Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə183/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   179   180   181   182   183   184   185   186   ...   274
Anarın şərhi. 1970-ci ilin əvvəllərində bu məruzədə təklif etdiyim mövzuların demək 

olar  ki,  hamısı  sonralar  ekran  həyatı  qazandı,  Babək,  Nəsimi,    Qaçax  Nəbi  haqqında 

filmlər  çəkildi,  Fərman  Kərimzadənin  «Axırıncı  aşırım»  povesti(«Qarlı  aşırım»adıyla), 

Salam  Qədirzadənin  «Xəzan  yarpaqları»  hekayəsi  ekranlaşdırıldı.  Mənim  ssenarim 

əsasında   rejissor Tofiq  Tağızadə  iki  seriyalı «Dədə  Qorqud» filmini,mən  özüm  isə Cəlil 

Məmmədquluzadənin  «Danabaş  kəndinin  əhvalatları»  və  başqa  əsərləri  əsasında  iki 

seriyalı «Qəm pəncərəsi» filmini çəkdim. 

 


511 

 

1972-ci  ilin  mart  ayında  Azərbaycan  Komsomolunun  XXU111  Qurultayındla  çıxış 



edən  Anar  Bakıda  Gənc  tamaşaçılar  teatrından  başqa  daha  bir    Gənclik    teatrının 

yaradılmasının vacibliyini əsaslandırır və belə bir teatrın yaradılmasını təklif edir.  

« Azərbaycan gəncləri» və «Molodec Azerbaydcana» qəzetləri  

16 mart 1972 

P.S.Bu gün Bakıda belə bir teatr fəaliyyət göstərir. 

 

«Bir  təklifimi  də  bildirmək  istərdim.Vaxtilə  Hüseyn  Cavidin  cavan  yaşlarında 



dunyadan getmiş bəstəkar övladı haqqında «Böyük sənətkarın sənətkar oğlu» adlı məqalə 

yazmışdım.  Ərtoğrul  Naxçıvanda  keçinib,burada  da  dəfn  edilmişdir.Təklifim  onlan 

ibarətdir  ki,Ərtoğrulun  cənazə  qalıqları  da  atasının  türbəsi  yanına  keçirilsin,burada 

basdırılsın,faciəvi həyat keşməkeşləriy1ə bir-birindən ayrı düşmüş ata və oğul ölümsüzlük 

mənzilində ədəbi qovuşsunlar. 

«Naxçıvan naxışları» məqləsindən  

oktyabr-dekabr 1982. 

 

«Azərbaycan»  jurnalında,sonra  Anarın  «Dünya  bir  pəncərədir»  kitabında  dərc 



olunmuşdur.       

 (Hüseyn  Cavidin  məqbərəsində  indi  həyat  yoldaşı  Mişkinaz  xanım,oğlu 

Ərtoğrul,qızı Turan xanım yanaşı dəfn olunmuşlar -red.)  

 «Dahi  Nizami  Gəncədə,indiki  Kirovabad  şəhərində  doğulub.Kirov    böyük  dövlət 

xadimidir.Onun adına bağlar,parklar,institutlar var,xatirəsi dəfələrlə əbədiləşdirilib. Məncə 

Gəncənin adının qaytarılması heç bir anlaşılmazlıq doğurmamalıdır. 

M.Əzizbəyovun  adına  da  zavod,  küçə,  park,  institut  var.  Akademik  dram  teatrı  (o 

vaxt M.Əzizbəyov adına idi  - red.) Mirzə Fətəli Axundovun,Opera və balet teatrı Üzeyir 

Hacıbəyovun adını daşısa daha məqsədəuyğun olar.Mərkəzi Komitə katibinin müşavirədə 

iştirakından  istifadə  edib  bir  məsələni  də  nəzərə  çatdırmaq  istəyirəm.Cıdır  düzü  bizim 

tarixi keçmişimizlə bağlı müqəddəs yerlərdən biridir.Onun sanatoriyaya çevrilməsinə heç 



512 

 

cür  imkan  vermək  olmaz.Şuşada  sanatoriya  açmağa  yer  yoxdur  bəyəm?Gərək  hökman 



Cıdır  düzündə  olsun?CCıdır  düzü  təbii,həm  də  tarixi  obyekt  kimi  qorunub 

saxlanmalıdır.Gələcək nəsillər üçün. 

Bir  məsələ  də  bizi  narahat  edir:Cəlil  Məmmədquluzadənin  məzarı.Gəlin  elə  edək 

ki,bü məzara səcdəyə gələndə xəcalət çəkməyək. 

 

Azərbaycan KP MK-da teatr mövsümünün başlanması ilə əlaqədər  

keçirilən müşavirədə Anarın çıxışından.  

«Teatr: yenidənqurma dövrü».  

«Ədəbiyyat və incəsənət» qəzeti 19 sentyabr 1986 

 

1994-cü  ildə  Füzüli  yubileyi  ilə  əlaqədar  olaraq  Komissiyanın  iclasında  Anar 



Respublika sarayına  Füzulinin adının verilməsini təklif etdi. 

 «Ədəbiyyat  qəzeti»  26 avqust 1994 

(Ulu öndərimiz Heydər Əliyevin vəfatından sonra vaxtilə onun təşəbbüsylə tikilmiş 

bu saraya onun adı verildi - red.)  

Cəlil Məmmədquluzadənin 125 illiyinin qeyd olunmasıyla əlaqədar  yuvbiley 

Komissiyanın iclasında Anar yaşıçının Bakıda heykəlinin ucaldılmasını təklif etdi. 

«Azərbaycan» qəzeti 2 mart 1994 

 «Kitabi  Dədə  Qorqud»  Azərbaycan  xalqına  mənsub  olmaqla  bərabər  bütün  başqa 

türkdilli  xalqların    iftixar  etdiyi  və  ədəbi  qaynaqlarını  əlaqələndirdiyi  ucsuz-buyaqsız  bir 

dünyadır.Moskva,Sankt-Peterburq,Orta  Asiya  mütəxəssislərini  cəlb  etməklə  və 

respublikamızın  müxtəlif  elm  ocaqlarında  çalışan  qorqudşünasları  toplamaqla  Bakıda 

sanballı bir «Dədə Qorqul» ensklopediyasını yaratmaq böyük hünər olardı. «Kitabi Dədə 

Qorqud»  və  əlaqədar  mətnlərin  əsasında  yaranan  kəlmələri,yer,şəxs  adlarınıı,  məişət,  ov, 

döyüş,  musiqi,  sənət,  ailə,  təbiət  terminlərini,tədqiqatçıları  və  nəşrləri,tarixi  sənədləri  və 

bədii  əsərləri,folklor  örnəklərini  və  mifik  təsəvvürləri  əhatə  və  izah  edə  biləcək  «Dədə 

Qorqud»  ensiklopediyası  tarix,  ədəbiyyat,  musiqi,dil  tarixi,çoğrafiya,  etnoqrafiya  və 




513 

 

folklorun dərindən öyrənilməsi,açılması,mənimsənilməsi üçün əvəzsiz məxəz olardı.Dünya 



qorqudşünaslığının  bu  sahədə  təşəbbüsünü  gözləmədən  ilk  addım  bizim  alimlərimiz 

tərəfindən  atılmalıdır.  «Dədə  Qorqud  ensiklopediyası»  -  «Kitabi  Dədə  Qorqud»un  

vətənində --Azərbaycanda yaranmalıdır. 

mart-aprel 1985 

 

Esse «Azərbaycan» jurnalında, sonra Anarın «Sizsiz» kitabında dərc edilmişdir. 



P.S.  İki  cildlik  «Dədə  Qorqud  ensiklopediyası»  Bakıda  nəşr  olundu.  Redaksiya 

şurasının sədri  və Ön sözün müəllifi - Anar - tərtibçilər)  

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin