HƏYATA KEÇMİŞ VƏ KEÇMƏMİŞ TƏKLİFLƏR
Bizim bəzi rejissorlarımız yaxşı ədəbi ssenarilərin qıtlığından gileylənərkən zəngin
ədəbi irsimizi unudurlar,çünki çoxlarının bu irsdən xəbəri yoxdur.Əgər bu irsə bələd
olsaydılar, tariximizdə də,klassik ədəbiyyatımızda və folklorumuzda da kifayət qədər
maraqlı mövzular tapa bilərdilər.Şanlı keçmişimizi canlandıran filmlər,məsələn Babək
üsyanı haqqında, şəhid-şair Nəsiminin faciəsi haqqında filmlər çəkilə bilməzdimi? Məgər
xadqımızın əzəmətli «Kitabi Dədə Qorqud» dastanı ekrançün zəngin material vermirmi?
Qaçaq Nəbi haqqında,gənclərdə də maraq oyadacaq film çəkmək olardı. Nizami
«Xəmsə»sinin kinematorqrafik Beşliyi yaradıla bilər.Cəlil Məmmədquluzadə kimi yazıçısı
olan hər hansı bir kinematoqraf onun əsəslərini,xüsusiylə də son dərəcə görümlü
«Danabaş kəndinin əhvalatları» povestini çoxdan ekranlaşdırardı.Müasir nəsrimizdə
Fərman Kərimzadənin «Axırıncı aşırım» povesti, Salam Qədirzadənin «Xəzan yarpaqları»
hekayəlri əsasında da dəyərli fimlər çəkmək mümkündür. Yaxud Sarabskinin «Köhnə
Bakı» kitabı əsasında tarixi-etnoqrafik film yaratmaq olmazmı?
1970
Azərbaycan Kinematqrafçılar İttifaqının Plenumunda məruzəsindən.Bu məruzə
əsasında yazılmış «Okno gkrana» essesi «Molodecğ Azerbaydcana» qəzetində və Anarın
«Çutğ blice k zvezdam» kitabında nəşr olunub.
Dostları ilə paylaş: |