566
«Kino» qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışı.
Mart 1997
Anarın hekayələri az müddətdə nəinki Sovet İttifaqında,hətta xaricdə də bir
çoxlarının diqqətini çəkmişdir... «Dantenin yubileyi» hekayəsinimn bədii təsiri çox
güclüdür…Həyatı həssaslıqla,məhəbbətlə müşahidə etmək,insan taleyi haqqında əsl
insanpərvər kimi ciddi və səmimi düşünmək -- bu sifətlər Anarı yaşından böyük göstərir.
Bu cəhətdən «Zəncir» hekayəsi öz ideya məzmunu və oricinal forması ilə kamil bir əsərdir.
Hekayə ictimai həyatımızda özünə yer tapan ciddi nöqsanlardan birini klassik deyilə
birləcək bədii üsulla ümumiləşdirmişdir… Anar istedadlı bir yazıçıdır,onun qüvvətli
qələmi daha qüvvətli əsərlər yazmağa qadirdir.
MƏMMƏD ARİF
Akademik
«Şəhərin yay günləri» həm düşündürən,həm də həyacanlandıran tamaşadır.Anarı
oxucularımız bir sıra gözəl nəsr əsərlərinin və ədəbi məqalələrin müəllifi kimi
tanıyırlar.İndi isə o, teatra süjeti, kompozisiyası bitgin,dili səlis, cazibədar və dramatik
konflikti həyati,həm də kəsgin olan,dolğun ictimai mündərəcəli dram əsəri təqdim
etmişdir.Bu əsər həyat hadisələrini diqqətlə müşahidə edən, onlara öz işıqlı vətəndaş
münasibəti olan,onları bədii təfəkkürün süzgəcindən keçirərək tipikləşdirməyi bacaran bir
istedadın əsəridir.
Dostları ilə paylaş: