555
Dədə Qorqudla bağlı bu günə qədər səngiməyən mübahisələrdə mənə ən yaxın
Anarın mövqeyidir. O,alimlərin ağızlarında saqqız kimi çeynədikləri məsələyə yeni baxışla
yanaşdı və Oljas Süleymenovun «AZ i YA» əsərimnə bərabər olan «Dədə Qorqud
dünyası» essesini yaratdı.
TİMUR PULATOV
Biz «Kitabi-Dədə Qorqud» dastanını 13 hissədən ibarət bir televiziya filmi olaraq
ekranlaşdırmaq istəyirik.Bu məsələdə dünyanın böyük qorqudşünas-larından biri olan
yazıçı Anarla iş birliyi qurmağı düşünürük.Sual edilə bilər ki,niyə Anarı seçmişik? Çünki
həm bu sahənin mütəxəssisi,həm də çox dəyərli bir yaşıçıdır.Həmçinin Anar kinoya yaxın
bir adamdır.
O,rejissorluq fəaliyyəti ilə məşğul olub və ssenariləri var.
TRT-nin rəhbəri ŞENOL DƏMİRÖZÜN «Azərbaycanı dünyaya tanıtmaq üçün
əlimizdən gələni əsirgəməyəcəyik» başlıqlı müsahibəsindən.
«525-ci qəzet»
26 noyabr 2004
Anarın şərhi: Çox təəssüf ki,Şenol bəy TRT rəhbərliyindən uzaqlaşdırılandan sonra
bu niyyət baş tutmadı.Bunun əvəzinə çəkilən «Dədə Qorqud» serialı o qədər uğursuz
alında ki,ictimaiyyətin etirazına görə televiziyada nümayişi yarımçıq dayandırıldı.
Dostları ilə paylaş: