4. Øirin xþrÿklÿr vÿ unlu qÿnnadû mÿmulatlarû
● 157
Hazırlanması:
Əvvəlcə kərə yağı əridilir, həmin yağda un qovrulur. Üzərinə bəhməz və şəkərdən
hazırlanmış şirə tökülərək vam odun üzərində hazır olana kimi qarışdırılır.
Nəticə
Tər halvası demək olar ki, hər iki rayonda eyni cür hazırlanır. Fərq bundan
ibarətdir ki, Xocavənd rayonunda tər halvasına bəhməz əlavə olunur.
Bwrdw
Bwrdw nanı
Tərkibi:
Un – 250 qr.
Kərə yağı – 80 qr.
Şəkər kirşanı – 1 stəkan
Yumurta – 2 ədəd
Ərik qurusu – 50 qr.
Kişmiş – 60 qr.
Süd – 80 qr.
Doğranmış fındıq ləpəsi – 20 qr.
Soda – 2 qr.
Hazırlanması:
Kərə yağı şəkərlə qarışdırılır. Üzərinə çalınıb köpüklənmiş 2 yumurta ağı,
kişmiş, fındıq ləpəsi, ərik qurusu əlavə edilib qarışdırılır. Süd, soda və un
tökülüb xəmir yoğrulur. 50-60 qramlıq kündələr tutulub yastılanaraq üzərinə
yumurta sarısı sürtülüb bişirilir. 35 dərəcəyədək soyudulub ortasına üzlük
qoyulur.
Dostları ilə paylaş: