557
Prezident bu dəlillərlə razılaşdı və «Kitabı Dədə Qorqud» məhz 1300 illiyinin qeyd
edilməsı haqqında fərman imzaladı. Bu tarix Türkiyə qorqudşünasları tərəfindən də etiraz
doğurmadı və nəhayət YUNESKO nun təqviminə də məhz bu rəqəm düşərək beynəlxalq
miqyasda təsdiq olundu.
Axşamçağı Bakıda
Biz Heydər Əliyevin
şəxsi qonağı olduq
Rəsul Həmzətov idi,
Mən idim,Anar idi,
Elçin,bir də Polad -nazir-
Bülbülün oğlu.
Nə az,nə çox
düs saat üçə kimi oturduq:
Şəxsiyyətdən danışdıq,
rəhbərlərə sevgidən,
Pərəstişdən danışdıq.
Mən Prezidentə dedim:
-Görünür,ölkənizdə
Sizə böyük sevgi var,
Yubiley gecəsində
Salona toplaşanlar
Sizi alqışlamaqdan
yorulmaq bilmirdilər.
Baxıb kədərlə dedi:
-Xalqımız kimləri alqışlamayıb,
Xalqımız kimlərə əl çalmayıbdır?
Dostları ilə paylaş: