Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


BAKININ KÜÇƏ, PARK, PROSPEKT VƏ S



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə188/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   184   185   186   187   188   189   190   191   ...   274
BAKININ KÜÇƏ, PARK, PROSPEKT VƏ S. 

TOPONİMİKASINA AİD BƏZİ  TƏKLİFLƏR 

 

Bakımızda  toponimika  problemləriylə  əlaqədar  olaraq  ümumi  konsepsiyaya  böyük 

ehtiyac  var.Bu  konsepsiya  müəyyən  əsaslar  üzərində  qurulmalıdır.Bununla  bağlı  bəzi 

konkret təkliflərimi  nəzərinizə çatdırıram. Bakıya xas olan köhnə adların müəyyən qismi 

bu  ya  digər  şəkildə  saxlanmalıdır.Məsələn,İçərişəhər,Dağlı  məhəlləsi,  Çəmbərəkənd, 

Bayıl,  Səbayıl,  Bibiheybət,  Patamdar,  Lökbatan,  Dərnəgül,  Biləcəri,  Sulutəpə,  Binədi, 

Keşlə, Yasamal, Alatava,Sallaqxana,Şıx, Əhmədli,  Qara şəhər və s.  «Zərgər palan» tipli 

spesifik  adları  da  saxlamaq  lazımdır.  «Dənizkənarı  bulvar»  ifadəsi  rus  dilindən  hərfi 

tərcümə,kalka  olduğu  üçün  bu  bulvarı  Sahil  bulvarı  ya  Xəzər  bulvarı  adlandırmaq  daha 

düzgün  olar.Yüxarıda  adlarını  çəkdiyim  köhnə  Bakı  toponimikasını  əks  etdirən  yerlər 

müasir  şəhərdə  müxtəlif  şəkillərdə  istifadə  oluna  bilər:  rayon,metro  stansiyası,  prospekt, 

küçə,  park,  bağ,  dükan,  kinoteatr,otel  və  bu  kimi.Təzə  bazar  yaxınlığında  Qarışıq  mallar 

dükanının adı «Gələsən -görəsən»dir.Bu tariximizin şanlı bir səhifəsini yazmış «Gələsən-

görəsən»  qalasına  təhqirdən  başqa  bir  şey  deyil.  «Gələsən  görəsən»,  «Əlincə»,  «Niyal», 

«Ərk», «Gülüstan» və başqa qalaların adları dükan adları kimi deyil, daha layiqli şəkildə 

məsələn  metro  stansiyası,  park,  mehmanxa,  əzəmətli  tikililər  və  xatirə  kompleksləri 

şəklində  əbədiləşdirilə  bilər.Dükanlara  gəldikdə  isə,məsələn  «Arşın  mal  alan»,  «Məşədi 

İbad»  yaxud  «Hacı  Qara»  dükan  adları  kimi  daha  münasibdir.  Bakıda  beş  mərtəbli  bina 

çoxdur,  amma  «Beşmərtəbə»  deyəndə  məhz  bir  bina  nəzərdə  tutulur.Bu  binanın  altında 

«Beşmərətbə»  kafe-restoranı  açmaq  olardı.Rarklarımız  «Dədə  Qorqud»,  «Koroğlü», 

«Durnalar»,  «Novruz»,    «Aşıqlar»  adları  daşısa  gözəl  olmazmı?Geniş  prospektlərimiz 

Atabəylər,  Səfəvilər,  Şirvanşahlar,  Şah  İsmayıl  Xətayi  adını  daşıya  bilər.Buynakski 

küçəsinə Şeyx Şamilin adı verilə bilər.Meydanlarımız Oğuz meydanı, Səlcuqlar meydanı, 

Qızılbaşlar  meydanı,  Çaldıran  meydanı  və  s.kimi  adlana  bilər.Heç  bir  şey  ifadə  etməyən 

adı  rəqəmlərlə  bağlı  mikrorayonlara  məsələn  Təbriz,  Savalan,yaxud  Borçalı,  Qarayazı, 

Zəngəzur, Göycə, Dərbənd, Kərkük, İqdır sahələri kimi adlar vermək bu adları dükanlara 




518 

 

ya  restoranlara  verməkdən  qat-qat  mənalıdır.Məktəblərimiz  məşhur  müəllimlərin,maarif 



xadimlərinin,xəstəxanalar  həkimlərin,  kitabxanalar  yaşıçıların,  zavod,  fabriklər 

mühəndislərin, neftçilərin,sənayə işçilərini adlarını daşısa daha məntiqli olar.Dağüstü deyil 

Şəhidlər dağı adlanacaq parkda Kirovun söküşlmüş heykəlinin yerində Bakının rəmzi olan 

üç məşəl  yandırılsa şəhərə özgə bir yaraşıq verər. 



ANAR 

12 aprel 1992 

 

(Anarın  şərhi::  Bakı  İcra  Hakimiyyətinə  göndərdiyim  və  üzvü  olduğum  Küçələrin 

adlarını  tənzimləyən  komissiyasının  iclaslarında  səsləndirdiyim  bu  təkliflərin 

bəziləri,məsələn Şeyx Şamil və Şah İsmayıl Xətayi küçələri haqqnıda təklif, həyata keçdi. 

Bu  səpgidən  arzularımın  bir  çoxunu    sonralar  «Ağ  qoç,qara  qoç»  utopik  nağılımda  da 

ifadə etmişəm)  

 

Milli  Məclisin  iclasında  Anar  Rzayev  çıxışında  maraqlı  bir  məsələyə 



toxundu:Nizaminin məqbərəsi böyük İpək yolunun üstündədir,orada turist təsisatı - otellər, 

restoranlar  yarada  bilərik  və  Nizamiyə,onun  əsərlərinə  aid  detallarla  zənginləşdirərik. 

Digər tərəfdən Şeyx Nizami dindar olduğuna görə həmin məqbərəni pir kimi qəbul etmək 

lazımdır.  



«Azərbaycan» qəzeti 17 mart 1999       

 

 «Kitabi Dədə Qorqud»un 1300 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumda 



Anar türk xalqları üçün Dədə Qorqud Akademiyası qurulması və ortaq əlifba yaradılması 

təklifi ilə çıxış edib.Təklif iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı və dəstəkləndi. 



 «Zaman» qəzeti 8-10 aprel 2000  

 

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri,yazıçı Anar gələn 

ilin  dövlət  büdcə  layihəsi  müzakirə  olunarkən  bir  neçə  təkliflə  çıxış  edib.O,ilk  olaraq 



519 

 

təmsil  etliyi  Göyçay  rayonunun  əsas  problemlərindən  birini  qabardıb.Onun  sözlərinə 



görə,Göyçay  çayının  daşması  rayona  böyük  ziyan  vurur.Komissiya  sədri  deyib  ki,  çayın 

məcrasının  vəziyyəti  hər  an  ətrafdakı  həyatyanı  sahələr  üçün  təhlükə  törədir.Anar 

məsələylə  bağlı  baş  nazirin  yanında  olduğunu  söyləyib.Baş  nazir  bildirib  ki,büdcə 

layihəsində bənd çəkilməsi ilə bağlı məsələ nəzərdə tutulacaq. «İndi mən bilmirəm büdcə 

layihəsində  buna nə  qədər  yer  ayrılırıb.Bu  çox  vacib  məsələdir.Qarşısı  alınmasa,faciə  ilə 

nəticələnə  bilər.Bundan  başqa  Komissiya  sədri  daha  üç  təkliflə  çıxış  edib.Onun 

bildirdiyinə  görə  məktəblər  latın  qrafikasına  keçsələr  də  yeni  dərsliklər  çap  olunsa 

da,həmin  əlifba  ilə  klassiklərin  əsərlərinin  dərc  olunmasına  ehtiyac  var.Anar  qeyd  edib 

ki,hər il 10 klassikin əsərini çap etmək üçün elə də böyük vəsait lazım deyil.Və bunu büdcə 

layihəsində nəzərdə tutmaq  mümkündür.Prezidentin və  Milli Məclisin qayğısı sayəsində  

Yazıçılar  Birliyinin mətbuat orqanları  dövlət  büdcəsindən  maliyyələşdiyini bildirən  Anar 

Birliyin  nəzdində  fəaliyyət  göstərən  Tərcümə  Mərkəzinin  də  eyni  qayğıya  möhtac 

olduğunu söyləyib. Komissiya sədri Tərcümə Mərkəzinin çox vacib işlə məşğul olduğunu, 

ingilis, fransız, alman, fars,ərəb, dillərindən azərbaycancaya əsərlər çevirdiyini xatırladaraq 

büdcədən  malliyələşmədiyi  üçün  mərkəşin  böyük  çətindliklərlə  üzləşdiyini  dilə 

gətirib.Anar sənət işçilərindən vergi tutulmasını 13 faizə endirilməsini təklif edib. 

  Milli Məclisin işində iştirak edən baş nazirin müavini Abbas Abbasov Göyçay çayı 

ilə  bağlı  məsələnin  2001-ci  ilin  proqramında  nəzərdə  tutulacağını  deyib.Maliyyə  naziri 

Əvəz  Ələkbərov  isə  Tərcümə  Mərkəzi  ilə  bağlı  məsələyə  münasibət  bildirərkən  

«araşdırarıq,görərik, imkan nədir» deyib. 



 «524-ci qəzet» 25 oktyabr 2000 

  


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin