Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə173/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   169   170   171   172   173   174   175   176   ...   274
 

 


497 

 

PREZİDENT  HEYDƏR ƏLİYEV CƏNABLARINA 



 

Hörmətli cənab Prezident! 

Bu ilin avqust ayında «Manas» dastanın 1000 illik bayramı qırğız torpağında böyük 

təntənəylə  və  əzəmətlə  keçirildi.Siz  də  bu  təntənələrdə  iştirak  və  çıxış  etdiniz. 

Qırxızıstanda söhbət zamanı qeyd olundu ki,Azərbaycan xalqının ən möhtəşəm epik əsəri 

«Kitabi  Dədə  Qornqud»  dastanı  da  belə  böyük  bir  təntənəylə  yad  edilməyə  layiqdir.  Bu 

barələ  müraciət  hazırlamağı  bizə  tapşırdınız.  (Sonra  müraciətdə  «Dədə  Qorqud»  dastanı 

haqqında,onun tarixi əhəmiyyəti və araşdırılması haqqında ətraflı məlumat verilir - red.)   

Biz  yaxın  illərdə  -  məsələn  1997-1998-ci  illərdə  «Kitabi  Dədəm  Qorqud»un  ən  azı 

1300  illiyini  qeyd  edə  bilərik.Bu  rəqəm  dastanın  mətnində  Dədə  Qorqudun  həzrət 

Məhəmmədin  müasiri  olması  haqqında  məlumata  əsaslanır.  «Kitabi  Dədə  Qorqud» 

təntənələrinə  hazırlaşarkən  «Manas»  bayramının  faydalı  təcrubəsiendən  istifadə  etmək 

olar.  Qırğızlar  bu  bayrama  azı  üç  il  bundan  qabaq  hazırlaşmağa  başlamışlar.  «Manas» 

Fondu»  yaratmış,  beynəlxalq  təşkilatları  (BMT,YUNESKO  və  b.)  bu  işə  cəlb  etmiş, 

yığılan  məbləği  devriyəyə  buraxmış,beynəlxalq  lotoreyalar  və  s.vasitələrlə  çoxaltmış  və 

yubileyi  yüksək  səviyyədə  keçirmişlər.  «Manas»ın  müxtəlif  dillərə  tərcümələri,onun 

haqqında tətqiqatar, «Manas ensiklopediyası», minlərlə adamın,atlının iştirak etdiyi Talas 

mərasim-tamaşası,sərgilər,kino-festivallar,teatr  quruluşları,  konsertər,  müxtəlif  səpgili 

suvenirlər bu qəbildəndir. Belə bir işi «Kitabi Dədəm Qorqud» üçün və deməli Azərbaycan 

xalqı üçün etməyə hər cür potensial imkanımız var. Amma təntənələri hətta iki-üç il sonra 

etsək belə işə indi başlamaq və təşkilat komitəsi yaratmaq  məqsədə uyğun olardı. 

Dərin hörmətlə 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin