ŞƏKƏR ZƏHƏR ARASINDA
Ədəbiyyat çabalayır
Kəndlə şəhər arasında
Yazır,yazır,hey yazırlar
Axşam - səhər arasında
Mətbuat zəhərlədikcə
Artır qanımda şəkərim
Boylə keçdi ömrüm mənim
Şəkər - zəhər arasında.
Azad sözü,sərbəst fikri buxovlayan Sovet rejiminin çökə-çök vaxtı bir az hürriyyət
havası əsməyə başlayanda buna sevinən,ciyər dolusu nəfəs alanlarla bərabər azadlığı
azğınlıq kimi dərk edən bir para cızma-qaraçılar da gündəyməzdə çiban tək pırtlayıb
çıxdılar. İllər boyu içlərində ziyalılara qarşı boğduqları nifrəti,həsədi,hikkəni kürül-kürül
mətbuat səhifələrinə ifraz etməyə başladılar Senzuranın aradan götürülməsini sovet
dönəmində başları Qlavlitdən çox bəlalar çəkənlər sevinclə qarşıladı, o dövrdə çıqqırını
belə çıxarmayanlar isə birdən birə yaman qoçaqlaşdılar, «icazəli cəsarətdən» istifadə edib
ziyalılara qarşı mənəvi (arzu və xəyallarında isə fiziki) terrora başladılar. Belə təşəbbüslər
təzə -təzə başlayanda ziyalıları fiziki cəhətdən belə aradan götürmək,məhv
etmək,öldürmək təklifləri səslənirdi.
Hələ keçən əsrdə, 1991 -ci ilin mart ayında Azərbaycan Yazıçılarının 1X qurultayında
etdiyim məruzədən bu mövzuüla bağlı bir parçanı burda gətirmək istəyirəm:
«Azərbaycan» qəzetində bir oxucu məktubu çap olunub,qəzet,ədbəttə, bu oxucunun
mövqeyini tənqid edir,amma məktubun özü səciyyəvidir. Məktub müəllifi yazır ki,
«Şəxsən mən yanvarın 20-də baş verən hadisələrin səbəbinin doxsan faizini resbilikamızıın
ziyalılarında görürəm». Soruşasan ki, niyə, ay qardaş, nə səbəbdən,nə cür günahkardırlar
ziyalılar? Amma görünür,bu sualların heç bir mənası yoxdur,çünki məktub müəllifinin
538
ziyalılar haqqında çox dəqiq planları var. O yazır: «Bizim yeganə yolumuz var.Necə ki,
Hitler hakimiyyət başına gələndə ziyalıların 70 faizini güllələdi,indi bizim də çıxış
yolumuz ziyalılarımızın 80 faizini güllələməkdir».Görürsünüz ki,hətta Hitleri də on faiz
ötüb, Hitlerin qabağına doqquz, daha doğrusu on qoyub.Belə sayaqlamalara fikir
verməmək də olardı,amma 33-cü ildə Almaniyada bu sayaq ovqatlara vecsiz münasibət
Osvensimin qaz kameralarıyla nəticələndi»
«Ədəbiyyai zamanın sınağı qarşısında» məruzəsindən.
Göründüyü kimi Azərbaycan ziyalılarına ölüm hədələri erməni terrorçularından
daha qabaq «özümüsüzünkülər» tərəfindən başlayıb.
Əsr dəyişdi, minillik dəyişdi,amma özlərini azərbaycanlı sayan bəzi adamların
ziyalılarımıza erməni-daşnak nifrəti dəyişmədi. İki il qabaq Bakıda bir xəstə canınin Neft
İnstitutuna girib qarşısına çıxanı gülləbaran etməsindən cuşa gələn birisi - hələ bu zat
utanmaz-utanmaz özünü yazıçı da sayır,- bəyan edir ki,gərək o qatil Neft Akademiyasına
yox, Yazıçılar Birliyinə gedəydi,orda hamını qırıb çataydı.Əlbəttə,bu bir başa terror
çağırışına görə Yazıçılar Birliyi o adamı məsuliyyətə cəlb edə,məhkəməyə də verə
bilərdi.Amma o zatın vücudu məhkəmə ərizəsinə sərf olunacaq bir vərəq kağıza da
dəyməz.
Belələrinin Azərbaycan yazıçılarına qarşı - cavanına da qocasına - terrorçu niyyətləri
hələlik əllərinə silah keçirə bilmədiklərinə görə,qəzet səhifələrində söz güləşdirməklə
həyata keçir.
Özünü şair kimi qələmə verən birisi yüksək həyat amalını və ülvü ömür məqsədini
belə açıqlayır:
«Yazıçılara qarşı qəddar olmaq lazımdır. Mən xüsusilə 60-cıları nəzərdə tuturam.Ən
yaxşısı onları şərləməkdir.
Belədə həm daha çox cırnayacaqlar, həm də daha tez gözdən düşəcəklər. Şər atanda,
qara yaxanda,olmayan şeyləri deyəndə onlar özlərindən çıxırlar, cınayırlar(görəsən
şərlə,böhtanla üzləşən hansı normal adam cırnamaz? Ya ağılları bir-birini təhqir etməkdən
539
mazoxistxəsinə zövq alan özlərinə gedib?-A.). Birinin şəkəri qalxır, o birinin təzyiqi
düşür,sən də bir az rahatlanırsan ki,bunların da rahatlığını pozdum»
(Əcəb rahatlanmaq üsuludur.Xatırlayıram ki,həmin adam vaxtilə mənim Cavidin
«İblis»i əsasında ssenari üzərində işlədiyimi eşidəndə «İblis»i Anardan xilas edin»-
yazmışdı,Onda ona yaxşı cavab vermişdilər ki,yox,Anarı İblisdən,daha doğrusu xırda-para
iblisciklərdən xilas edin- A.)
Ədəbyyata belə saf hisslərlə gələn «şairə» yalnız onu məsləhət görərdim ki,
hıqqanıb-zıqqanıb təzə böhtanlar,iftiralar uydurmasın, ermənilərin bu işdə zəngin
təcrübəsindən bəhrələnsin.Elə bu kitabda dərc olunan erməni məktublarını müştəri gözüylə
oxusun: Anarın Azərbaycanda İslam partiyasının başçısı olması, Sumqayıtda qırğın təşkil
etməsi, Şuşada, Xocalıda erməni evlərini talan etməsi,o evlərdən qarət etdiyi xalçaları
gecəynən Bakıya aparması və bu qəbildən erməni «məlumatlarını» uğurla öz şər atma
repertuarına sala bilərsə,daha niyə gücənib yenilərini uydurur.
Az qala nəşrə başladığı gündən «Azadlıq» qəzeti hər nömrəsində ziyalılar haqqında
qərəzli yazılar dərc edir.Azərbaycanın ən işıqlı adamlarını qaralamağa çalışır.
Kimlərə çirkab atmayıblar:Bəxtiyar Vahabzadəyə, Qabilə,Elçinə,Fikrət Qocaya,
Əkrəm Əylisliyə, Maqsud İbrahimbəyova, Rüstəm İbrahimbəyova, Vaqif Səmədoğluna,
Ramiz Pövşənə, Sabir Rüstəmxanlıya, Zəlimxan Yaquba, Çingiz Abdullayevə, Elçin
Hüseynbəyliyə, keçək incəsənət sahəsinə - Tahir Salahova, Toğrul Nərimanbəyova,
Zeynəb Xanlarovaya, Fərhad Bədəlbəyliyə, Oqtay Mirqasımova, Alim Qasımova. Daha
kim qaldı? Dəşhətlə düşünürsən ki, Azərbaycanın iftixarı olan adamlar
mədəniyyətimizdən, onun dünənindən,bü günündən və sabahından silinsələr,meydan kimə
qalacaq? Belə hərzə yazılardan başqa heç bir fərli mətn ortaya qoymağa qadir olmayan
cızma qaraçılara? Özləri özləri haqqında iftixarla «mən əclafam» bəyan edənlər ya özünə
çox uyğun olan murdar bnternet ünvanı seçənlərə?
Bir gün «Azadlıq» qəzeti məni doğrudan da təəccübləndirdi.Səhifələrində böyük
alimimiz, namuslu ziyalımız Gəmil Həsənlinin haqqımda həm çox xeyirxah,həm də yüksək
intellektual səviyyəli, obyektiv,insaflı yazısını çap etdi.Nə əcəb? Hələ də mənimçün sirr
540
olaraq qalır. Nə isə... Elə həmin nömrə çıxan günün sabahı qəzet əvvəlki yolunu davam
etdirdi, tək mənə yox, Gəmil bəyə də hücumlar başladı. Özü də əvvəllərdən fərqli
olaraq,bir yazıyla dincəlmədilər, qəzetin eyni sayında bir neçə yazı verdilər. Doğrusu
bundan çox razı qaldım. Çünki Cəmil müəllimin yüksək elmi və mənəvi səviyyəli
məqaləsi, vətəndaşlıq duyğusuyla, tarixilik hissiylə qələmə alınmış yazısının yanında bütün
bü səviyyəsiz, gücsüz milçək dızıltıları ağlı başında olan oxucular üçün çox şeyi
aydınlaşdırır:kimin kim olduğunu da, kimin nə etdiyini və nə etmədiyini də...
Elə ancaq son aylar atmacalı yazılardan bir neçə misal:
«Vaxtilə Anar deyirdi ki,sənət qadağalarla yaşayır,azadlıq onu məhv edir.Bu fikir
Anar üçün keçərli olsa da,sənət üçün keçərli ola bilməz.Yaradıcılıq ilk növbədə
azadlıqdır,azad olmayan adam yarada bilməz,bənzədə bilər,oxşada bilər.Anar da elədir
zatən»
Dostları ilə paylaş: |