Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə155/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   151   152   153   154   155   156   157   158   ...   274
Bəxtiyar Vahabzadə, Anar. 

11 noyabr 1998   

 

SÖZ ARDI. Altındakı tarixdən də göründüyü kimi,bu müraciət siz aclıq aksiyasına 

başlayarkən  yazılmışdı  və  xeyirxah,humanist  bir  məqsəd  güdürdü.  Lakin  «Yeni 

Müsavat»ın sonrakı sayında ziyalılarımızı,o cümlədən bizi təhqir edən,ünvanımıza tikanlı 

sözlərlə dolu müraciət edilmişdir. Bu müraciətdə həm bizdən imdad umulur,həm də bizə 

hədə-qorxu  gəlinir  ki,gələcəkdə  nəyinsə  haqq-hesabını  verməli  olacayıq.Biz  heç  kimdən  

və  heç  bir  təhdiddən,şantajdan  qorxmuruq,heç  bir  haqq-hesabdan  çəkinmirik,  çünki 

ömrümüz  boyu  namuslu  əməyimizlə  dolanmışıq,bu  xalqa  bacardığımız  kimi  xidmət 

etmiş,bəzi  partiya  liderlərinin  malik  olduqları  imtiyaz  və  imkanlara  heç  bir  zaman  malik 

olmamışıq.  Sovet  rejimi  dövründə  də,müstəqillik  illərində  də  yazılarımızla 

rüşvətxorluğa,əli  əyrilyə,yerliçiliyə  qarşı  mubarizə  aparmışıq  və  yenə  də  aparmaq 

fikrindəyik.Yeri gələndə müxalifəti və onun liderlərini də müdafiə etmişik.Bunun əvəzində 

həm sovet dövründə,həm də indi mətbuat səhifələrində zərbələrə,böhtanlara və təhqirlərə 

məruz qalmışıq. Ancaq biz ziyalı missiyasını məhz bunda görürük,yəni iqtidara,müxalifətə 

baxmadan  özünün  inandığın,düşündüyün  həqiqətləri  ifadə  etmək.Siz  bizim  ziyalı 

funksiyamızı  yalnız  sizin  mövqeyinizi  qəbul  etmək  kimi  düşünürsünüz.Bugünki  recimi 

sizdən fərqli şəkildə görür və qiymətləndiririksə,bu süçdurmu? Əgər belədirsə,onda hansı 

fikir  müxtəlifliyindən,  plüralizmdən,  demokratiyadan  söz  gedə  bilər?  Siz  iddia  edirsiniz 

ki,bu  gün  Azərbaycanda  demokratiya  yoxdur.  Elə  bu  sözü  açıq  deyə  bilməyiniz, 

mətbuatda,  televiziyada,  nümayiş,yürüş,mitinq  və  piketlərdə  iqtidarı  nəinki  tənqid,hətta 

təhqir elə bilməyiniz bu fikrinizi təkzib etmirmi?Onu da xatırlatmaq istərdik ki,hər hansı 

şəxsi,xüsusilə da yaşca böyük olan adamı təhqir etmək bizim xalqın mentalitetinə tamamilə 

ziddir.Əlbəttə, biz eyni cür muxalifət liderlərinin iqtidar yönlu KİV-də təhqir olunmalarını 



461 

 

dözülməz  hesab  edirik.Yerli-yersiz  şit  tərifləri  də  qəbul  etmir  və  bunun  ilk    növbədə 



iqtidarın özünə ziyan vurduğunu düşünürük. 

Biz  müəyyən  siyasi  xətti  onun  bütün  zəif  və  naqis  cəhətlərinə  göz  yummadan 

dəstəkləyiriksə,səbəb  ondadır  ki,son  altı  ilin  acı  təcrübəsiylə  başqa  meyllərin  hansı  ağır 

nəticələrə gətirib çıxardığını görmüş və yaşamışıq. Sizin də şahidi,iştirakçısı və son ucda 

qurbanı olduğunuz hadisələr yəqin yadınızdadır. Tarixi faciələri unudanlar onları bir daha 

yaşamaq məcburiyyətində qalırlar. 

Bununla  belə  fikirlərimiz,siyasi  əqidələrimiz  fərqlənsə  də,  biz  hər  zaman 

Azərbaycanda müxalifətin mövcud və güclü olmasını istəmişik və istəyirik. Onu da deməyi 

lazım  bilirik  ki,  indi  Azərbaycanda  dördüncü  hakimiyyətin  -  KİV-in  demək  olar  ki, 

müxalifətin  inhisarında  olduğu  bir  şəratitdə  iqtidarın  hər  hansı  düzgün  addımını  müdafiə 

etmək  daha  böyük  cəsarət  tələb  edir,çünki  iqtidara,məsələn,mədəniyyət  məsələlərində 

göstərdiyi xeyirxahlığa görə təşəkkürümüzü bildirəndə belə bunu ayrı cür yozurlar. 

Ziyalılıq  böyük  qüvvədir  və  onun  xeyirxah  məsləhətlərini  iqtidar  da,müxalifət  də 

eşitməlidir.  Onunla  təhqir  və  hədə-qorxu  diliylə  danışmaqdansa,səmimi  dialoqa  girmək 

Azərbaycanımızın  bu  günü  və  gələcəyi  naminə  daha  yaxşı  olmazmı?  Məqsədimiz  aranı 

daha  da  qızışdırmaq,qarşılıqlı  ittihamlar  vermək  deyil.  Gəlin  ağır  ictimai  bəlalarımızı  - 

xalqın  çətin  dolanışığını,  qaçqınlarımızın  faciəsini,  Qarabağ  dərdini,  torpaqlaramızın 

işğalını  aradan  qaldırmaq  üçün  iqtidarlı,  müxalifətli,  ziyalılı  iş  birliyinə  başlayaq.  Biz-

birimizə düşmən gözüylə baxmayaq, düşmənlərmiiz onsuz da çoxdur və güclüdür. Onların 

ən  böyük  istəkləri  və  məqsədləri  Azərbaycanda  hərc-mərclik  yaratmaq,  xalqımızın  içinə 

nifaq və nifrət toxumları səpməkdr. Gəlin onları bu arzularına çatmağa qoymayaq. 

Bu  müraciəti  də  yalnız  Vətənimizin,  xalqımızın  gələcəyi  sarıdan  nigarançılığımız 

baxımından  dəyərləndirəcəyinizə  və  xoş  məramımıza  xoş  məramla  cavab  verəcəyinizə 

inanırıq. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin