Sual: -Bundan sonra Anarı siyasətdə görəcəyikmi?
Cavab: -Bilirsizmi,mən siyasətlə o vaxt məşğul olmuşam ki,buna ehtiyac
vardı.Yəni 1987-ci ildə akalemik Aqanbekyanın məlum və məşum Paris bəyanatından
sonra -Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında sözləri bizə gəlib çatan kimi
buna ilk reaksiya verən -Yazıçılar Birliyi oldu.Dəfələrlə Moskvaya Qorbaçova bu bəradə
müraciət etdik.Bakı və Moskva televiziyalarıyla,Bakıda Azadlıq meydanında ilk mitinqdə
və Bakıda olduğum zaman bir neçə başqa mitinqdə çıxışlar etdim.SSRİ Ali Sovetinin
deputatı olduğum vaxt Azərbaycanın bütün taleyüklü məsələləriylə bağlı həm SSRİ Xalq
Deputatlırının qurultaylarında,həm də Ali Sovetin iclaslarında dəfələrlə çıxış etmişəm.Bir
dəfə,bircə dəfə çıxışa yazılmadığım üçün Qorbaçov mənə növbədən kənar söz vermədi,
daha doğrusu mikrofonu qapatdı,səhərisi gün də rəsmən üzr istədi.İki illik fəaliyyətimdən
yalnız bunu ləzzətlə xatırlayıb yeri gəldi gəlmədi üzümə çırpırlarsa bu məni yox,belə
adamları xarakterizə edir. Belələrinin yaddaşları da korşalıb.Yadlarından çıxıb ki, o vaxt
bütün dünyanın kumiri olan Saxarov «Qarabağı Ermənistana hədiyyə verin» deyə xahiş
edərkən onun özünün və tərəfdarlarının iştirak etdiyi iclasda «Azərbaycan suveren
respublikadır, hədiyyə,suvenir respublikası deyil» dedim.Unudurlar ki,SSRİ Xalq
deputatlarının qurultayında, Zori Balayaının iştirak etdiyi iclasda onu öz adıyla «qanlı
Qarabağ faciəsinin ilhamvericisi və təşkilatçısı» adlandırdım.Unudurlar ki,90-cı ildə Qara
yanvardan sonra Ali Sovetin ilk iclasında bir gündə dörd dəfə çıxış edib günahkarları
cəzalandırmağı tələb etdim.Qorbaçovla görüşdə onun: «xalqınız məni cəllad adlanıdırır»
sözlərinə «bunu ərlərini, oğullarını, atalarını, qardaşlarını öldürdüyünüz insanlar deyir»
487
cavabını verdim.Bəlkə də unutmurlar,unutmaq sərfəli olduğu üçün vicdanları buna yol
verir.
Mən siyasətlə məşğul olmağa məcbur olduğum zaman Azərbaycanda nə müxtəlif
siyasi partiyalar vardı, nə müxtəlif siyasiyönlü qəzetlər çıxırdı.Sonralar yazıçıların bir başa
siyasi məsələlərlə məşğul olmasına ehtiyac qalmadı və mən də Milli Məclisdə on il ərzində
əsasən mədəniyyət məsələləriylə məşğul oldum.Bir yandan baxanda elə mədəniyyət də
siyasətin mühüm bir sahəsi deyilmi?Əfsus ki,bəzən bunun fərqinə varmırlar.Sədri olduğum
Mədəniyyət komissiyası 12 mühüm qanunun, o cümlə-dən çox çətin keçən Dil haqqında və
Mədəniyyət haqqında qanunların qəbul olunmasına nail oldu.
Dostları ilə paylaş: |