«Yeni müsavat» qəzetinin Baş redaktoru Rauf Arifoğluna
Hörmətli Rauf!
Sizin və əməkdaşlarınızın aclıq aksiyasına başlamağınız xəbərinmi təşvişlə
qarşıladıq.Sensurasızlıq şəraitində qəzetinizdə ayrı-ayrı şəxslər və təşkilatlar,o sıradan
Yazıçılar Birliyi haqqında yoxlanılmamış şayiələr əsasında təhqiramiz yazıların ara-sıra
dərc olunmasını qətiyyətlə pisləyirik.Demokratik cəmiyyətdə təhqir olunanların
məhkəməyə müraciət etməsi təbii haldır.
Məhkəmənin qanunlarımız əsasında ədalətli və obyektiv hökm çıxaracağına
inanmaq istəyirik. Məhkəmənin qərarına qədər aclıq aksiyasına başlamınızı düzgün hesab
etmir və aclığı dayandırmağınızı israrla təklif edirik.
Gəncsiniz, aclıq səhhətinizə pis təsir edə bilər.Amma onu da diqqətinizə çatdırmaş
istəyirik ki,sizin qəzetinizdə və bəzi başqa qəzetlərdə dərc olunmuş hər hansı təhqiramiz
yazı yüksək qan təzyiqi,şəkər xəstəliyi olan və sizlərdən çox-çox yaşlı adamların da
460
ömrünü qısaldır.Nifrətdən,hiddətdən sivil mübahisə və mübarizə üsullarına keçmək vaxtı
deyilmi? Sözümzü eşidəcəyinizə və aclığı dayandıracağınıza ymid bəsləyirik
Dostları ilə paylaş: |