Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı
kimi, bizim aşpazlarımız, qənnadıçılarımız və digər kulinarlarımız da
çox böyük çətinliklərlə qarşılaşmışlar. Öz ölkəsində qaçqın düşmüş bir
milyondan artıq Azərbaycan vətəndaşı normal qidadan məhrumdur.
Qonşu Ermənistan tərəfindən zəbt olunmuş rayonlarda yaşayan
kulinarların da bir çoxu həlak olmuş, yaralanmış, ailəsini, evini
itirmişdir. Respublikada işğal altında olan ərazilərində kulinariya və
qida muzeyləri, çox dəyərli muzey eksponatları, iaşə müəssisələri məhv
edilmişdir.
Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi
potensiala və eyni zamanda rəngarəng, ecazkar mətbəxə malik bir
ölkədir. Bununla bağlı olaraq mən Kulinariya və qida sənayesi ilə
məşğul olan bütün şirkətləri Azərbaycanla qarşılıqlı əməkdaşlığa
çağırıram.
Bir daha Sizi təbrik edir, Konqresin və keçirilən yarışların
gedişində, müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti
26-cı Dünya Kulinariya Konqresinin
iştirakçılarına məktubundan
13.06.1994-cü il, №1/969
Heydər Əliyev
Azərbaycanın ədəbiyyatı, Azərbaycan mədəniyyəti və incəsənəti o
qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi
özününküləşdirmək üçün cəhdlər göstərirlər. Bu yalnız ədəbiyyatla və ya
Nizaminin əsərləri ilə bağlı olan məsələ deyildir. Bizim musiqimiz
ermənilər tərəfindən utanmadan oğurlanır. Dahi bəstəkarımız Üzeyir
bəyin əsərləri mənimsənilir. Bizim milli mətbəximiz yenə də ermənilər
tərəfindən oğurlanır. Onlar bunu müxtəlif yollarla erməni mətbəxi kimi
təqdim etməyə çalışırlar. Halbuki milli yeməklərimizin adları da
Azərbaycan sözləridir. Əgər ermənidən soruşsan dolma ermənicə nə
deməkdir, onu deyə bilməz. Necə ki, Qarabağ deyəndə onlar üçün bu
sadəcə bir sözdür, onu anlamırlar. Çünki bu erməni sözü deyildir. Ona
görə də belə hərəkətlər, əlbəttə ki, bizi çox üzür. Biz öz milli, mədəni
irsimizi qorumalıyıq.
Azərbaycan Respublikasının Prezidenti
AMEA-dakı çıxışından
26.04.2011
İlham Əliyev
Dostları ilə paylaş: |