Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


Sual:-Keçmiş deputatlığa namizəd kimi seçgiqabağı prosesləri,habelə seçgi gününü  necə qiymətləndirirsiniz?  Cavab



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə165/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   161   162   163   164   165   166   167   168   ...   274
Sual:-Keçmiş deputatlığa namizəd kimi seçgiqabağı prosesləri,habelə seçgi gününü 

necə qiymətləndirirsiniz? 



Cavab:  -Seçgiqabağı  proseslər  deyəndə  mən  deputatlığa  namizəd  kimi  Göyçay 

rayonunun  50-ə  qədər  kəndinin  nümayəndələrinin  iştirakıyla  on  beş  kənddə  keçidiyim 




472 

 

görüşlər  haqqında  deyə  bilərəm.Hər  yerdə  məni  hərarətlə    qarşılayır  və  yüzlərlə  adamın 



iştirak  etdikləri  bu  görüşlərdə  yalnız  iki  nəfər  mərd-mərdanə  mənə  səs  verməyəcəklərini 

dedi.Qalanlar isə «Namizədliyinizi bizim  dairədən vermənizlə fəxr edirik,mütləq sizə səs 

verəcəyik» -deyirdilər.Göyçay seçicilərini riyakarlıqda ittiham etməyə,bir şey deyib başqa 

şey etməkdə günahlandımağa nə haqqım, nə əsasım var.Axı kim inanar ki,32 min seçicidən 

mənə yalnız 170 nəfər səs  verib?Mənim namizədliyimin qeydə alınması üçün 500  imza 

toplanıbsa deməli bu adamlar belə mənə səs verməyib?Yəni mənim göyçaylılar qarşısında 

nə qəbahətim var  ya Göyçayda hansı mənfi imic qazanmışam  ki, alternativimin iddiasına 

görə  bir faiz də səs toplaya biməmişəm?Özü də bunu o adam deyir ki,özünün nə cür,  nə 

vasitə və nə üsulla «seçildiyini» heç  kəs bilməsə də özü çox yaxşı bilir.İddia edir ki,1995-

cı və 2000-ci illlərdə,  yəni  Heydər  Əliyevin  hakimiyyətdə olduğu  vaxt iki dəfə seçgilərə 

buraxılmadığı  halda  indi  buraxılıb  və  özünün  etiraf  etdiyi  kimi  («Exo»  qəzeti  7  dekabr 

2005)  rayonda  yaxşı  əlaqələri  və  qohumları  olduğuna  görə  seçilib  .Yaxşı  və  xeyirli 

əlaqələri  olduğuna  sözüm  yoxdur,amma  məncə  deputat  yalnız  tanış-bilişlərinin  və 

qohumlarının deyil,bütün seçicilərin səsləriylə seçilir.Mən belə atmacalara cavab verməyi 

özümə  rəva  bilmirəm,amma    guya    mənim  bir  faizdən  də  az  səs  topladığım  haqqında 

iftiraları cavabsız  qoya da bilmərəm.Mənim səslərimi başqalarına paylayıb, mənə yalnız 

170  səs  «bəxş  edənlər»  hər  halda  insaflı  adamlarmış,axı  istəsəydilər  heç  bir  səs  də 

saxlamazdılar. 

Seçki  gününə  ümumi  qiymət  verməyə  gəlincə  mən  Ekzit  pol  deyiləm  ki,bütün 

dairələri  izləyə  və  nəticə  çıxara  bilim.Dəqiq  məlumatım  yalnız  namizədliyimi  irəli 

sürdüyüm  88 nömrəli dairədir. 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin