464
Bu yazı dekabrın 10-da «Yeni Müsavat» qəzetinə göndərilmişdi, Demokratiyaya,söz
azadlığına,fikir müxtəlifliyinə «sədaqətini» nümayiş etdirərək bu yazını dərc
etmədilər.Yazını Sizin qəzetlə dərc etməyinizi rica edirəm.
Hörmətlə Anar
16 dekabr 2003
Qəzetinizin(«Yeni Müsavat» qəzeti nəzərdə tutulur-red.)iki nömrəsində Elbəyi
Həsənlinin «Vicdanı yamaqlılar» və «Baxla Hötenin fərqi» adlı yazıları dərc olunmuşdur.
Hər iki yazıda hörmətli Elbəyi Həsənli ədəb və mərifətdən çox uzaq ifadələrlə Bəxtiyar
Vahabzadəyə,Əkrəm Əylisliyə və mənə çox ağır ittihamlar irəli sürür….Kimin vicdanının
yamaqlı,yaxud tamamilə yırtıq ya da heç olmamasını zamanın və insaflı insanların
öhdəsinə buraxaq.Hörmətli Elbəyi Həsənlinin vicdanıyla işim yoxdur,amma yaddaşının
çox yamaqlı olduğunu desəm məndən inciməsin.(yazının bu yerində bu kitabın əvvəlki
bölümlərindən məlum olan faktlar - həbs edilənlərlə bağlı ziyalıların müraciətləri,o
cümlədən «Yeni Müsavat» qəzetində dərc olunmuş müraciətləri xatırlanır --
tərtibçilər)Yoxsa hörmətli Elbəyi Həsənli öz qəzetlərini də oxumur?…Sizin qəzetin Baş
redaktoru Rauf Arifoğlu həbs olunarkən onun azadlığa buraxılması üçün də səsimi
qaldırdım və bu Rauf Arifoğlunun həbsxanada yazdığı kitabında da əks olunub.Rauf
Arifoğlu həbsdən çıxandan sonra «Yeni Müsavat» qəzetində mənim barəmdə bir neçə
təhqiramiz yazılar çıxdı.Günahım o idi ki,sizin dediyinizi demirdim.Mən yenə də heç
kəsin,o cümədən Rauf Arifoğlunun da həbsdə olmasını istəmirəm.Qoy tezliklə azadlığa
çıxıb yenə mənim haqqımda əvvəlki səpgidə yazılar dərc etsin.Yəni o bilavasitə qəzetə
rəhbərlik etməyəndə də bu səpgili yazılar sarıdan korluq çəkmirsiniz.Sağ olun.Doğrudan
da qəribə bir vəziyyət əmələ gəlib.Yeri gəldi-gəlmədi haqqımızda hər cür hərzə-hədyan
yazır və dərc edirlər,amma iş çətinə düşəndə yenə ilk növbədə bizlərə - Bəxtiyar
Vahabzadəyə, Fikrət Qocaya, Vaqif Səmədoğluna, Maqsud İbrahimbəyova,mənə üz
tuturlar. Bizsə hər şeyə rəğmən gücümüz çatdıqca kömək etməyə çalışırıq.Onu da deyim
ki, həbsdə olanlara ən böyük ziyanı məhz radikal,ölçüsüz-biçisiz təhqir yazıları dərc edən
465
mətbuat vurur.Əgər bu iqtidarı,deməli onun bütün səlahiyyətli vəzifə sahiblərini qeyri-
legitim, qanunsuz sayırsızsa hansı məntiqlə məhz o ünvanlara müraciət edirsiniz?Və yaxud
bizləri də söyə-söyə həmin ünvanlara müraciət etməyimizi tələb edirsiniz.Nə üzlə? Bu
barədə bir nəfər çox gözəl dedi: «bu ona oxşayır ki,elçi göndərəsən,həm,qapısına getdiyini
söyüb biabır edəsən,həm də elçi göndərdikdərini yaş yuyub quru sərəsən».
Sonda hörmətli Elbəyi Həsənliyə bir məlumatı da çatdırmaq istəyirəm.Bəlkə
haçansa gərəyi oldu.Hörmətli Elbəyi Həsənli Azərbaycan ziyalılarını(konkret olaraq bizi)
xəcil edərək,bizə Bax və Höte ilə bağlı əhvalatı xatırladır.Hörmətli Elbəyi Həsənli bu
əhvalatı kimlənsə eşidib,amma söhbətin Baxdan deyil,Lüdviq van Bethovendən getdiyinin
fərqinə varmayıb.Doğrudur,hər ikisi - Bax da,Bethoven də bəstəkardırlar,doğrudur, hər
ikisi almandır, amma nə deyirsiz eyin,hər halda Bax da,Bethoven də ayrı-ayrı
adamlardır…
Mənə elə gəlir, hörmətli Elbəyi Həsənli bu iki yazısına görə üzr istəsəydi(əbəttə
Baxdan,Bethovendən yox,təhqir etdiyi Azərbay-can ziyalılarından) daha cəsur və mərdanə
hərəkət etmiş olardı.Amma əlbəttə,bu onun tərbiyəsi və vicdanı məsələsidir.
Anar
10 dekabr 2003
«Yeni Azəbaycan» qəzeti 17 dekabr 2003