Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə208/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   204   205   206   207   208   209   210   211   ...   274
İRFAN ÜLKÜ 

 

Anar modern Azərbaycan ədəbiyyatı içində önəmli bir mövqeyə sahibdir.Oxumağa 

həvəsli olan Azərbaycan toplumunda Anarın hər  əsəri öz-özünə bir ədəbi  hadisədir.Anar 

axıcı  üslubu,canlı  xarakterləri  və  sağlam  roman  qurğusu  ilə  Modern  türk  ədəbityyatının 

güclü  və  işlək  qələmlərindən  biridir.Modern  türk  ədəbiyyatı  Çingiz  Aytmatov,Çingiz 

Dağçı,Anar  və  daha  neçə  romançının  yazdıqları  və  yazacaqları  əsərlərlə  daha  da 

zənginləşəcəkdir. 

BİLGƏ  ERCİLASUN 

 

 

Türkü türkdən başqa indi kim anlar? 



Yaram dərin, məlhəmim yox,vaxtım dar. 

Bir dastan yazar kimi yaz məni Anar! 


562 

 

Duy məni Bəxtiyar! Duy məni  Şahmar. 



 

Bu günkü çağdaş Azərbaycan ədəbiyyatının ən dəyərli yazarlarından Anar mənə çox 

önəmli  bir  soru  sordu.  «Biz-dedi-dünki  Sovet  rejimində  bir  sıra  yanlışlıqlar  yapmaq 

məcburiyyətində  qaldıq.Çünki  bağımsız  deyildik.Siz  nələn  dildə  böyük  yanlışlıqlar 

yapırsınız?  Sizi  kim  zorlayır?  Nədən  türkcəni  həm  bizimlə  ortaq  bir  dil  olmaqdan 

çıxarırsınız,həm də Türkiyə ədəbiyyatını kasıblaşdırırsınız ?Dildə zərurət və məcbüriyyət 

olmadan  kəlmələr  dəyişdirilməz.  Məsələ,  millət,  hüriyyət,  həyat,  şərt,ehtiyac,şərəf, 

imkan,hekayə,  ağıl,şəhər,  ədəbiyyat,  hakimiy-yət,can  kimi  kəlmələrimiz  həm  Türkiyə 

türkcəsində,həm  də  Azərbaycan  türkcəsində  tamamən  ortaq  kəlmələrdir.İndi  siz  bu 

kəlmələrdən neçin vaz keçdiniz?Nədən millət yerinə ulus,hürriyyət yerinə özgürlük, həyat 

yerinə yaşam,şərəf yerinə onur deyirsiniz?» 

Mən  bu  sorunun  cavabını  Bakı  Dövlət  Universitesinin  öyrətim  üyələri  önündə 

verdim,indi  istəyirəm  ki,Anarın  sorusuna  bütün  «Tərcüman»  oxucuları  da,millətimiz  də 

cavab  verməyə  çalışsın.Nədən  tərk  ediyoruz,əvət  nədən  min  illik  kəlmələrimizi  tərk 

eliyoruz?  Nədən  türk  Gümhuriyyətləri  ilə  aramızdakı  ortaq  dili  pozuyoruq.  Bizi  kim 

zorlayır əcaba? Bu sorunu mən də sizə soruyorum» 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin