Hörmətli Sevinc xanım!İlk öncə mənə yazılı surətdə iki ay bundan qabaq verdiyiniz
suallara cavablarımı bu qədər gecikdirdiyim üçün üzr diləmək və bunun səbəblərini izah
etmək istəyiryəm.Əsas səbəb odur ki,bu iki ayda mənimçün daha əhəmiyyətili bir işlə -
çoxcildliyimin 6-cı cildini hazırlamaq və tərtib etməklə məşğul idim.Bu cildlər Ekson-
471
İkinci səbəb seçkilər və onların nəticələriylə bağlı aciotac,tamamilə əks qütblərdən
səslənən ziddiyyətli dəyərlən-dirmələr və şəxsən mənim bu dəfə Milli Məclisə
düşməməyimlə bağlı mətbuat səhifələrində yer alan çeşidli yazılar idi.Yəni mənə
rəğbətini,hörmətini bildirən müəlliflərin yazılarıyla bərabər bu işə görə şadlıq-şadyanalıq
edib,əl çalıb oynayanların cızma-qaraları da müxtəlif mətbuat səhifələrində yer almışdı.
Məni dəstəkləyənlərə səmimi təşəkkürlərimi bildirir, qanıma susayanlara isə cavab
vermək istəmirəm,onsuz da gec-tez çirkə çıxıb gedəcəklər. Gözləyirdim ki,tozanaq bir az
yatsın, ehtiraslar səngisin. Çünki bilirsiz, yalan-doğru qalib gələnlər həmişə seçkilərin
ədalətli və obyektiv keçirildiyini,yalan-doğru məğlub olanlar isə saxtakarlığa yol
verildiyini söyləyirlər. Bu standlartlara və şablonlara uymamaq və çox şeyi
aydınlaşdırmaq üçün müəyyən vaxt lazımdı.İndi axır ki,əsərlərimin altıncı cildini
nəşriyyata təqdim edib Sizin suallarınıza ətraflı cavablar verməyə imkan tapdım.
Birinci sualınız belədir:
Dostları ilə paylaş: