Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə195/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   191   192   193   194   195   196   197   198   ...   274
«Azadlıq» qəzeti   

29 sentyabr 2009 

 

Zatən bu kəmsavadı necə qandırasan ki,gətirdiyim fikir mənə deyil, məşhur fransuz 



yaşıçısı  Andre  Jidə  məxsusdur  və  yazı  müəllifinin  ara-bir  adını  çəkdiyi  Alber  Kamyu 

Nobel  nitqində  bu  sözləri  razılaşaraq  təkrar  edib.  İkisi  də  Nobel  mükafatı  laureatı  olan 

Andre  Jid  və  Alber  Kamyu  üçün  bu  fikir  keçərlidir,amma  atmaca  sahibi  üçün  keçərli 

deyil.Mən  bu  fikri  yazılarımdan  birində  sitat  gətirərkən  izah  edirdim  ki,    qadağalar  əsl 

sənətin      müqavimət  gücünü      artırır.Daxilən  azad  olan  adam  «icazəli cəsarət»  dövründə 

deyil,yasaqlar mühitində daha cəsur hərəkət edir. Nazım Hikmət,Musa Cəlil ,bizim  Xəlil 

Rza  məhbəsdə də azad insanlar kimi  yazıb yaradırdılar.Amma demə «Azadlıq»da da qul 

olmaq olarmış. 

Yenə həmin müəllifin başqa bir yazısından sitat: 

«Bəli,doğrudur,dəhşətli dərəcədə  istedadlı yazıçı olan Anarın da(müəllifin dəhşətli 

dərəcədə  güclü  ironiyası  varmış-A.)    Sovet  illərində  yazmaq  hüququnu  heç  kəs  əlindən 

almamışdı,amma nəsə müstəqillik illərində onun ədəbi sandığından heç nə çıxmadı» 




541 

 

«Azadlıq» qəzeti 



 8 oktyabr 2009 

 

Mən  sovet  dövründə  yazdıqlarımı  sandıqda  gizlədib  bu  gün  izn  veriləndə  çıxarıb 



qürrələnənlərdən  deyiləm.Sovet  dövründə  nə  yazmışamsa,  orda  sizin  bugünkü 

yazılarınızdan fərqli olaraq yalan yoxdur.Siz ki,mənim yaradıcılığıma mənim özümdən də 

yaxşı bələdsiniz,hər sözümü,hər  cümləmi əzbər bilirsiniz, daima izləyirsiniz ki, haçan nə 

demişəm ya deməmişəm,ən çox beyninizi mənim barəmdə düşüncələr qurcalayır, biz sözlə 

cavan  ömrünüzü  mənə  əta  etmisiniz.  İndinin  özündə  də  marıqda  durub  hər  sözümü 

güdürsünüz,  hər  hərəkətimi  pusursunuz.  Əsərlərim  «həmişə  xalqın  hüquqsuz  vəziyyətə 

salınmağına  xidmət  edibdir»  deyə  mənə  çirkin  böhtan  atarkən,heç  olmasa  rəhmətlik 

Əbülfəz Elçibəyin ruhundan utanaydınız.   



«Azərbaycan  milli-azadlıq  hərəkatı  tarixində  və  milli  dövlətçilik  şüurunun 

formalaşmasında Sizin bədii əsərləriniz müstəsna rol oynayıb.Eyni zamanda milli azadlıq 

hərəkatında iştirakınız minlərlə insanların oyanmasında,ziyalıların hərəkata qoşulmasında 

böyük  rol  oynamışdır»  -Əbülfəz  bəy  mənə  belə  yazırdı  və  bu    məktub  indi  sizlərin 

səhifələrini  ləkələdiyiniz  «Azadlıq»  qəzetində  dərc  olunmuşdu.Müxtəlif  çıxışlarında 

Əbülfəz bəy deyirdi: 

 «Respublikada  gəncləri  çox  əzirdilər.Rəsul  Rza  birdən  çıxdı,20-30  nəfəri  himayə 

elədi.Camaat  baxırdı  ki,yuxarıda  Rəsul  da  var,Rəsulun  hesabına    aşağıdan  bəziləri 

cəsarətlənirdilər.  



Sonra  hamı  düşdü  onun  üstünə,başladılar  Rəsul  Rzanın  əleyhinə  yaşmağa,Anarın 

əleyhinə  yazmağa.  Həmin  dövrdə  Ə.Əylisli  də,  Anar  da,Elçin  də,  Y.Səmədoğlu  da  göz 

qabağında idilər. O zamanın yazısına daha çox qiymət verilməlidir. Millətin ölüm nəfəsini 

geri  qaytardıqları  üçün.  O  dövrün  ziyalıları  haqqında  ayrıca  yazı  da  yaşmaq 

lazımdır.Onların qiyməti də verilməlidir. 


542 

 

Mənim 



yadımdadır 

«Molla 

Nəsrəddin-66 

Anarın 

yazılarını 

hamı 

oxuyurdu,müzakirəsini keçirirdilər,danışırdılar cavanlar. Yəni bu Sabir ruhunun qayıtması 

idi». 

Doğrudan da namuslu şəxsiyyətlərin fikirləri həmişə aktualdır və həmişə hər dövrün 

nadan  hücumlarına  qarşı  ən  kəsərli  cavabdır.Əlbəttə.mədəni  mühitdə  gözləmək  olardı  ki 

Cəmil müəllimin məqaləsindən sonra abrı olanlar bu çirkin kompaniyaya son qoyacaqlar. 

Amma sifariş başqa idi axı… 

Əvvəlki kimi, hər gün dızıldamaqdan əl çəkmədilər. Əgər «Azadlıq»da bir gün Anar 

haqqında    föhş  çap  etməyibsə  deməli  o  gün  qəzet  çıxmayıb.  Bu  illər  boyu  davam 

edir.Əvvəlki illər bir yana dursun, yalnız elə bu son beş-altı ayda «Azadlığı» vərəqləsəniz 

görərsiniz ki, hər nömrədə eyni bir müəllif ya onun o biri tayı(başmaq tayları kimi yazıları 

bir-birinin eynidir) Anara növbəti atmaca atıb. Heç nədən əməlli başı çıxmayan amma, hər 

şeydən  yazan  bu  müəllifə  yazığım  gəlir.  Hər  gün  yaşmalıdır  və  hər  gün  Anardan 

yazmalıdır,nə  yazsın?  Daha  nə  uydursun,daha  hansı  böhtanı  atsın?  Axı  böhtan,yalan 

ehtiyatları  da  haçansa  bitib  tükənir.  O  biri  tərəfdən  də  işverənləri  qarşısında  öhdəlik 

götürüb ki,nədən yazır yazsın,mütləq Anarı sancmalıdır.İçindəki çirkab da tükənməz deyil 

axı, məcburdur o biri nökər tayından əl borcu alsın ki, öhdəliyinə əməl etsin, yoxsa bir gün 

də qapılarında saxlamazlar. 

Xəcalət  çəkmədən  yazır  ki,Anar  «Sizsiz»i  Simon  de  Bovurun  hansısa  əsərinin 

təsiriylə  yazıb.Əvvəla  Simon  de  Bovur  adlı  yazıçı  yoxdur,Simona  de  Bovuar  var,özü  də 

kişi  yox,  qadındır.  Qəzet  ştatlı  anarşünas  tutanda  heç  olmasa  bir  az  savadlısının 

xidmətindən  istifadə  etsin.  «Sizsiz»  həyatımın  ən  ağır  vaxtında,  üç  ay  ərzində  atamı  və 

anamı  itirdiyim  günlərin  acı  təsiriylə  yazılıb  və  gönü  qalın  olmayan  minlərlə  oxucu  bu 

əsəri  göz  yaşlarıyla    oxuyub.  Nə  qədər  insafsız  olmalısan  ki,mənə  səbəbsiz  nifrətinə  və 

aldığı  sifarişə  görə  «Sizsiz»  haqqında  bu  sözləri  yazasan,  nə  qədər  qansız  olmalısan  ki,  

real  faktlara,hadisələrə  əsaslanan  yazını    fransız  yaşıçının  (yeri  gəlmişkən,mənim  hələ  d  

oxumadığım)əsərinin təsiriylə yazıldığını dilinə ğətirə biləsən.       



543 

 

Adını çəkmirəm,çəkməyəcəm də,çünki onun incə qəlbinin ən kövrək həsrəti adının 



çəkilməsidir.Bircə dəfə adını çəkdim, sevincindən yerə .göyə sığmırdı,bir dəfə heç də onu  

nəzərdə tutmayaraq ədəbi mığmığalardan yazmışdım, aləmə car çəkdi ki,baxın,məni deyir 

e...Başqa  yazılarında  da  adının  çəkilib  çəkilməməsini  özünə  dərd  eləyir.  İndi  də  bərk 

ürəyinə salıb ki,hansısa sorğuda   o biri curnalistlərin neçə yüz oxucusu olduğu halda (ən 

çox  oxunan  müəllifin-  abırlı  curnalist  Zabil  Müqabil  oğlunun  -362  oxuçusu    olduğunu 

biləndə sevindim)bunu isə cəmi-cümlətanı 20 adam oxuyur.o biri taylarını da 26, ən çoxu 

54 adam.Bundan sonra  «biz yeni  ədəbiyyat yaratdıq,biz ədəbiyyata yeni nəfəs gətirdik,biz 

qələbə çaldıq» -deyə xoruzlandıqları zaman bişmiş toyuğun da gülməyi gəlir.Amma çox da 

dərd  eləməsin,ona  təsəlli  vermək  istəyirəm,qoy  bilsin  ki,  oxucusu  20  yox,iyirmi  bir 

nəfərdir.İyirmi birinci oxuçusu  mənəm.Əlbəttə deyə bilmərəm ki, dəhşətli dərəcədə səfeh 

və  dəhşətli  dərəcədə  savadsız  yazılarının  hamısını  oxuyuram,amma  hərdən-bir  -  tibbi 

məqsədlə  gözdən  keçirirəm.Psixi  cəhətdən  demirəm,bu  psixiatrların  işidir.Məni 

maraqlandıran odur ki, öz taylarının səmimi etirafına görə bu «yazar» yüz qram pivə içən 

kimi  qatıqlamağa  başlayır.Yazılarına  nəzər  atdıqca  düşünürəm,bu  qədər  qatıqlamaq  üçün 

görəsən insan orqanizmi nə qədər pivə qəbul edə bilər?  

Prezident    İlham  Əliyevin  sərəncamıyla  Azərbaycan  Yazıçılar  Birliyinin  75  illityi 

təntənəylə  qeyd  edildi,17  ölkədən  40-dan  artıq  qonağın  iştirakıyla  «Sərhədsiz  söz» 

beynəlxalq forumunu  keçirdik. 

Nizamnaməyə  görə    mən  forumun  növbəti  sədri  oldum.      Məhz  həmin  günlərin 

ərəfəsində  qəzetlərdə  akademik  Ramiz  Mehdiyevin  Elmimizin  vəziyyəti  haqqında  böyük 

məqaləsi dərc olundu.Məqalənin cəmi iki abzasında ədəbiyyatımızın (Yazıçılar Birliyinin 

deyil,məhz  ədəbiyyatın)  vəziyyəti  haqqında  müəyyən  tənqidi  qeydlər  vardı.Müxalifət 

qəzetlərinin  bəzi  küçə  yazarları  dərhal  bundan  istifadə  edib  məsələni  şişirtdilər,Yazıçılar 

Birliyinə,Anara  qarşı  yeni  hücümlar  üçün  istifadə  etdilər..Sonralar  R.Mehdiyev    heç  də 

Yazıçılar Birliyini nəzərdə tutmadığını desə də, «Dövlətlə Birlik arasında heç bir soyuqluq 

yoxdur» deyə təkzib versə də  «Azadlıq» qəzeti həmişəki təxribatlarını davam etdirdi,özləri 

haqqında  dediyim  sözləri  başqa  ünvana  yönəltməyə  çalışdı,aravurmaq  üçün    hər  cür 



544 

 

canfəşanlıq elədi.Bunlarçün təmiz,müqəddəs heç nə yoxdur,hətta öz dostlarının ölümündən 



belə çirkin möhtəkirlikləri üçün istifadə etməklən çəkinmirlər. Nekorolqda belə dostlarının 

içgi  düşgünü  olduğunu  utanmadan  aləmə  car  çəkirlər,  məhz  bu  səbəbdən  öldüyünü 

bildirirlər, sonra da  Yazıçılar Birliyinin rəhbərlərinə qarğışlar yağdırırlar, guya mərhumu 

içizdirən onlar özləri  yox,  biz imişik.  Bunları  cin atına  mindirən olur  ki,Yazıçılar Birliyi 

ölkədə  ən  pak,təmiz,rüşvətsiz,  əliəyrisizlik,dələduzluqsuz  işləyən  təşkilatlardandır.  Öz 

xəbis  xislətlərinə  görə  düşünürlər  ki,Birliyin  rəhbərliyi  də  onların  əlinə  fürçsət  düşsəydi 

necə  hərəkət  edəcəkləri  şəkildə  hərəkət  etməliydi,yəni  mümkün  olanı  qamarlamaq,q 

opartmaq,  olan  qalanı  satmaq…  Xam  xəyallarında  bir  gün  Birliyi  ələ  keçirib  məhz  belə 

talan edəcəkləri haqda sayıqlayırlar. Ya da elə bilirlər ki, Birliyin indiki rəhbərliyi gedən 

kimi  bunların  hamısını  yığıb  hərəsinə  əlli  qram  istedad  paylayacaqlar,ortabab  şair  kimi 

tanınan  Xalq  şairi  adı  alacaq,  «Flankəsin  qanını  şərbət  kimi  içərdim»  deyən  «nasir» 

Hollivuda vampir roluna dəvət ediləcək. Altmışıncıların ölümlərini səbrsizliklə gözləyənlər 

anlamır ki, onların yerinə yeni-yeni sağlam nəsillər - gələcək. Ölüyuyan mürdəşirlər isə isə 

bütün  nəsillərin  ölümünü  gözləyə  -  gözləyə    bir  gün  öz  şərəfsiz  və  puç  ömürlərini  başa 

vuracaq,çirkə çıxıb dünydan izsiz-soraqsız gedəcəklər.75-illik tədbirinə və «Sərhədsiz söz» 

forumuna dələn qonaqlar Azərbaycan Yazıçılar Birliyinin belə yüksək səviyyə də mövcüd 

olması,yaşaması,  jurnallarının  nəşri  haqqında,elə  bu  tədbirlərin  belə  yüksək  səviyyədə 

keçirioməsi,dövlətin  ədəbiyyata  qayğısı  haqqında  fərəhlə,  sevinclə,  iftixar-la,bəziləri  isə 

hətta  həsədlə  danışırdılar.Küçə  yazarlarının  fikri-zikri  isə  odur  ki,  necə  edək  Birlik  nec 

dağılsın, yıxılsın.Arzuları gözlərində qalacaq. 

Birliyin  fərəhli  bayram  günlərində,gələn  hörmətli  qonaqların  mənim  haqqımda  ən 

yüksək  sözlər  dediyi  saatlarda  yandığından  cızdağı  çıxan  bir  «anarşünas»  «Anarın  qara 

günləri» adlı köşə-küçə sayaqlaması yazmışdı. Məni nədə ittiham edirdi: atamı qorumaqda. 

Bəli,  tək  mən  deyil,hər  bir  qeyrətli  oğulun      borcu  atasının  xatirəsinə  növ-bənöv 

koreşənlərdən  qorumaqdır.  Həmin  müəllifin  başqa  bir  tayı    mənə  irad  tutur  ki,  yalanlar 

qarşısında  «mıkk  eləmirəm».Mən  həmişə  yalanlara  qarşı  ,o  cümlədən  belələrinin 




545 

 

uydurduqları  yalanlara  qarşı  sözümü  açıq  demişəm,yazmışam,  «mıkk  eləməyi»,  «pıkk 



eləməyi» isə belələri yaxşı bacarır. 

Mən  ancaq  abunəçisi  olduğum  «Azadlıq»da  haqqımda  yazılanlardan  söz 

açdım.Almadığım,  oxumadığım,amma  bəzən  sorağı  qulağıma  çatan  neçə-neçə  başqa 

bulvar  qəzeti  də  var  və  onlar  da  barəmdə  ağızlarına  gələni  yaşırlar.Səciyyəvidir  ki, 

Yazıçılar Birliyiylə hər hansı  dövlət rəsmisi arasında kiçik bir  mübahisə olan kimi özünü 

«müxalifət»  kimi  qələmə  verən  mətbuat  dərhal  qarğa-quzğun  kimi  Birliyimizin  üstünə 

düşür,  necə  deyərlər  «xoruzun  quyruğu  da»  onda  görününr.  Belələrinin  hardan  və  necə 

idarə olunduqları da aydın olur. Bir vaxtlar «Heydər Əliyevin ölüm xəbərini gətirənə nişan 

üzüyümü  verərəm»-  yazan  xanım  «onda  elə  fikirləşirdim,  indi  belə  fikirləşirəm»  -  deyə 

sifətini  180  dərəcə  dəyişərək  deputat  edildi,imtiyazlar  qazandı.İndi  də  heç  bir  dəxli 

olmadığı  ədəbiyyat  haqqında  hökmlər  verməyə  başlayıb.Hörmətli  Prezidentimiz  İlham 

Əliyev  Yazıçılar  Birliyi  rəhbərliyinə  gənclərə  xüsusi  diqqət  yetirdikləri  üçün 

minnətdarlığını  bildirdiyi  halda  bu  deputat  xanım  «Bizim  yol»  qəzetində,Anarın  guya 

ki,gənclərə kömək etməməsi haqqında uydurmaları təkrar edir.Gözləyək görək bu deputat 

xanım  növbəti  dəfə  haçan  sifətini  dəyişib    «Onda  elə  düşünürlüm,indi  belə  düşünürəm» 

deyəcək. 

Belə  təhqirlər,  böhtanlar,  qarayaxmalar  həddini  aşanda    bir  çox  namuslu  ziyalılar 

buna  dözməyib  mətbuatda  etirazlarını  bildirirlər.Bu  kitabda  onlardan  ancaq  bir  neçəsi  

verilir:  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin