Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə160/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   156   157   158   159   160   161   162   163   ...   274
ANAR  VƏ  VAQİF SƏMƏDOĞLU   

VAQİF HACIBƏYLİYƏ CAVAB VERDİLƏR 

 

 «Yeni  Müsavat»  qəzetinin  23  oktyabr  sayında  Vaqif  Hacıbəylinin  bizə  müraciəti 

dərc olunub.Bizdən xahiş edir ki, «ədalətin bərpası üçün müvafiq səylər göstərək».Amma 

bu xahişi çox qəribə şəkildə edir.Amiranə tonla bizə məhz onun mövqeyini qəbul etməyi 

təklif  edir  və  hətta  hədə  qorxu  gəlir  ki,onun  istədiyi  şəkildə  mövqeyimizi  bildirməsək 

yaşaya  bilməyəcəyik  yaxud  belə  yaşamağımız  çətin  olacaq.Yazıının  əvvəlində  bizi 

«cəmiyyətin bütün təbəqələrinin qəbul etdiyi vicdanlı ziyalılar» adlandırır.Əgər bu sözləri 

səmimi  deyirsə,onu  da  bilməmiş  deyil  ki,biz  məhz  ömür  boyu  yaşadığımız  kimi 

yaşadığımıza görə «cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunruq» və xalqımızın, 

millətimizin  müqəddəratı  həll  olunan  bütün  məqamlarla  vicdanımızın  səsiylə  hərəkət 

etmişik  və  edirik.  «Mövcud  reallığın  dəyişməsi  üçün  mübarizə  aparmağa»,yəni  kiminsə 

siyasi  ambisiyaları  uğrunda  ölkəmizi  yeni  təhlükələrə  atmağa  da  heç  vaxt  razı 

olmarıq.Çünki hörmətli yazı müəllifindən fərqli olaraq 1992, 1993-cü ilin birinci yarısında 

Azərbaycanın  nə  kimi  fəlakətlərlə  üzləşdiyini,  məmləkətimizin  parçalanmasını,  vətəndaş 

müharibəsi kabusunu və bu bəlalardan Vətənimizi  KİMİN qurtardığını unutmamışıq.Yazı 

müəllifi  Azəbaycanı  feodal  dövlət  adlandırır.  Görəsən,  hansı  feodal  dövlətdə  Vaqif 

Hacıbəyli  yazdıqlarını  bu  şəkildə  yaza  və  dərc  etdirə  bilərdi?.Yazı  müəllifi  demək  olar 

ki,hər  gün  müxtəlif  mətbuat  orqanlarında  bizə  qarşı  yönəlmiş  böhtan  və  təhqir 

kampaniyalarına da haqq qazandırır «Uman yerdən küsərlər» .Nəyi umursunuz bizdən? Öz 

ağlımızla deyil,məhz Sizin kimi düşünməyi?Bunu bizdən nahaq umursunuz, Azərbaycanın, 

müstəqil dövlətimizin maraqları bizimçün bütün digər maraqlardan üstündür.Buna görə də 

bizdən küsənlər  küssünlər. Amma məgər kimdənsə küsmək onu addımbaşı  təhqir etmək, 

hədələməkdir?  Nəinki  bizi,  övladlarımızı,nəvələrimizi  də  hədələ-yirsiniz.  Kimin 

övladlaının,  nəvələrinin  ziyalılara  qarşı  bu  səlib  yürüşü  üçün  xəcalət  çəkəcəyini  tarix 

göstərər.Bizi  suçlamığınızın  səbəbi  nədir?  Guya  ki,biz  15-16  oktyabr  hadisələriylə  bağlı 

həbs  olunanların  taleyinə  biganəyik,  susuruq.  Mətbuatı,ya  heç  olması  yazınızı  dərc 




468 

 

etdirdiyiniz  «Yeni  Müsavat»  qəzetini  izləyirsinizsə,gərək  biləydiz  ki,bu  məsələylə  və 



başqa  dustaqlarla  bağlı  mövqeyimizi  dəfələrlə  bəyan  etmişik.Yəni  biz  heç  kəsin,o 

cümlədən oktyabr hadisələriylə bağlı tutulanların həbsdə qalmasını istəmirik.15-16 oktyabr 

hadisələri haqqında bir-birinə daban-dabana zidd olan dəyərləndirmələr var və hər tərəf  öz 

faktlarına  əsaslanır.Biz  heç  bir  tərəfin  mövqeyini  qeydsiz-şərtisiz  qəbul  edə  bilmərik  və 

təkrar  edirik:bu  hadisələrlə  əlaqədar tutulan  insanların  ən tez zamanda  azadlıqda görmak 

istəyirik» 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin