520
ŞƏHİDLƏR MUZEYİ YARADILACAQ
Milli Məclisin dünənki toplantısında Anar təklif etdi ki,Kirovun əvvəllər heykəli
yerləşən ərazinin aşağısındakı bir zamanlar yerləşən «Drujba» restoranı Şəhidlər muzeyinə
çevrilsin.
Spiker Murtuz Ələsgərov Anardan sitat gətirdi: «Anar müəllim deyir ki,may ayında
yazılmışam çıxış edə bilmirəm».N.Quliyevin yerindən məsələyə cavab verməsi spikeri
əsəbiləşdirdi: «Sakit ol, sən hər cür çıxış etməyi bacarırsan.Amma Anar müəllim öz
insanlığını gözləyir. Siz isə papağınızı hara gəldi asmaq istəyirsiniz».Məsələyə
münasibətini bildirən Murtuz Ələsgərov Şəhidlər muzeyinin yaradılması ideyasını
dəstəklədi: «Həmin yer əsl Şəhidlər muzeyi üçündür» .Spiker məsələ ilə şəxsən məşğul
olacağını dedi.
«Yeni Müsavat» qəzeti 23 iyun 2001
Dostları ilə paylaş: