499
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTI HEYDƏR ƏLİYEV
CƏNABLARINA
Hörmətli cənab Prezident!
Azərbaycana rəhbərlik etdiyiniz bütün müddət ərzində başqa tarixi və xeyirxah
işlərinizlə bərabər həmişə mədəniyyətimizin inkişayına da xüsusi diqqət göstərmisiniz.Biz
bunu dəfələrlə qeyd etmişik,sizə dərin təşəkkürlərimizi və minnətdarlığımızı bildirmişik.
Yazıçılar Birliyinin bir sıra problemləri var ki,bu barədə yenə də Sizə müraciət
etməyə qərar verdik.Bunlar Birliyimizin qarşısında duran bu ciddi məsələləri yalnız Sizin
yardımınızla həll etmək olar.
BİRİNCİ və ən ağrılı problemimiz yazıçıların mənzil məsələsidir. Biz yaxşı başa
düşürük ki, əvvəlki dövrlərdən fərqli olaraq indi Dövlətin yazıçıları mənzillə təmin etmək
imkanları məhduddur. Bununla belə bu məsələnin müəyyən həlli mümkündür. Vaxtilə
yazıçıların öz ədəbi fondlarının hesabına tikdirdikləri binada(keçmiş Vaqif,indi
H.Seyidbəyli küçəsi 30) ordan köçmüş üç yazıçının mənzili qeyri-yaşayış obyektləri kimi
istifadə olunur.Bunun əvəzində Bakı İcraiyyə Hakimiyyəti Yazıçılar Birliyinə üç mənzil
ayırsa ən çox ehtiyacı olan üç yazıçını mənzillə təmin edə bilərdik.Bu üç üzvümüzdən
başqa Yazıçılar Birliyinin mənzil siyahisində daha on beş ailə var. Əgər şəhərin münasib
yerində Yazıçılar Birliyinə 600 kvadrat metr sahə ayrılsa, Şirkətlərdən biri tikiləcək
binanın yarısını götürmək şərtilə Yazıçılar Birliyinə onun ehtiyaclarını ödəyəcək qədər
mənzili olan bir ev tikməyi boynuna götürür.Bu məsələdə yardım etmənizi, - yəni şəhərin
müəyyən yerində Yazıçılar Birliyinə sahə ayrılması haqqında göstəriş vermənizi xahiş
edirik.
İKİNCİ varib problemimiz Şüvəlandakı Yaradıcılıq evimizlə bağlıdır. Vaxtilə bu ev
Sizin fəal yardımınızla tikilmişdi və yazıçılar burdan səmərəli istifadə edirdilər. Lakin on
ilə yaxındır ki,bu imkandan məhrumuq. Burada bizim öz təşəbbüsümüzlə 100-ə qədər
qaçqın yerləşdirmişik. Yurdlarından-yuvalarından didirgin düşmüş insanlara imkanımız
daxilində yaşayış yeri verməyə bilməzdik. Amma sovet vaxtında olduğu kimi SSRİ-nin
500
müxtəlif yerlərindəki Yaradıcılıq evlərindən istifadə edə bilməyən və əksəriyyətinin bağ
evi olmayan yazıçılarımız üçün də Şüvəlan yaradıcılıq evindən məhrum olmaq ciddi
problem yaradır. Digər tərəfdən mütəxəssislərin rəyinə görə bina hazırda qəza
vəziyyətindədir. Bu yüz nəfər qaçqını başqa yerdə yerləşdirmək olsaydı,biz yenə də
şirkətlərin köməyiylə Şüvəlan Yaradıcılıq evimizi bərpa edib yazıçılarımızın istifadəsinə
verə bilərdik.
ÜÇÜNCÜ ciddi problemimiz kitab nəşri problemidir.Ədəbi jurnallarımız və
qəzetimiz Sizin köməyinizlə büdcəyə salınından sonra yazıçılarımızın çap olunmaq imkanı
xeyli artıb.Amma kitab nəşri,təəssüf ki,yenə də bazar iqtisadiyyətinin estetik dəyərlərdən
uzaq olan qanunlarına görə qurulur,yəni kimin pulu varsa --ədəbiyyata dəxli oldu-olmadı -
kitabını çap etdirir,həqiqi istedadı olan yazıçılarımızın isə uzun illərdir kitabları
çıxmır.Latın əlifbasına keçməyimizlə əlaqədar olaraq məktəblərdə bu əlifbayla tədris
kitablarından başqa latın hərfləriylə oxuyacaqları kitablar,o cümlədən klasiklərimizin
əsərləri yoxdur.Yazıçılar Birliyində öz daxili imkanılarımızın hesabına nəşriyyat
yaratmışıq.Bu nəşriyyat ilk növbədə vacib olan klassik və müasir ədəbiyyatı latın
qrafikasıyla çapa hazırlaya bilər.Lakin bu kitabların işıq üzü görməsi üçün öz mətbəəmiz
olmalıdır ki,belə bir mətbəənin avadanlığını almağa imkanımız yoxdur. Sizdən xahiş edirik
ki,ya müasir tipli mətbəə avadanlığı almağa vəsait ayrılmasına, ya da belə bir mətbəənin
Yazıçılar Birliyinə verilməsinə yardım göstərəsiniz. Mötəbər mütəxəssislərdən ibarət bir
komissiya yaradaraq onun rəyi əsasınla Dövlət sifarişi kimi kitabların nəşrinə də yardımçı
olmanızı xahiş edirik.
Hörmətli
Prezidentimiz!
Həmişəki
kimi
qayğınızı
ədəbiyyatımızdan
əsirgəməyəcəyinizə inanır və qabaqcadan Sizə təşəkkür edirik.
Hörmətlə
Anar
Azərbaycan Yazıçılar Birliyinini sədri