563
ƏLİ AKBAŞ
«GÖYGÖL» şeirindən
«Azərbaycan» qəzeti 10 avqust 1997
Təyyarəmiz səhərə yaxın Vyana şəhərinin səmasına çatır.Yolboyu Anarın mənə
verdiyi kitabları vərəqləmişəm, «Azərbaycan türkcəsinin söz varlığı» və «Min beş yuz ilin
oğuz şeiri» kitabları mənimlə yola körpü salıblar.«Azərbaycan türkcəsinin söz varlığı»
kitabını vərəqləyəndə Anar bəyin ağsaçları,tarixi günümüzə gətirən işıqlı gözlərini
görürəm.Sanki keçmişdə qalmış Azərbaycanımın ən hündür nöqtəsində duraraq deyir:
«Salam dünya!Səni tanımaq və Vətənim Azərbaycanı sənə tanıtmaq istəyirəm» .Dünyanı
salamlay
an və onu tanımaq istəyən bu görkəmli yazıçı belə deyirsə,biz nə söyləyə
bilərik?
Azərbaycan Yaşıçılar Birliyinə getməyim yadıma düşür. Otağında bizi gözləyən
Anar bəyin yanına gedirik.Anar bəy bizi ayaqüstə qarşılayır.Giddi bir ata ədası ilə bizə
baxır.Əlini sıxıram. Anar bəy gözlərini gözümə dikir və sözə başlayır.Ağzından çıxan
kəlmələr ürəyimi doldurur,məni illərlə uğrunda mücadilə etdiyim Azərbaycanıma bir az da
yaxınlaşdırır.O an öz-özümə «Orxan, bax,gördünmü, heç bir şey əvəzsiz qalmır»-deyirəm.
«Sən Vətənin üçün xaricdə bir adsız-sansız oğul kimi dolaşdın,indi sənə dəyər verirlər-
deyirəm.Anar bəy Yazıçılar Birliyinin üzvlük vəsiqəsini mənə təqdim edir. Bədənimi bir
atəş sarır. «Əcəba,Hüseyn Cavid,Əhməd Cavad,Mikayıl Müşviqdəmi bu vəsiqəni
daşıyıblar»- deyə düşünürəm. Söz demək sırası mənə gəlir. Nə deyəcəyimi
bilmirəm,burada söyləmək istədiyim o qədər söz var ki…Dilimdən sözlər tökülür, sanki
sözlərmlə ağlayıram.Bunlar sadəcə sözlər deyil dostlar, göz yaşlarımdır! Ayrılıq,vüsal və
vətənə sarılma anındakı göz yaşlarım.
ORXAN ARAS.
Almaniyada yaşayan türk-Azəri yazarı,
«Tuna(Dunay) çayı axamam deyir»
«525-ci qəzet» 17 mart 2007
564
Bu gün Orta asiya və MDB ölkələrinin çoxunda Yazıçılar Birliyi fəaliyyət
göstərmir,Azərbaycan Yazıçılar Birliyinin fəaliyyət göstərməsini və bu günə kimi də öz
ənənələrini saxlamasını görmək mənim üçün olduqca sevindiricidir. Əgər Anar olmasaydı
Azərbaycan Yazıçı-lar Birliyi dağılmışdı.Mən istərdim ki,Azərbaycandakı kimi birliklərin
hər bir ölkədə fəaliyyəti bərpa olunsun.
Dostları ilə paylaş: