«Öz ləyaqətini qorumağın ən yaxşı yolu başqalarının heysiyyətinə toxunmamaqdır».
551
ANARIN BU MÖVZUYA SON SÖZÜ:
Ziyalılarımıza ardıcıl hücumlar edənlərin bəziləri tez-tez Yerevana səfər
edirlər.Yəqin ki,orada Azərbaycan ziyalılarının necə axırına çıxmaq barədə təlimatlar
alırlar(təkcə təlimatlarmı?) Belələrindən biri yazır: «Anarın qanını şərbət kimi içərdim»
Məsələ ondadır ki,bu «həvəskar vampirlər» həm də dəhşətli dərəcədə
riyakardırlar.Onlara deyəndə ki,niyə belə tərbiyəsizlik,ədəbsizlik,qanacaqsızlıq edirsiniz,
deyirlər, nə olsun,bu tənqiddir də...
Sizcə bu tənqiddir?Çox əcəb , onda mən də Sizə çox yüngülvari bir tənqidlə cavab
verirəm:
Ay qara milçək
Taxmışam əlcək
Səni əzərəm
Yaxamdan əl çək.
Yaxamdan əl çəkin həzərat!
Yığıcının diqqətinə!Xahiş edirəm həZərat sözündə «Z» hərfinin yerinə «Ş» hərfini
yığmayasınız.
«Ədəbyiyat qəzeti»