VAQİF HACIBƏYLİ ZİÜALILARA MÜRAÇİƏT ETDİ
Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Bəxtiyar Vahabzadəyə,Anara və
Vaqif Səmədoğluna açıq məktub.
Hörmətli millət vəkilləri! 15 oktaybr məhbuslarının hüquqlarının müdafiə
Komitəsinin sədri olaraq Sizlərə müraciətimin qayəsi qondarma ittihamlarla ağır cəzalara
məhkum edilmiş seçki məhbuslarının taleyinə diqqətinizi cəlb etməkdir. Nə vaxtsa siyasi
repressiya qurbanları kimi onların hər biri tam bəraət alacaq və cəmiyyətin xüsusi qayğısı
ilə əhatə olunacaq. O zaman ziyalılardan,xüsusilə də sizlər kimi cəmiyyətin bütün
təbəqələrinin qəbul etdiyi ziyalılardan soruşulacaq ki, bəs repressiyalar dövründə niyə
səsinizi çıxatmadınız, etirazınızı bildirmədiniz? Onda yəqin deyəcəksiniz ki, bizim
xəbərimiz olmayıb. Əslində mənim bu müraciətimin bir səbəbi də odur ki,nə Sizlər,nə də
övladlarınız və nəvələriniz deyə bilməsinlər ki,bizim xəbərimiz olmayıb, bilməmişik.
Sizlərə qarşı olan tənqid və iradlardan bəzən narazılıq edirsiniz.Amma nahaq yerə.Uman
yerdən küsərlər.Bu gün seçgi məhbuslarının hüquqlarını müdafiə edən şəxs kimi mənim
daha çox Sizlərin köməyinə ehtiyacım var.Mən ümid etmək istəyirəm ki, Sizlər hələ də
hüququ pozulan insanların səsinə səs verməsəniz,yaşaya bilməzsiniz,yaxud belə yaşamaq
çətindir.
«Yeni Müsavat» qəzeti» 23 noyabr 2004
|