Bəxtiyar Vahabzadə
Son vaxtlar mətbuatda Anara qarşı böhtan kompaniyası mənim yadıma çox şeyləri
saldı. «Kommunist» qəzetində(müəllifləri sadalamağa nə hacət…) «Ağ limana» amansız
hücumlar,yüksək tribunalarda «Qobustanın» məhkəməsi, dilin təmizliyi uğrunda
mübarizədə akademik çevrələrində ona vurulan zərbələr,Moskvada «Tarix» dərgisində
vurulan pantürkist damğası, «meşşan yazar» ünvanlı kommunist suçlaması…elə bu günə
qədər davam edirsə,görəsən dəyişən nədir?Deyəsən dəyişməyən qara güclər,dəyişənsə
Zamandı.
Dilimizin adı dəyişildi,milli varlığı-mıza hücum məqamlarında Anar öz
simasını,ziyalı mənliyini saxladı.Bunu bilənlər bilir.
Vaxtilə Rəsul Rza ailəsinə amansız hücumların heç olmasa bir hissəsini oxumaq
istəyən Rafael Hüseynovun «Rəfibəylilər» kitabına üz tutsun.Rəsul Rza ailəsinə,Rəsul
Rza,Nigar Rəfibəyli şəxsiyyətinə, Anara haqsız hücumların bir kitabxanası mövcuddur.
İndi Anara yeni hücum yazıları çarəsizlikdən başqa bir şey adlana bilməz.Kimdir bu
«hücümçular»?
-Ailəsi,qanı qarışmış durək(durəng - iki rəngli,qanı soyu qarışmış)taleli çoxrəngli
yazarlar.
-Yaza bilməyən yazıçının fəsadı ətrafa zəhəp-irin səpələməkdirsə, qoy istədiyi qədər
səpsin.Heç bir şey dəyişməyəcək.
-Etnik iddəaları milli varlığa,müstəqilliyə qarşı dayanan etnik azlığın bəzi üzdəniraq
nümayəndələri. Əvvəlcə özlərinə hədəf Xudu Məmmədovu,Anarı,Ziya Bünyadovu
seçirlər. Sonra imkan düşən kimi daldan gələn dəstəklərlə Ləzgi dövləti,Talış-Muğan
respublikası,Kürd imperiyası,Tat legionu iddialarında bulunan xəyalpərvər xəyanətkarlar.
-Ədəbiyyatda ala bilmədiyi haqqını iftiralarda almaq istəyən ədəbiyyvat xəstələri və
bir növ «yazarlar».Təəssüf ki,bu yazarların tərcümeyi-halları özlərinin yadından çıxıb.
547
-Təmiz sima,təmiz ad,təmiz qələm saxlaya bilməyən binəsiblər …Rəsul Rzanın bir
şeirində deyi1diyi kimi indi qələm ucuz,kağız boldur.Vicdanın ucuzlaşdığı,sözün urvatdan
düşdüyü,dəyərlərin dəyişildiyi zamanlda komsomol siyasətçilər,yıpranmış naftalın qoxulu
yaşarlar,evdə xoruz,çöldə fərə əllaməçilər nə yazır yazsın.
Yazıya pozu yoxdur.Hər kəsin yazısı öz taleyidir.Allah hər kəsə öz ürəyincə
versin.Necə ki,verib. karvansa keçib gedir.Mən Anara yeni əsərlər,yeni mücadilələr
arzulayıram.Mücadilənm ön sıralarında olmaq Rəsul Rzanın özünə andı,oğluna,gəncliyə
vəsiyyətidir.
Allah Rəsul Rzaya,Nigar xanıma rəhmət eləsin!
Bağışlama gücünü Allah bizdən əksik eləməsin.
Amin!
Kamil Vəli
«…karvan keçir». «Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart.
Anar kimi ədəbi fəaliyyətə başladığı gündən öz xalqı,Vətəni üçün yorulmadan
çalışan
bir
adamın
ünvanına
mitinqlərdə
xoşagəlməz
eyhamlarp
atırıq.Bu,nankorluqdan,ziyalı əməyini yerə vurmaqdan başqa bir şey deyildir.Bu gedişlə
biz hara gedirik?
İsrail Musayev
«Suverenliyə atılan güllələr».«Azadlıq» qəzeti
22 sentyabr 1990
|