-Rəsul Quliyev mənim dostum idi.Və Rəsul Quliyev mənə çox yaxşılıqlar edib.Mən
heç bir vaxt dostluqdan dönən,dostluğu danan, yaxşılığı unudan adam deyiləm.Biz onunla
1991-ci ildə tanış olmuşuq.O illər bizim mövqelərimiz tam üst-üstə düşürdü.O,90-cı illərin
470
əvvəllərində Bakıda olan recimdən narazı idi.Bu recimin əleyhinə mövqe tuturdu.Mən
də.O da,mən də belə hesab edirdik ki,Azərbaycanı yalnız Heydər Əliyev xilas edə
bilər.Məlum hadisələrdən sonra Heydər Əliyev gəldi və Rəsul Quliyev Milli Məclisin sədri
oldu.Bizim münasibətlərimiz yenə də davam edirdi.Sonra o,Bakıdan gedəndə mən Bakıda
yox idim.Onun indiki mövqeyiylə mənim mövqeyim üst-üstə düşmür.
-Səbəbi nədir?
-Bunun səbəbi çoxdur.Əgər bu məsələyə toxunsam,onda gərək deyəm ki,siyasi
proseslər necə gedib.Bu uzun məsələdir.Mən bu məsələyə toxumaq istəmirəm.Çünki
seçgiqabağı bu siyasi məsələdir.Yenə də demək istəyirəm ki,mən dostluğu
unutmamışam.Mən Rəsul Qulyevi,təbii ki,həbsdə görmək istəmirəm.İndi deyirlər ki,gələn
kimi həbs olunacaq.Əgər həbs olunacaqsa,gəlməsə yaxşıdır.Çünki mən onu həbsdəndsə
xaricdə görmək istərdim.
-Sizcə ona qarşı bu doğru qərardımı?
-Mən bunları dedim,bunlardan başqa sizə heç nə deməyəcəm.Bu fikirlərimi,əgər
lazım bilmirsinizsə çap etməyin.Əgər biz siyasi diskussiyaya keçsək gərək mən çox sözlər
deyəm,çox fikirlər açılsın.
«Mən Rəsul Quliyevi həbsdə görmək istəmirəm».
Anarla müsahibə.
«Bakı xəbər» qəzeti 15 oktyabr 2005
Dostları ilə paylaş: