Sual:-Bu seçgidə qələbə qazanmadığınızı nə ilə əlaqələndirirsiniz?
Cavab: -Nəyin «qələbə»,nəyin «məğlubiyyət» olduğu mübahisəli məsələdir və
yəqin ki,bu mübahisəni Zaman həll edəcək.İndi ancaq onu deyə bilərəm ki,seçgilərin
nəticələri məlum olan kimi tanıdığım və tanımadığım ən müxtəlif adamlar telefon
zəngləri,məktub və teleqramlar vasitəsilə mənə ürək-dirək verir, xüsusi olaraq yanıma
gəlib həmrəyliklərini bildirirdilər. Hələ mətbuat səhifələrində çıxan dəstək yazılarını
473
demirəm.Bu cəhətdən, doğrudan da bir az çətin vəziyyətdə qalmışdım. Düz gözlərimin
içinə baxıb, mənalı şəkildə «-Necəsən?»-sualına necə cavab verməliydim? Desəm:- Lap
əla, deyəcəkdilər: -hə, özünü sındırmır. Desəydim: -Pis,-deyəcəkdilər:-Hə, bunu da
sındırdılar. Odur ki, həqiqəti deyirdim: -Normal, seçkidən qabaq necəydimsə, indi də
eləyəm. -Əşi, fikir eləmə-deyirdilər. -Vallah fikir eləmirəm,billah fikir eləmirəm,amma bu
sözü o qədər deyəcəklər ki, axırda başlayacam fikir eləməyə. Nəhayət bu cür söhbətlərdən
təngə gəlib idarədə katibəmə tapşırdım ki, həmin məsələyçün gələnlərə de ki,ancaq cuma
axşamları gəlsinlər.
Bax bu işlərə mənim gerçək münasibətim belədir və bu məsələlərə bir daha
qayıtmaq fikrim də yox idi. Olan oldu,keçən keçdi,daldan atılan daş topuğa dəyər.
Seçkilərdən keçən müddətdə mən nə bir mətbuat orqanında, nə TV kanallarında bu
məsələylə əlaqədar bir kəlmə də deməmişəm. Bilirsiz ki, bu müsahibəyə də çətinliklə
razılaşdım. Amma madam ki, Sizə müsahibə verməyə söz verdim, iki ay ərzində vaxtı
ötmüş suallardan başqa bütün sorularınızı cavablandırıram. Həm də suallarınıza ətralı
cavab verməyi ona görə vacib sayıram ki, bu barədə yazılanlar içində «xoruz səsi
eşitməmiş» uydurmalar var, təkzib etməsəm kimsə onları doğru sayar,əsasən də gələcək
nəsillər bu yalanları həqiqət kimi qəbul edə bilər.
Göyçayın 88 nöməlri kənd dairəsindən namizədliyimi verəndə istəyim o idi ki, İcra
hakimiyyəti bu seçgilərə müdaxilə etməsin. Hörmətli Prezidentin 12 may sərəncamı da bu
məsələyə təminat verirdi. Təəssüf ki,Göyçayda bunun tam əksi oldu. Birinci gündən
məclislərdə haqqımda bəlağətli tostlar-təriflər deyilə-deyilə arxadan mənim əleyhimə
işləməyə başladılar. Cürbəcür əcayib şeylər uydurdular: Guya mən haçansa,hardasa
demişəm ki, göyçaylı deyiləm. Harda, haçan demişəm mən bunu?Televizora çıxıb,-ay
camaat,eşidirsiz, mən göyçaylı deyiləm ha --söyləmişəm? Ya bəlkə əksinə televizorla: -Ay
camaat, bilirsiz də,mən göyçaylıyam-deməliydim. Gülməlidir.Dəfələrlə demişəm
də,yazmışam da ki, atam göyçaylı,anam gəncəlidir, özüm Bakıda doğulmuşam və bütün
ömrümü Bakıda yaşamışam,özümü ilk növbədə Azərbaycanlı hesab edirəm.Həm də məgər
hər regiondan yalnız ordan olanlar seçilməlidir? Nə isə, bu yalanı bütün görüşlərdə təkzib
474
edirdim. Onda ya elə onunla eyni vaxtda ikinci yalanı ortaya atdılar ki,indinin özündə də
bu yalana inananlar, ya inanmasalar da bəhanə gətirənlər var: güya mən bir dəfə də
seçicilərimlə görüşə gəlməmişəm.Bu - ağ yalandır.İki seçkidə - 1995-ci və 2000-ci il
seçgilərində mən namizədliyimi Göyçayın KƏND yox, ŞƏHƏR seçgi dairələrindən
vermişdim və bu on il ərzində şəhərdəki seçicilərimlə dəfələrlə görüşlər keçirmiş,onların
hər dərdinə,hər qayğısına maraq göstərmiş və bacardığım yardımı etmişəm.2005-ci il
seçgilərində namizədliyimi irəli sürdüyüm KƏND dairəsindən isə əvvəlki iki seçgidə ayrı
deputatlar seçilmişdi və onların seçiciləriylə görüşə gəlib gəlməmələri mənim problemim
deyil. Bu yalan da təkzib olunandan sonra (ya elə eyni vaxtda) başqa bir söz ortaya atıldı:
«Anar Göyçay üçün nə edib?».Bu elə sonrakı suallarınızdan biridir və izninizlə ona elə
buradaca cavab verim.
Göyçayın ən çətin problemlərindən olan selə qarşı bənd çəkilməsi məsələsiylə
əlaqədar dəfələrlə Nazirlər Kabinetinə müraciət etmişəm və iki dəfə bu məsələyə görə Baş
Nazirin qəbuluna getmişəm.Bu məsələ həll olundu və Göyçay böyük bir təhlükədən xilas
edildi.Əlillər və müharibə veteranlarının mənzil məsələləriylə əlaqədar dəfələrlə Əmək və
əhalinin sosial müdafiəsi Nazirinə müraciət etmişəm və Göyçayda onlar üçün xüsusi ev
tikildi.Açılışında mən də iştirak etdim.Mədəniyyət evinin təmiriylə əlaqədar Mədəniyyət
Nazirliyinə,Su təchizatayla bağlı əlaqədər idarələrə müracət etmişəm və bu məsələlərin
çoxu müsbət həll olunub.Demək istəmirəm ki,tutalım, bəndin çəkilməsi ya veteranlar üçün
evin tikilməsi mənim xidmətimdir,yöx,amma bu məsələləri dəfələrlə qaldırmaq mənim
deputatlıq borcum idi və mən borcumu yetərincə yerinə yetirmişəm.Bü işin görünən
tərəfidir.Görünməyən tərəfi isə odur ki,bu illər ərzində Göyçayın(özü də tək Göyçayın
yox) yüzlərlə sakini mənə ən müxtəlif məsələlərə görə - işə düzəlmək,müalicə
olunmaq,mənzil ya torpaq sahəsi almaq,təhsillə,hüququ-mühafizə orqanları ilə bağlı
problemlərinə görə ya sadəcə maddi yardım üçün müraciət ediblər və heç bir müraciəti
cavabsız qoymamışam.
Hələ onu demirəm ki ,Göyçayın da, başqa dairələrin də deputatları yalnız öz
rayonlarının işləriylə məşğul olmur… Mən də Göyçaydan seçilmiş Azərbaycan Milli
475
Məclisinin deputatı kimi Mədəniyyət Komsissiyasının sədri olduğum 10 ildə 12-dən çox
qanun hazırlayıb qəbul etdirmişik.Azərbaycan-Türkiyə Parlament dostluq qrupunun sədri
kimi də qardaş ölkələrimiz arasında əlaqələrin daha sıx olması üçün mühüm işlər
görülüb.Nəhayət, rəhmətlik Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Azərbaycanın ilk
Milli Məclisinin ilk iclasını açmaq və aparmaq şərəfi mənə nəsib olub.Güman edirəm
ki,göyçaylı seçicilərim bununla fəxr edə bilər.
Bütün uydurmalar bir-bir təkzib olunandan sonra başqa bir hiyləyə əl atdılar,şayiə
buraxdılar ki,guya mən namizədliyimi geri götürmüşəm,hətta bir çox bülletenlərdə adımın
üstündən xətt çəkiblərmiş.
Son təxribat isə bülletenlərin sayılması zamanı olub.Mənə verilən səslər başqa
alternativlər arasında bölüşdürüb,çoxunu da seçdirmək istədiklərinə bağışlayıblar. Bunu
eyni dairədən namizədliklərini irəli sürmüş 11 namizəddən doqquzu (təbii ki,birindən
başqa) rəsmən təsdiq edir. Hətta mənə verilən səslərin ona yazdırılmasından xəcalət
çəkdiyini deyənlər də var. Birgə keçirdikləri mətbuat konfransında 9 namizəd
sənədlərlə,faktlarla bu saxtakarlıqları göstərmiş və Mərkəzi Seçki komissiyasına müraciət
etmişlər.Məhz bülletenlər sayılan saatlar işıqlar keçirilmiş və vaqiə, yəni bülletenlərin
dəyiş-düyüş edilməsi məhz bu «qaranqulu vaxtda» baş vermişdir.Məktubların birində
gördükləri,şahid olduqları yazılıb: «Saat 7-də seçki məntəqələri bağlandıqdan sonra seçgi
qutuları boşaldılaraq sayılmağa başlanmışdı. Seçki komissiyaları üzvləri arasında
mübahisələr gedən zaman məntəqənin telefonu kəsildi və işığı söndürüldü. Seçkiyə
gələnlərin sayı 420 nəfər olduğu halda seçgi qutusundan 510 bülleten çıxması müşahidə
olundu. Eyni zamanda namizədlərin topladığı səslər seçgi komissiyasının sədri tərəfindən
istədikləri namizədin səslərinin üstə qoyulduğu üçün çox mübahisələr getdiyinin şahidi
oldum. Belə ki,xalq yazıçısı Anar müəllimə səs verilən bülletenlərin bir neçəsi digər
namizədlərin bülletenlərinin içində çıxdı».
Təsadüfi deyil ki, dairə seçgi komissiyasının 4 üzvü saxta protokolları
imzalamaqdan imtina ediblər və hədə -qorxulardan qurtulmaq üçün bir müddət Bakıda
gizləniblər.Göyçaydan aldığım onlarca adamın imzaladığı məktublarda da bu
476
saxtakarlıqlardan söhbət açılır.Məktubların əsilləri Mərkəzi Seçki Komissiyasına və
Konstutusiya məhkəməsinə, sürətləri mənə göndərilib .İmzalı məktubları saxlasam da
onları yazanların adlarını açıqlamıram ki,təqiblərə məruz qalmasınlar. Bu sözü də əbəs
yerə demirəm. ANS kanalında 88-ci dairədə seçgilərin kobud şəkildə saxtalaşdırılması
haqqında danışan Göyçay sakinlərinə qarşı şantaj halları haqqında səhih məlumatım var.
İstər bu məktublardan, istərsə də ANS də göstərilən kadrlardan aydın olur ki, rayonun
məsul funksionerləri bir-bir seçki dairələrinə gəlib «kimə səs verməyi», «kimə səs
verməməyi» tapşırıblar.Mərkəzi Seçgi Komissiyasının bütün bu müraciətlərə , məktublara,
sənədlərə və faktlara necə münasibət göstərməsinə toxunmaq istəmirəm,ancaq bu
Komissiyanın üzvü hörmətli Mənsum Bayramovun mətbuatda dərc olunmuş xüsüsi
rəyindən bir sitat gətirirəm: «Bəzi dairələrdə məntəqə protokolları sonradan
dəyişdirilmişdir. Bütün bu tipli pozuntular nəticəsində 88 saylı Göyçay(başqa dairələr də
misal çəkilir --A.)dairəsində səsvermənin nəticələri kobud şəkildə saxtalaşdırılmışdır».
Konstitusiya məhkəməsində Mərkəzi Seçki Komissiyasının üzvü,yekun protokolunu
imzalamayan Ə.A.Əliyevin çıxışından da sitat gətirmək istəyirəm:
«Hörmətli hakimlər! Məlumat üçün bildirirəm ki,88 saylı Göyçay DSK-da yekun
iclası keçirilməmiş və yekun protokola komissiya üzvlərindən dördü imza atmamışlar.
Seçki Məcəlləsinin 100,12-ci maddəsinə əsasən 9 nəfər dairə seçki komissiyasının
üzvünün üçdə birisi bu protokolu imzalamalıdır. Daha dəqiq 6 nəfəri. Burada isə protokolu
4 nəfər imzalamayıb.Yekun protokolunun hüququ əsası olmadığı aydın görünür.Ancaq
MSK buna göz yumaraq nəticələri təsdiqləmişdir,daha doğrusu, saxtakarlığa yol
verilmişdir. Özü də əqidəsi, düşüncəsi hələ də tam dəqiqləşməyən,heç kəsin
tanımadığı,yaxud da müsbət tanımadığı bir nəfərin hesabına .O da hamımıza məlumdur ki,
Anar onsuz da Anar olaraq qalmaqdadır və qalacaq da.Ancaq itirən biz olacayıq. Hər
halda o,parlamentimizə daha çox lazımdır,nəinki parlament ona»(«Vətəndaş həmrəyliyi»
qəzeti. 4-7 dekabr 2005)
Əlbəttə, aydındır ki, nə MSK-da Mənsum Bayramovun, nə Konstutisiya
Məhkəməsində Ə.A.Əliyevin bu mərd və cəsur çıxışları bu qurumların heç birinə təsir edə
477
bilməzdi,amma şəxsən tanımadığım bu iki adamın( o cümlədən Göyçayda protokola imza
atmayan,yenə də şəxsən taımadığım 4 adamın )kişiliyi məndə millətimçün qürur hissi
oyadır, tarixə ləkəsiz adla düşənlərin də olduğuna inamımı artırır.
Bütün bu işlərin kimlər tərəfindən törədildiyini deyə bilmərəm. Şəxsən mən bir
çıxışımda da alternativlərimin əleyhinə bircə kəlmə də deməmişəm.Mənim haqqımda bu
şayiələrin də kimlər tərəfindən yayıldığını deyə bilmərəm.Amma İcra strukturlarının bu
işdə mənə qarşı fəvaliyyət göstərdiyi, başqasının seçilməsi üçün canfəşanlıq etmələri
faktlarla sübut olunur.Prezidentin 12 may sərəncamına zidd olaraq icra strukturlarında
işləyənlər mənim görüşlərimə az adamın toplanması haqqında tapşırıqlar verirdilər. (Buna
baxmayaraq hər kənddə balaca salonlar ağzınacan dolu olurdu)Bəzi başqa namizədlər
üçün izdahamlı mitinqlər düzəldilməsi ancaq üzdə olan faktlardandır.Pərdəarxası fəaliyyət
daha həlledici olub.
Seçkilərdən əvvəl YAP partiyasının rəhbər işçiləri bəyanət vermişdi ki,bir sıra
ziayalıları,o cümlədən məni müdafiə edirlər və biz namizədliyimizi verdiyimiz dairələrdən
öz namizədlərini verməyəcəklər. Buna görə YAP rəhbərliyinə minnətdaram. Mənim
namizədliyimi irəli sürdüyüm dairədən bir YAP üzvünün də namizədliyini verməsini
partiyadaxili demokratiya təzahürü kimi qəbul edirəm. Ancaq doğrusu, alternativimin
qərargahının Göyçayın YAP binasında yerləşməsini və bu qərargaha YAP-ın Göyçaydakı
funksionerinin rəhbərlik etməsini heç cür başa düşə bilmirəm.
Sual: - 10 ilə yaxın müddət idi ki,parlamentdə təmsil olunurdunuz.Çoxları düşünür
ki,hakimiyyət məhz 10 illik müddətdə öz sözünü dediyinizi düşünüb,sizin seçgilərdən qalib
çıxmağınıza imkan vermədi.
Cavab: Məsələnin bu cür qoyuluşu ilə razılaşmıram. Əvvəla on il müddətində
də,ondan əvvəl də həmişə öz sözümü demişəmsə və Sizin fikrinizcə secgilərin nəticələrini
hakimiyyət təyin edirsə, niyə görə iki dəfə seçilməyimə mane olmayıb.İndi yəni ayrı
hakimiyyətdir ya mənim baxışlarım,mövqeyim dəyişib? Yox,məsələ, bunda
deyil.Nədədir,inanının ki,mən də bilmirəm. Amma hər halda mənimçün bu oyunu kim
qurub,gec-tez məlum olacaq.Bu dünyada heç nə həmişəlik gizli də qalmır,cavabsız da…
478
Sual: -Bu mənzərəyə etiraz əlaməti olaraq bəzi ziyalılar Dövlət başçısına müraciət
ünvanlamışdı.Şəxsən özünüz bu müraciətdən nə gözləyirdiniz?
Cavab: Yəqin ki, Siz Yaradıcılıq Təşkilatlarının rəhbərlərinin müraciətini nəzərdə
tutursunuz.Bu müraciətlə bağlı mətbuatda müxtəlif rəylər yer aldı.Birisi bərk
qəzəblənmişdi ki,niyə görə məni «görkəmli yazıçı» adlandırıblar.İndi hər toy
müğənnisinə,üç şeir,iki yarım hekayə yazana «dahi» deyildiyi bir zamanda mənə
«görkəmli» deyilməsi niyə bu adamı belə qəm-kədər dəryasına qərq edir,bilmirəm.Elə
buna görə də bu məktubu biabırçı adlandırır,heç vaxt belə məktuba qol çəkməyəcəyini
deyir(guya xislətinə bələd ola-ola ona bu təklifi edən vardı).Bu azmış kimi,məktubu
yazanlara hörmət bəsləmədiyini bildirir.
Özünü hüquqçu kimi təqdim edən başqa birisi də deyir ki, seçkilərin nəticələri
haqqında Prezidentə müraciət etmək hüququ cəhətdən düz deyi1.Bu hüquşunas onu dərk
etməyib ki,məktub seçgilərin nəticəsi haqqında deyil, Göyçayda Prezidentin 11 may
sərəncamıın kobüd şəkildə pozulması haqqın-dadır. Prezident sərəncamının pozulması
haqqında Prezidentə deyil kimə müraciət edilməli idi,Kofi Annana?
Belə bir fikri də beyinlərə yeritmək istəyirlər ki,məktubu yazanlar Anarın dostlarıdı.
Bəli, mən fəxr edirəm ki, məktubu yazanlar - Azərbaycanın ən görkəmli ziyalıları, dünya
şöhrətli sənətkarları, sözübütöv insanları - Rüstəm İbrahimbəyov, Vasif Adıgözəlov,
Fərhad Xəlilov, Fərhad Bədəlbəyli,Azər Paşa Neymətov, Rasim Balayev - mənim
dostlarımdır. Həyatda ən çox iftixar etdiyim şeylərdən biri də sədaqətli dostlarımın
olmasıdır və mənim də həmişə onlara qarşı etibarlı olmağımdır. Lazım olanda kiminləsə
dost olduğunu gözə soxmaq,lazım olmayanda bu dostluğu danmaq insana,kişiyə yaraşan
hərəkət deyil və yalnız səmimi dostluğun nə olduğunu bilməyən saxtakarlar başqalarının
səmimi dostluğunu saxta hesab edir. Amma məktuba imza atanlar yalnız dostluq
hisslərindən deyil,həm də ədalət və həqiqət təəssübkeşi olduqlarına görə belə bir addım
atmışlar. Şəxsən mənim bu müraciətdən nə gözlədiyimə gəlincə,ən azı onu gözləyirdim
ki,hörmətli Prezidentimizin bu hadisələr haqqında başqa bir dəyərləndirmə,həm də çox
nüfuzlu şəxslərin dəyərləndirməsi haqqında məlumatı olsun.
479
Sual: :-Cəmiyyətdə belə bir rəy var ki,hakimiyyət bu dəfə ziyalılar üçün ayırdığı
kvotanı Əkrəm Əylisliyə verdi. Bir fikirlə razılaşırsınızmı?
Cavab: -Mən ziyalılar üçün hər hansı bir kvota ayrıldığını düşünmürəm.Əkrəm
Əylisliyə gəlincə mən hər şeydən əvvəl illər boyu ələ saldığı,lağa qoyduğu, məzələndiyi
Milli Məclisin üzvü olması münasibətiylə onu ürəkdən təbrik edirəm.Necə deyərlər
«istədiyi yar idi,yetirdi pərvərdigar».
Sual::Yazıçılar Birliyinin rəhbərliyində dəyişiklər olacağı, Əkrəm Əylislinin bura
sədr gətiriləcəyi,ümumiyyətlə onunla münasibətləriniz haqqında nə deyə bilərsiniz?
Cavab:Yazıçılar Birşliinin rəhbərliyində hər hansı dəyişiklik olacağı haqqında mənə
bir şey məlum deyil.2004-cü ildə Yazıçıların X1 Qurultayı keçirildi və Birliyin rəhbərliyi
seçildi.Nizamnaməmizə görə növbəti Qurultay 2009-cu ildə olacaq və hər hansı dəyişiklik
yalnız o zaman baş verə bilər.O ki,qaldı Ə.Əylislinin adının bu məsələylə bağlı mətbuatda
hallandırıl-masına və onun özünün bu işə münasibətinə, bütün bu illər ərzində o, dəfələrlə
tamam başqa - başqa,bir-birinə zidd bəyanatlar verib.Əvvəllər dediklərini bir yana qoyub
yalnız bir gün ərzində müxtəlif qəzetlərdə dediklərinə,daha doğrusu ancaq başlıqlara nəzər
salaq: Əkrəm Əylisli: «Yazıçılar Birlyinə rəhbərlik etmək niyyətində deyiləm. Bundan
sonra Yazıçılar Birliyinin heç bir işinə qarışmaycağımı qətiyyətlə bəyan edirəm»
(«Bakı xəbər» qəzeti 13 yanvar 2006).
Əkrəm Əylisli: «Yazıçılar Birliyinin sədri olmaq barədə düşünə bilərəm» («Paytaxt»
qəzeti 13 yanvar 2006)
«Tarixi Nadiri» yarıya qədər yox,axıradək oxuyanlar da bundan necə baş çıxarsın?
İstəyir,istəmir?Yəni «bülbül gülüstana gəlsin, gəşlməsin?» Başqa bir qəzetdə Yazıçılar
Birlyinin sədri olandan sonra nələr edəcəyini də bəyan edib - 1000-dən artıq üzvü olan
təşkilatda yalnız 50 nəfəri üzv saxlayacaq(görəsən hansı metodla qalanları sıradan
çıxaracaq?).Yazıçılar Birliyinin səkkiz mətbu orqanından yalnız birini ya ikisini
saxlayacaq(təbii ki,qalan işçiləri çölə atmaqla bu işıqlı məqsədə nail olunacaq).Görünür
480
«Yazıçı» nəşriyyatını xaraba qoyub aradan çıxmağın zəngin təcrubəsi burda da tətbiq
olunacaq.
Əkrəmin bir bəyanatı da çox maraqlıdır. «Siyasətə girirsənsə,gərək oynayasan» -
deyir. («Yeni müsavat» qəzeti 8 dekabr 2005). Xalq yazıçısına yeni yiyələndiyi peşəsində
uğurlu rəqs dərsləri arzulayıram.
Mən Əkrəm haqqında bu sözləri yazmazdım.Amma axı elə bir müsahibəsi,elə bir
yazısı yoxdur ki,mənim haqqımda ən təhqiramiz sözləri deməsin. Mən yalnız bircə dəfə
onun saysız-hesabsız hücumlarına cavab vermişəm(«Azərbaycan» jurnalı №3 2003).
Düşünürdüm ki,bəsidir. Ordakı faktların birini də təkzib edə bilməyib, ancaq mənə şöyüş
və təhqir dolu həcv yazdı. Demə rəvan şairlik təbi də varmış.Bir müsahibəsində deyir
ki,mənim(yəni onun, Əkrəmin) üstünə tanklarla gəlsəydilər də o, Anarın ona(Əkrəmə)
etdiyini etməzdi. Soruşan gərək Anar sənə yaxşılıqdan başqa nə edib?Pis iş görüb ki,səni
çətin vaxtlarında müdafiə edib. Moskva mətbuatında sənin haqqında tərif dolu ilk
məqaləni yazıb,səni Yazıçılar Birliinə katib gətirib,60 yaşında səni ordenə təqdim eləyib.
Sənsə üstünə tank,topla deyil elə bir qələmlə ya diktofonla,kamerayla gələn hər sütül
curnalisti xamlayıb Anar haqqında döşəyə bildiyini döşəmisən.Anarın haqqında yazdığın
bütün hədyanları bir yerə toplasın bədii əsərlərindən qalın kitab olar. Ümimiyyətlə,
Ə.Əylislinin son on beş ildə bütün yazılarının,televiziya çıxışlarının üç mətləbi var:
Birincisi dağların müxtəlif rəngdə olduğu barədə yeni məlumatı aləmə bəyan edir. İkincisi
özünün nəinki Azərbaycanda, hətta Turkiyədə də ən yaxşı yazıçı olduğunu(görünür
Türkiyə ədəbiyyatına mükəmməl bələddir),hamıdan məşhur,hamıdan istedadlı,hamıdan
cəsarətli, fərasətli, hərarətli və s. olduğunu deyir,üçüncü də Anar haqqında, Yazıçılar
Birliyi haqqında, Rəsul Rza,Səməd Vurğun,Fikrət Qoca,Vaqif Səmədoğlu, Çingiz
Abdullayev haqqında mənfi nə demək mümkündürsə hamısını deyir.(Öz adımı bu siyahidə
birinci çəkməyimin səbəbi odur ki,ən çox mənə ilişir).O dərəcəyə çatır ki, deyir, Anar
Yazıçılar Birliyindən gedəndən sonra «Ədəbiyyat qəzeti»ndə Rəsul Rzanın adını
çəkməyəcəklər.Doğrudan da «arzuya bax, sevgilim».
481
Bu - kövrək sənətkar qəlbinin nə qədər incə,nə qədər yüksək amallarla çırpındığının
əyani göstəricisidir.
Əlbəttə,Əkrəmin imkanı olsaydı adlarımızı nəinki «Ədəbiyyat qəzeti»ndən,hətta
Yazıçıların telefon kitablarından da çıxarardı.
Onun son bəyanatında bir yeni məqam diqqətimi çəkdi. Yazır: «Bildiyim budur
ki,məni Anara qarşı aparılan kampaniyaya qoşmaqla kiminsə,kimlərinsə xəstə marağı
olmamış deyil…Anara qarşı ehtiraslar az qala sayıqlama səviyyəsində qızışdığı bir dövrdə
Yazıçılar Birlyininin fəaliyyəti haqqında söz demək,fikir söyləmək artaq əxlaq və
mənəviyyat çərçivəsindən kənara çıxır»
Bu sözləri oxuyan zaman uzaq keçmişi xatırladım,o illəri ki,qaragüruha qarşı
Əkrəmlə bir yerdə,çiyin-çiyinə mübarizə aparırdıq. Bir türk mahnısı düşdü yadıma:
«Yabançı olduq şimdi, yazıq bir-birimizə, İstərsən dönəlim bir də, əsgi günlərimizə».
Nə yazıq ki,sonrakı illərdə Əkrəm mənə qarşı, Yazıçılar Birlyinə qarşı
münasibətində bu qaragüruhla,ədəbi irticayla eyni mövqedən çıxış etdi,onlar da Əkrəmə
xoş gəlməkçün «Bilmirik Anar sən maralla, mən maraldan nə istəyir» dedilər.Bu əfsanədə
maral şübhəsiz Əkrəmdir,ikinci personajın kimlər olduğunu özünüz tapın.
Nahaq yerə «Yeni müsavat» qəzetində Kamil Vəli Nərimanoğlu Əkrəmə qarşı
çıxır.Əkrəmin uzun illər Yazıçılar Birliyinə qarşı hücuimlarına zuy tutanlardan biri də elə
Kamil Vəli Nərimanoğlu deyilmi?Bu yazısında da Əkrəmin bəzi pəsməndə fikirlərini
təkrar edir və birdən yadına düşür ki,ayə bəs Anar yaddan çıxar ha.Yazır: «Amma istər
onun(Əkrəmin-A.).istərsə də Anarın, Maqsud İbrahimbəyovun,Vaqif Səmədoğlunun və
digərlərinin yekələnərək millətə minnət qoymaları,xalqın çox yaralı və taleyüklü
məsələlərinə bu cür subyektiv münasibət bəsləmələri onların çirkin məqsədlərindən irəli
gəlir»
(«Yeni Müsavat» qəzeti 31 dekabp 2005.)
Yenə həmin məqalədən: «Əkrəm,Anar,Maqsud - bunlar hələ Azərbaycanın başına
çox oyunlar açacaq.Bu adamlar nəyə görəsə Azərbəycan xalqından intiqam alırlar».
482
Sifətini, mövqeyini min dəfə dəyişən,kəpənək kimi bu partiyadan o partiyaya qonan
bir adama vaxtilə «Dədə Qorqud bayramını dedi -qodu bayramına çevirməyin» adlı geniş
yazıyla cavab vermişdim.Düşünürdüm ki,ömür billah bəsidir.Amma yenə əl çıkmir və
mənim ona qarşı işlətmədimyim ən çirkin (öz ifadəsidir) sözlərdən də çəkinmir. Arada bir
eşitdim ki,mənim haqqımda yazdığı kobud sözlər üçün peşmançılıq çəkir,amma bu
peşmançılığın səmimiyyətinə inanmadım,çünki belələri həftənin bir günü bir şey,başqa
günü tamam başqa şey deyə bilər.
«Nədən söylə, dünən oylə,bü gün boylə,yarın şöylə yazır sənin bu qələmin?
Qorxmursanmı adın qalar buqələmun»….
Mən qeyri-təvazökar adam deyiləm,heç vaxt özümü nə dahi,nə Azərbaycanın və
Türkiyənin ən yaxşı yazıçısı kimi sırımaq fikri də ağlıma gəlməyib.Amma Kamilə demək
istədiyim odur ki,sən Kamil Vəli Nərimanoğlu, Anarın, Vaqif Səmədoğlunun, Maqsud
İbrahimbəyovun,lap elə Əkrəm Əylislinin və yamanladığın bütün başqa sağ və vəfat etmiş
yazıçıların hər birinin ayrı-ayrılıqda bu xalq üçün etdliklərinin yüzdə yox,mində birini
et,sonra belə yekə-yekə danış… Şəxsən mən «Molla Nəsrəddin 66»-nı, «Yaxşı padşahın
nağılı»nı, «Ağ liman»ı, «Şəhərin yay günləri»ni, «Səhra yuxuları»nı, «Anlamaq dərdi»ni,
«Dədə Qorqud» ssenarisini və «Dədə Qorqud dünyası» essesini(vaxtilə sənin ağız dolusu
təriflədiyin əsərləri) yazanda, «Qəm pəncərəsi»ni, «Üzeyir ömrü»nü çəkəndə sən «Ki
bağlayıcısı» haqqında millət üçün çox vacib dissertasiya müdafiə edib namizəd
olmuşdun.«Ki» barədə də tədqiqat aparmaq olar,sözüm yox,bəlkə bu da lazımdir, amma
hər kəs gərək öz xidmətinin ölçüsünü də bilsin,millət,cəmiyyət tarixində tutduğu yeri
də.Bilmirsə bu yeri ona göstərməli olursan.Millətdən intiqam almaq istəyənlər isə onun
görkəmli yazıçılarını, ləyaqətli sənətkarlarını hər vasitəylə, hər fürsətdə ləkələməyə,
hörmətdən salmağa cəhd edənlər,onların yaratdıqları bədii sərvətləri gözdən salmaq,
ziyalılıq anlayışını uzurpator kimi mənimsəyərək həqiqi ziyalıları aradan çıxardıb milləti
işıqsız qoymaq istəyənlərdir.
Vaxtında həddlərini bildirməsən, belələri doğrudan da Azərbaycanın başına çox
oyunlar aça bilər.
483
Ümumiyyətlə sifət dəyişmək,mövqe dəyişmək, partiyadan partiyaya futbolistlər
sayağı transfer edilmək indi həm mənfəətli,həm də prestijli peşə olub.Ən dəhşətlisi də
odur ki, cəmiyyət belə hallari təbii qəbul etməyə alışır, əksinə, sifətini dəyişməyənləri bir
növ «Don Kixot» sayır. Əlbəttə insanın mövqeyində illər ötdükcə müəyyən dəyişiklik ola
bilər,amma bu dəyişikliklərdən ona heç bir ziyan dəymirsə, əksinə xeyir, qazanc gəlirsə
belə dəyişmələrin səmimiyyətinə inanmaq çətindir. Transfer olunanlara bel bağlayanlar da
unutmamılıdır ki,bir dəfə transfer olunan yenə də əks istiqamətdə transfer oluna bilər.
Bunun örnəklərini az görməmişik.
2003-cü ildə Prezident seçkiləri ərəfəsində başqalarıyla bərabər mənə də yönələn
«Mövqeyinizi bildirin» çağrışına bircə mən cavab verdim: «Mövqeyim çoxdan bəllidir»
dedim,yazdım: «Seçkilərdə gizli səsvermə üsulu ona görə tətbiq olunur ki,hərə öz
seçimində tamamilə sərbəst hərəkət etsin və heç kəsin qarşısında hesabat verməsin. Buna
baxmayaraq şəxsən mən Sizin sualınıza cavab verirəm:bütün yuxarıda söylədiklərimi
nəzərə alaraq mən Heydər Əliyevə səs verəcəm».
Bu yazım qəzetdə çıxandan üç gün sonra «Yeni Müsavat» qəzetində(12 iyul 2003)
Aynur Camal qızının «ANlayan anlayAR» başlıqlı yazısı dərc olundu.Başlıqda adımın bu
cür hallandırılması şübhəsiz gənc jurnalistin uğurlu tapıntısıydı. Yazının məğzi isə bir bu
abzasdan bəlli olur:
«Mən Heydər Əliyevə səs verəcəm».Əslində bu,sadəcə YAP sədrini
dəstəkləmək,onun yanında və yolunda olduğunu sərgiləmək deyil,adına yazıçı, ziyalı
deyilən şəxsin on ildən üzü bəri əzilən,yenilən,məhv edilən bir millətə meydan
oxumasıdır. Başqa bunu necə yozaq, qalın-qalın kitabların müəllifinə necə haqq
qazandıraq. «On-on bir il öncə bu ölkəni fəlakətdən kim qurtarıb?»
Maraqlı sualdır və təəssüf ki,bunu ünvanlayan cavabdan da xəbərdar
olmalıdır.Bəlkə izah edəsiniz, on il öncə nə fəlakət baş verirdi ki? H.Əliyev bu ölkəni hansı
fəlakətdən qurtarıb?Uşaqdan böyüyəcən hər kəsə bəllidir ki,o şüurlu həyatı boyu bu
məmləkətə fəlakət bəxş etməklə məşğul olub» («Yeni müsavat» 12 iyül 2003).
484
İndi Aynur xanım Milli Məclisin üzvüdür,bu günlərdə başqa bir qəzetdə onun
«Dünən başqa cür düşünürdüm,bü gün bu cür düşünürəm» başlıqlı müsahibəsiylə tanış
olarkən qeyri-ixtiyarı «Eh həyat sən nə qəribəsən» mahnısını züm-zümə etməyə başladım.
Fikrini, mövqeyini 180 faiz dəyişənlər bunu nəzəri cəhətdən əsaslandırmağa da
çalışırlar:-balalarımız var-deyirlər.Guya mövqeyini dəyişməyənlərin, sifətdən-sifətə
düşməyənlərin balaları yoxdur.
Əgər mövqeyində,əqidəndə sabit olmaq,sifətini dəyişməmək, sənə həvalə olunan işi
bütün təqiblərə,təzyiqlərə rəğmən namusla icra etmək,heç kəsə paxıllıq etməmək, obyektiv
və ədalətli olmaq - zəiflikdirsə və güclülük -tez-tez mövqeyini dəyişmək,özündən başqa
heç kəsi bəyənməmək,hamının uğuruna qısqanclıqla yanaşmaq,tapşırılan işdə bir balaca
çətinliklə rastlaşan kimi aradan çıxmaq,dönüklükdürsə - mən zəif olmağı bü cür «güclü»
olmaqdan üstün tuturam.
Sual: -Ötən il təkrarən Yazıçılar Birlyinə sədr seçilmənizlə bu məğlubiyyətiniz
arasında nə kimi əlaqə görürsünüz? Sizcə,hakimiyyət seçkilərdə sizə qarşı etməyə
planlaşdırdığı haqsızlığı Yazıçılar Birlyinə sədr seçilmənizlə kompensasiya etməyə
çalışdımı?
Cavab:-Əvvəla «məğlubiyyət» sözünü qəbul etmirəm.Əksinə,məni ürəkdən
sevən,mənə yaxın olan adamlar seçkilərin belə nəticələrindən sonra məni təbrik edirdilər,
Milli Məslisdəki vaxtımı yaradıcılığa həsr edəcəyimə macal tapdığım üçün sevinirdilər.Bu
yanaşma mətbuat səhifələrində də yer alıb. İkincisi, Göyçay icra strukturundan başqa
hökumətin hansı dairələrinin mənim «seçilməməyimə» təlimat verdiyini bilmirəm və dəqiq
bilmədiyim şeydən danışmaq da istəmirəm. Üçüncüsü,onu qəti deyə bilərəm
ki,Yazıçıların X1 Qurultayında açıq səsvermədə mənim yekdilliklə yenidən sədr
seçilməyimin hökümətə heç bir dəxli yoxdur.Qurultay tam demokratik şəkildə seçilmiş
600-dən artıq nümayəndənin demokatik və açıq şəkildə səs verməsiylə məni yenidən bu
vəzifəyə layiq bildi.Maraqlıdır ki,demorkartiyadan dəm vuran bəziləri demokratik seçimi
yalnız özlərinə xeyirli olacaq halda qəbul edirlər.Başqasının qələbəsiylə nəticələnən seçki
485
onların rəyincə demokratik deyil. Öz işləridir. Hamı olmasa da əksəriyyət hər şeyi düzgün
görür və düzgün qiymətləndirir.
Sual:Anar müəllim,ötən il bəzi kitabların latın qrafikasıyla çap məsələsinin
Yazıçılar Birliyinə həvalə edilməməsinə etiraz etmişdiniz.Sizcə hakimiyyətə asi çıxdığınız
üçün iqtidar sizə qarşı belə davranış sərgilədi yoxsa ortada bilmədiyimiz başqa səbəblər
var.
Cavab: Mən hakimiyyətə asi çıxmamışam.Ortada başqa səbəblər varsa,səmimi
deyirəm,bunu siz bilmədiyiniz kimi,mən də bilmirəm.O ki,qaldı kitabların latın
qrafikasıyla nəşrlərinə,bu məsələni mən illər boyu,demək olar ki, latın qrafikasına
keçdiyimiz vaxtdan dəfələrlə qaldırmışam.İlham Əliyev cənablarının Prezident seçkiləri
ərəfəsində yaradıcı ziyalılarla görüşündə çıxış edərkən də bu barədə dedim və İlham
Əliyev, seçilərsə bu məsələni mütləq həll edəcəyini vəd etdi.Doğrudan da seçiləndən az
sonra 2004-cü il yanvarın 11-də bu barədə fərman imzaladı. Kitabların ilk siyahısını mən
tərtib etdim. Müəyyən düzəlişlər və əlavələrdən sonra siyahının son variantını yenə mənə
Yazıçılar Birliyinə göndərdilər.
Nəşr məsələsi yubananda mən Milli Məclisdə çıxış edib dedim ki, Prezident
fərmanından on ay keçib,amma hələ bir kitab da çıxmayıb. Həngamə bundan sonra
başlandı. Satın alınmaş jurnalistlər çirkab qalmadı üstümə atmasın,guya mən bu kitabları
maddi maraqlarım üçün çap elətdirmək istəyirəm.Mənim burda hansı maddi marağım ola
bilərdi - mətbəəm,nəşriyyatım vardı?Nizaminin,Füzulinin qonorarını özüm alacaqdım?Heç
öz kitabımın qonorarını da almamışam.Sonra ən şərəfsiz üsula əl atdılar- mənə görə
atamın adını hallandırmağa başladılar.Demə,mən yüzlərlə yazıçinın kitablarını ona görə
nəşr etdirmək istəyirəm ki,onların arasında Rəsul Rzanın da kitabı çap olunsun.Bundan
bərk nigaran qalanları sevindirmək istəyirəm, hələ ki, klassik və çağdaş şairlərimizin
əksəriyyətinin kitabı çıxıb,bir Rəsul Rzanınkindən başqa…Dincəldiniz?
Əlqərəz bundan sonra Yazıçılar Birliyini siyahıların tərtib edilməsindən
uzaqlaşdırdılar və mən indi nəyin çıxdığını,nəyin çıxmadığını,hətta çıxan kitabların hardan
ala biləcəyimi belə bilmirəm.Bu da mənim bu işdə təşəbbüskarlığımın nəticəsi.Yalnız
486
Prezident İlham Əliyev bir neçə dəfə bu kitabların mənim təşəbbüsümlə nəşr olunduğunu
vurğulayıb.Sağ olsun.
Amma hər halda illər boyu israrla təkid etdiyim məsələnin mənə belə baha başa
gəlməsindən rəncidə olmuram.Belə şeylərə çoxdan adətkərdayam.Məncə əsas odur ki, -
kitablar çıxır və neçə ilin ədəbiyyatsızlıq boşluğu aradan qalxır. Buna sevinməmək
olmaz.Qalan umu-küsülər isə əhəmiyyətsiz şeylərdir.
Dostları ilə paylaş: |