AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVƏ
Hörmətlt cənab Prezident!
Bu il dekabrın 12-də görkəmli Azərbaycan şairi Ramiz Rövşənin 60 yaşı tamam
olur. Ramiz Rövşən bu gün həyatda olan ən istedadlı şairlərimidəndir,cəmiyyətdə, o
cümlədən ədəbi ictimaiyyət arasında böyük hörmət sahibidir. Heç bir partityaya daxil
olmayan R.Rövşən müstəqil düşüncəli sənətkardır. Oli bilsin ki, müəyyən məsələlərdə
onun fikirləri bəzi müxalifət qüvvələrinin mövqeləri ilə üst-üstə düşür, amma daha çox
müxalifət onun adından və nüfuzundan istifadə etməyə çalışır. Ramiz Rövşənin həqiqi
mövqeyi dövlətçilik, müstəqillik, vətənpərvərlik,demokartik inkişaf mövqeyidir.Ən
mühümü isə odur ki,o, çağdaş ədəbiyyatımızın əsas yaradıcılarından biridir,yeni ədəbi
nəsillərə güclü təsir göstərən,çoxlu oxuccusu olan şairdir.Sizinlə söhbətdə Ramiz Rövşənə
Xalq şairi adı verilməsini xahiş etmişdim və sizin razılığnızı alandan sonra bu barələ
təqdimat yazmışdım.İndi şairin 60 illiyi ərəfəsində bu xahişimi bir daha təkrar edirəm.
Ramiz Rövşənə layiq olduğu bu yüksək adın verilməsi cəmiyyətdə vətəndaş
həmrəyliyinin,sənətkarlara ilk növbədə sənətdəki çəkisinə görə qiymət verilməsinin ən
bariz örnəyi olardı və bu barədə hər cür qərəzli möhtəkirliyə tutarlı cavab kimi qəbul
edilərdi.Xatırladıram ki,vaxtilə mən unudulmaz öndərimiz Heydər Əliyevdən Ramiz
Rövşənə mənzil verilməsini xahiş etmişdim və o,şairə ev vermişdi.
Hörmətlə,
ANAR
Azərbaycan Yazıçılar Birliyinin Sədri
1 dekabr 2006
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Mahmud Kərimova
ünvanlanmış məktubda 2006-cı ildə «Molla Nəsrəddin» və «Fyüzat» curnallarının 100
illikləriylə bağlı tədbirlər haqqında təkliflər irəli sürülür
Hörmətli Mahmud müəllim!
505
Yaxşı olardı ki,Naxçıvan şəhərində heykəltəraş Mirəli Mirqasımov tərərəfindən
yaradılmış Mirzə Gəlil heykəlinin sürəti Bakıda da ucaldılsın.
Qulam Məmmədlinin M.C.Məmmədquluzadəyə həsr olunmuş «Salnamə»si latın
qrafikasıyla nəşr edilsin.
«Molla Nəsrəddin» jurnalını yaradanlardan biri,Mirzə Cəlilin silahdaşı,görkəmli
publisist Ömər Faiq Nemanzadənin məqalələr toplusu latın qrafikasıyla nəşr olunsun.
Məlumdur ki,bu il Azərbaycan mədəniyyəti, mətbuatı, ictimai fikrində mühüm
yer tutan başqa bir curnalın - «Fyüzat» jurnalının da 100 illiyi tamam olur.Burada dərc
edilmiş ən mühüm məqalələrin və «Fyüzat»ın redaktoru Əlibəy Hüseynzadənin əsərlərinin
latın qrafikasıyla nəşri müasir oxuculara gərəkli töhvə olardı.
Hörmətlə
Anar
Xarici İşlər Naziri Elmar Məmmədyarova ünvanlanmıqş məktubda UNESKO-nun
2008-ci ildə keçiriləcək yubiley tədbirləri sırasına Üzeyir Hacıbəylinin «Leyli və
Məcnun» operasının 100 illiyini salmaq təklif olunur.
ADSP (Azərbaycan Demokratik Sahibkarlar Partiyası) sədri Mahmud Məmmədova
Hörmətli Mahmud müəllim!Son zamanlar qəzetlərimizi müntəzəm izləyə
bilmədiyimə görə Sizin mənə ünvanladığınız və «Günay» qəzetində dərc olunmuş (30
oktyabr -5 noyabr) açıq məktubunuzla yalnız iki gün bundan qağaq tanış ola
bildim.Məktubunuzda qaldırdığınız ciddi məsələləri - dilimizin bu günkü taleyiylə,
gələcəyiylə bağlı nigarançılığınızı tamamilə anlayır və bu qayğılarınızı bölüşürəm.Bəzi
özəl radioların guya ki,azərbaycanca verilişlərini dinlədikdə bu dilin hansı dil olduğunu
müəyyənləşdirmək belə çətin olur.Sözlər,kəlmələr Azəbaycan türkcəsindədir(o da hamısı
yox,bir qismi) amma cümlə,deyiliş tərzi,ifadə,intonasiya dilimizə tamamilə yabançıdır.
Başqa dillərdən hərfi və mənasız tərcümələr nəinki dilimizə,adicə məntiqə də uyğun
gəlmir. «Susuzluğuna güvən» nə deməkdir? Mən ki,başa düşmürəm,bəlkə başa düşən
506
tapıla !Yaxud «misilsiz toz» olurmu? Hərfi də yox,kor-koranə tərcümənin məhsulu olan bu
sayaq ifadələrin nəinki hər gün,hətta hər saatda bir televiziya ekranlarında,radio efirdə
səslənməsi tək dilimizi deyil,təfəkkür,düşüncə tərzimizi də şikəst edə bilər. Dilimizin
bugünkü problemləri barədə mən də,başqa yazıçılarımız da dəfələrlə çıxış
etmişik,yazmışıq. İki il bundan qabaq Yazıçılar Birliyində dilimizin yabançı təsirlərdən
qorunması haqqında xüsusi toplantı keçirdik və bu toplantıda məruzə edən hörmətli dilçi
alim Tofiq Hacıyevdən həmin məsələlər barədə Azəbaycan Yazıçılarının X qurutayında da
danışmasını xahiş etdik.Tofiq müəllim bu barədə Qurultayda ətraflı çıxış etdi.Görünür
dilimizə kənardan gələn hər hansı təhlükələrin qarşısını müəyyən qanunlar vasitəsiylə də
alınmalıdır.Məhz bu məqsədlə Milli Məclisin sədrlik etdiyim Mədəniyyət komissiyasında
dilimizin qorunması haqqında Qanun layihəsi hazırlanır,2000-ci ilin yaz sessiyasında
Məclisin müzakirəsinə təqdim edəcəyimiz bu qanunun hazırlanması və müzakirəsinə keniş
ictimaiyyətin nümayəndələrini cəlb etmək fikrindəyik. Hörmətli Mahmud müəllim! Sizi
də bu müzakirələrdə iştirak eləməyə dəvət edirik.
Dostları ilə paylaş: |