Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə191/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   187   188   189   190   191   192   193   194   ...   274
TARİXİ  BAĞ  QARAJ  OLMAMALIDIR 

 

Üzün illər ərzində 26-lar bağı kimi tanınan bağ Bakının tarixi güşəsində yerləşir və 

özü  də  tariximizin  bir  parçasıdır.  Məhz  bu  meydanda  1918-ci  ilin  qanlı  mart  günlərində 

bolşevik-daşnak  qüvvələri  minlərlə  azərbaycanlını    qətlə  yetirmişlər.Tarixin  bu  qara 

ləkəsini yaddaşdlardan silmək üçün sovet dövründə 26 Bakı komissarı kimi mifləşdirilmiş 

adamların həqiqi ya da saxta cəsədləri bu yerdə torpağa basdırılmış və bağa da müvafiq ad 

verilmişdir. Eyni üsulla Çəmbərəkənd qəbistanlığında basdırılan mart qurbanlarının izini-

sorağını  itirmək  üçün  orada  vaxtilə  Kirovun  heykəli  ucaldılmış  və  parka  da  onun  adı 

verilmişdir.26-lar  bağında  həm  dörd  komissarın  sonralar  sökülmüş  qabartmaları 

(baralyefləri),həm də onlara həsr olunmuş simvolik abidə ucaldılmışdır.Bir neçə il bundan 

qabaq  bir  yazımda  təklif  etmişdim  ki,  bu  bağ  «18-ci  İL  MART  QURBANLARI  BAĞI» 

adlandırılsın və simvolik heykəli saxlamaqla onun halə-dairəsi üzərində bu sözlər yazılsın. 

Belə olduqda Qara Qarayevirn vaxtilə burada səslənən ölməz rekviyemi mart qurbanlarına 

ağı kimi qavranılardı. Təəssuf ki,bu təkliflərin heç biri həyata keçməmişdir. Bu günlərdə 

bəzi qəzetlərdə oxuduğum  məlumat isə  məni sarsıtdı.Əgər bu məlumata inansaq, hansısa 

əcnəbi  şirkət  keçmiş  26-lar  bağının  yerində,  təbii  ki,  ağacları  kəsərək,  qaraj  tikmək 

niyyətindədir.  Əgər,  xüdanəkarda,  belə  bir  iş  baş  tutsa,  bu,  tariximizə  də,  mart 

qurbanlarının  ruhuna  da  vurulmuş  ən  ağır  yara  olardı.  Həm  ekoloji,  həm  də  memarlıq 

baxımından bu, şəhərimizin formalaşmış mərkəzinin büsbütün tarmar edilməsi və Bakıda 

daha  bir  yaşıllıq  oazisinin  məhvi  deməkdir.  Bakının  günü-gündən  artan  nəqliyyat 

problemləri  əlbəttə qarajların,  avtomobil  dayanacaqlarının  yaranmasını  tələb  edir.  Amma 

başqa böyük şəhərlərdə olduğu kimi belə qaraj-dayanacaqların yer altında yerləşdirilməısi 

münasibdir.  İnanmaq  istəyirəm  ki,  Bakı  İcra  hakimiyyəti  bağın  qaraca  və  ya  hər  hansı 

inşaat obyektinə,binaya çevrilməsinin qarşısını alacaqdır 



ANAR 

Milli Məclisin Mədəniyyət məsələləri üzrə daimi komissiyasının sədri    

 «Azərbaycan» qəzeti 23 sentybr 2005 



523 

 

   



Yazıçı  Anar  da  fəxri  adların  verilməsinin  əlyhinə  olduğunu  dedi:  Bir  vaxt  bunun 

əleyhinə  çıxdım  ki,indiyə  kimi  kim  ki,alıb  halal  xoşu  olsun.Amma  bundan  sonra 

yığışdırmaq  lazımdır.  Sonra  mənim  özümə  fəxri  ad  verildi.Onda  susdum.Ona  görə  ki, 

deyəcəkdilər,.özü  alıb,bizə  imkan  vermir.  Amma  yenə  də  əleyhinə  olduğumu  bildirirəm. 

Fəxri  adın,əsəb  gərginliyinən  başqa  heç  bir  xeyri  yoxdur.Bu,sovet  sistemindən  qalmadır. 

Dünyanın  heç  bir  yerində  bu  prinsip  mövcud  deyil.Qiymətləndirmənin  başqa  yolları  ola 

bilər,  məsələn,müxtəlif  imtiyaz  və  mükafatlarla  dövlət  yardım  edə  bilər,çünki  bütün 

ölkələrdə bu cür mükafatlandırmalar var.Amma fəxri adlar keçmişin qalığıdır və lazımsız 

bir şeydir. 

 

«Bakı Xəbər» 27 dekabr 2006 

 

 

 




524 

 

 



 

 

 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin