Sual: -Hər hansı siyasi partiya yaratmağı düşünürsünüzmü?
Cavab: -Təbii ki,yox.Yəqin ki,dediklərimdən bu aydın oldu.
Sual: -YAP-dan və ya digər partityalardan dəvət gəlsə qəbul edərsinizmi?
Cavab:-Yox.
Sual: Təkrar seçkilərə qatılacaqsınızmı?
Cavab: -Yox
Sual: -Anar müəllim, artıq ikinci dəfədir ki,qəzetimizə yazılı müsahibə verməyə
razılaşırsınız.Yaradıcı bir adam kimi bunu qələm əhlinə qarşı haqsızlıq hesab
etmirsiniz?Hər halda,canlı söhbət zamanı ortaya daha maraqlı məsələlər çıxa
bilərdi.Mətbuata güvənmirsiniz,yoxsa…
Cavab: -Sualınızdan belə alınır ki,sizin qəzetinizə ikinci dəfə yazılı müsahibə
verməyim qələm əhlinə qarşı haqsızlıqdır.Müsahibə verməsəydim bu «haqlılıq» olardı? O
ki,qaldı nədən şifahi yox,yazılı sualları cavablandırıram,bunun əlbəttə səbəbləri var.Əvvəla
yazılı suallar haqqında daha sakit şəraitdə,daha ətraflı düşünməyə imkan yaranır.İkincisi
hətta maqnitofon işə salınırsa da şifahi müsahibədə bir çox fikirlər təhrif olunur.Mənim isə
yazılı ya şifahi müsahibələrdən başım az çəkməyib.Çox vaxt təhrif olunmuş ya
kontektsdən çıxarılmış fikirlərimi istədikləri kimi qələmə verib,yanlış yozublar.Çox vaxt
söylədiklərimin məzmunu və mətləbindən doğmayan sensasiyalı başlıqlar veriblər.Güman
edirəm ki,diqqət cəlb etmək naminə bu müsahibəmizə belə sensasiyalı başlıqlar
488
qoymayacaqsınız. Onsuz da oxuyan yetərincə olacaq və həmişəki tək müsahibədən sonra
da üstümə qarğa-quzğun kimi tökülüşənlər tapılacaq. Olsun. Bu da bir taledir.Qorxan gözə
çöp düşər.Sizə uğurlar diləyirəm.
19 yanvar 2006
Dostları ilə paylaş: |