının (1992-ci il), YUNESKO-nun Ümumdünya mədəni
və təbii irsin mühafizəsi haqqında Konvensiyasının (1972-ci il)
müddəalarının ciddi və kobud şəkildə pozulması ilə müşayiət
edilmişdir.
Belə ki, hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə
ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar ma-
ğaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi
məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam,
Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, iş-
ğal olunmuş Şuşa, Lacın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli
rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü
abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniya sına məxsus
abidələr və Azərbaycan xalqının digər milli abidələri məhv edi-
lir.
Şuşa tarixi memarlıq qoruğunun ərazisində işğalcı dövlətin
silahlı qüvvələri Aşağı və Yuxarı Gövhərağa, Köcərli, Mərdinli
cumə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun,
Azərbaycan professional vokal sənətinin banisi Bülbülün ev
müzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Fi-