Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə169/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   165   166   167   168   169   170   171   172   ...   274
 

 


489 

 

AZƏRBAYCAN  REPSBLİKASININ PREZİDENTİ 



İLHAM  ƏLİYEV  CƏNABLARINA 

 

Hörmətli cənab Prezident! 

Noyabrın  6-da  bir  çox  layiqli  yaradıcı  ziyalılarımızın  Milli  Məclisə  seçilməsi  bizi 

sevindirdi.Amma  görkəmli  sənətkarımız,Xalq  yazıçısı,Azərbaycan  Yazıçılar  Birliyinin 

sədri Anarın parlamentdə təmisil olunmaya-cağına təəssüflənirik. 

Anar  Azərbaycanda  yeganə  şəxsdir  ki,  18  il  ərzinlə  üç  parlamentin  -  Azərbaycan 

SSP  Ali  Sovetinin,SSRİ  Ali  Sovetinin  və  Milli  Məclisin  deputatı  olmuşlur.Hər  üç 

parlamentdə  onun  fəaliyyəti  xalqımıza,onun  mədəniy-yətinə,dilinə,mənəviyyatına  xidmət 

göstərmək olub,SSRİ Ali Sovetinin sesiyalarında,SSRİ Xalq deputatlarının qurultaylarıda 

Anar erməni işğalçılarının ölkəmizə qarşı təcavüzkarlığını tutarlı dəlillərlə ifşa etmiş, 90-cı 

- ilin Qanlı Yanvar faciəsini törədənlərin cəzalandırlımasını tələb etmişdir. 

Anara müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq və aparmaq şərəfi 

nəsib olmuşdur.  

İki  çağırışda  Milli  Məclisin  Mədəniyyət  Komissiyasının  sədri  seçilən  Anar  

mədəniyyətimizin,kinomuzun  ən  vacib  sahələrinə  aid,memarlıq  və  tarixi  abidələrimizin 

qorunması,dilimizin inkişafına dair 12 mühüm qanunun hazırlanmasına rəhbərlik etmişdir. 

 Anar  iki  çağırışda  seçildiyi  Göyçay  şəhəri  üçün  də  bir  çox  əhəmiyyətli  işlər 

görmüş,davamlı  şəkildə  seçiciləriylə  görüşlər  keçirmişdir.  Bütün  bunları  və  ata  vətəni 

Göyçay  seçicilərinin  rəğbətini  bildiyinə  görə  Anar  bu  seçgilərdə  də  namizədliyini  həmin 

rayonun  kəndlərindən  irəli  sürmüş,seçki  kompaniyası  zamanı  başqa  kəndlərin 

nümayəndələri  də  iştirak  edən  15  kənddə  görüşlər  keçirmişdir.Seçicilər  bütün  kəndlərdə 

hərarətlə qarşılanan Xalq yazıçisına  mütləq ona səs verəcəklərini vəd etmişlər. 

Mətbuatdan  bilirik  ki,Anarın  öz  namizədliyini    irəli  sürdüyü  88  nömrəli  Göyçay 

seçki dairəsində çoxlu qanun poşuntularına yol verilmişdir. 

Hörmətli  Prezident!  Sizin  11  may  sərəncamınıza  zidd  olaraq  Göyçayın  icra 

hakimiyyəti  kobud  şəkidə  seçki  kompaniyasına  qarışmış,  Anarın  əleyhinə,  başqa  nami-




490 

 

zədin  xeyrinə  davamlı  təbliğat  aparmışdır.  Cuya  ki,Anarın  namizədliyini  geri  götürməsi 



haqqında şayiələr yayılmış və hətta seçgi bülletenlərinin bəzilərində onun adının üstündən 

xətt çəkilmişdir. Ən böyük saxtakarlıq isə seçgilərdən sonra baş vermişdir. Anarın aldığı 

səslər  minimum  dərəcəsinə  endirilmiş,ona  verilən  səslər  başqa  alternativlər  arasında 

bölüşdürülmüş  və  bu  üsulla  başqa  birisinin  liderlik  qazanması  təmin  olunmuşdur.  Bunu 

digər  alternativlərin  özləri  də  etiraf  edir.Bu  barədə  həmin  dairədən  namizədliklərini  irəli 

sürmüş  on  nəfər  namizədin  birgə  keçirdiyi  Mətbuat  konfransında  ətraflı  məlumat 

verilmiş,deyilənləri təsdiq edən sənədlər və video çəkilişlər Mərkəzi Seçki Komissiyasına 

təqdim  edilmişdir.Dairə  seçki  komissiyasının  9  üzvündən  dördü  saxta  protokollara  imza 

atmaqdan imtina etmişlər. 

Hörmətli  prezident!  Hüquqlarının  pozulması  haqqında  məsələ  qaldıran    başqa 

namizədləri  mənsub  olduqları  partiyalar  və  onların  himayəsindəki  mətbuat  orqanları 

dəstəkləyir.Anar  heç  bir  partiyanın  üzvü  deyi,  amma  onu  da  böyük  bir  ziyalı  ordusu  - 

yaradıcı təşkilatların üzvəlrinin böyük əksəyriyyəti dəstəkləyir. Bu dövlətçiliyimizə,böyük 

öndərimiz Heydər Əliyevin amallarına sadiq olan nüfuzlu ictimai qüvvədir.Anar Azərbay-

canın yaradıcı təşkilatlarının rəhbərlərindən Milli Məclisdə təmsil olunmuş yeganə deputat 

idi.İndiki  Milli  Məclisin  tərkibində  heç  bir  yaradıcılıq  təşkilatının  rəhbəri  yoxdur.Bu  isə 

bizcə ən azı mədəniyyət sahəsində qanunvericilik fəaliyyətində ciddi boşluq yarada bilər. 

Hörmətli  Prezident!  Bu  məsələni  şəxsən  nəzarətinizdə  saxlamanızı  və 

ədalətin,hüququn bərpa olunmasına imkan yaratmanızı xahiş edirik. 

Azərbaycanın Yaradıcı İttifaqlarının rəhbərləri 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin