SÖYÜŞCÜL İNKARÇILAR
Azərbaycan cəmiyyətində çox zərərli bir tendensiya müşahidə olunur.Məmləkətdə
milləti, ziyalıları, ictimai-siyasi xadimləri, nəhayət, ən başlıcası dövləti yeri gəldi-gəlmədi
aşağılamağa çalışanlar,təhqir edənlər peyda olub və onların sırası getdikcə böyüyür. Həmin
təbəqəyə mənsub olanlar öz şəxsi fikirlərini çoxluğun adından cəmiyyətə sırıyırlar,bütün
fəaliy-yətlərini - hər şeyi inkar üzərində qururlar. Onların əksəriyyəti müxtəlif
sahələrdə,xüsusilə mətbuatda çalışan, ədəbiyyata, başqa yaradıcılıq sahələrinə az-çox dəxli
olan gənclərdi. Belələrinin arasında bir xeyli sabiq gənc də var. İndikilər də məhz onları
özlərinin kumirləri, mayakları sayırlar.
Bunlar ədəbiyyvatda Ramiz Rövşəni,Anarı,Elçini,Bəxtiyar Vahabzadəni, Vaqif
Səmədoğlunu, Kamil Vəli Nərimanoğlunu, Rəşad Məcidi, siyasətdə Müsavatı, AXCP-ni,
ADP-ni, ALP-ni, YAR-ı, İsa Qəmbəri, Əli Kərimlini, başda «Yeni Müsavat»
olmaqla,ölkənin gündəminə təsir göstərən qəzetləri birmənalı şəkildə qəbul eləmirlər,Təbii
ki,bu onların öz işləridir.Amma məsələ ondadı ki, hamının bu cür düşünməsini,onlar kimi
hərəkət etməsini istəyirlər.Buna görə də nəinki tanınmış şəxsləri,hətta onlar kimi
düşünməyən,yazmayan insanları da təhqir hədəfinə çevirirlər.
Hərəyə bir qulp qoyurlar.Şəhərliləri qəbul eləmirlər, kəndlini bəyənmirlər,dindarı
məsxərəyə qoyurlar,milli musiqiyə,muğama ilişirlər, «biz şair xalqıq» -deyib şairlərə
ironiya edə-edə özləri şeir yazırlar.
Kimlərinsə Ramiz Rövşənin,Anarın və başqalarının yaradıcılığını, hansısa
qəzeti,siyasətçini bəyənməməsi təbiidir.Bu,hər kəsin şəxsi işidi. Amma böyük iddiada
olanlar
adını
çəkdiyim
və
çəkmədiyim
söz
adamları-nın,
curnalistlərin
yaradıcılığını,siyasətçilərin fəaliyyətini tənqid etmirlər,öz yazılarını, fəaliyyətlərini, əslində
isə mövcüdluqlarını onları alçaltmaq,açıq və qaba təhqirlər üzərində qururlar. Böyüklərə
və tiraclılara ilişib,böyümək,tiraclı olmaq iddiası göstərir bunlar. «Filankəsin infarkt
olduğu günü görsəm,özümü dünyanın ən xoşbəxt adamı sayaram» - yazmaq nə zamandan
yaradıcılıq, postmodernizm,istedad olub?
549
Bəs
əvəzində nə
təklif
edirsiniz?
Mən bir oxucu kimi
Ramiz
Rövşəni,Anarı,Elçini,hədəfə aldığınız başqalarını oxumayım,kimi oxuyum? Muğama qulaq
asmayıb,nəyə qulaq asım?Niyə insanları təhqir etməklə öz «ilahi» missiyanızı bitmiş
sayırsınız?Soruşanda ki,filankəsləri niyə təhqir edirsiniz, deyirlər,hakimiyyəti
dəstəklədiyinə görə.Bəs,Ramiz Rövşənə niyə daş atırsınız? Deyirlər ki,hakimiyyəti
dəstəkləyən Anarla dostluq edir.Əgər doğrudan da belə prinsipialsınızsa,bəs Əkrəm
Əylisliyə qarşı niyə başqa münasibət göstərirsiniz?Niyə öz yazılarınızda daha çox
müxalifətə,müstəqil söz adamlarına çamur atırsınız?Hakimiyyəti isə ümumi sözlərlə tənqid
etməklən o yana keçmirsiniz?Buradanca aydın olur ki,məsələnin mayasında heç də
ədəbiyyat davası,recimə qarşı mübarizə dayanmır.
Əgər sizlər özünüzdən əvvəlkiləri qəbul etmirsinizsə,əlinizdə kifayət qədər
imkanlarınız var,bir samballı şeir,hekayə də siz qoyun ortaya.Allaha şükür,indi ki,çap
olunmaq problemi yoxdu.
Özünüzdən,mənsub olduğun qrupdan başqa hamını inkar etmək,nümayəndəsi olduğu
millətin ünvanına hədyanlar yağdırmaq, bəzi hallarda isə hətta Allahı belə inkar etmək
istedad sayılmır.Bu tip «istedad» sahibləri ortaya yaxşı heç nə qoya bilmirlər,heç nə ilə
yadda qalmırlar və belələrinin «istedadı» beşikdəcə məhvə məhkumdur.
Və nəhayət,bu qədər adamın bir yerə yığışması, demək olar ki,hər gün xalqı təhqir
etməsi təsadüfi sayıla bilməz.
Təsadüfi heç nə olmür…
Dostları ilə paylaş: |