Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə228/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   224   225   226   227   228   229   230   231   ...   274
ÇİNGİZ  ABDULLAYEV:  Amma  Səməd  Vurğunun  nəvələri  uce  getdi  rus 

məktəbinə,Rəsul Rzanın nəvələri uje getdi rus məktəbinə. 



ANAR:  Rəsul  Rzanın  bütün  nəvələri  Azərbaycan  məktəbinə  gediblər.  Bəlkə 

Azərbaycan dili bir də ona görə yaşadı .ki,bir neçə yazıçı nəsli azərbaycanca oxudu.Amma 

ziyalıların  böyük  qismi,alimlər,məmurlar  evladlarını  rusca  oxutdular.Proses  belə  getli: 

onlar uşaqlarını  Azərbaycan məktəbələrinə vermədikcə bu məktəblərin səviyyəsi düşdü və 

səviyyə düşdükcə daha çox adam  uşaqlarını bu məktəblərə vermədilər. Əlbəttə,böyük bir 

dili bilmək lazımlır. İngilis dilini, fransız dilini…İndi bizim taleyimiz belə gətirib ki, rus 

dili vasitəsiylə biz tək rus ədəbiyyatını yox, dünya ədəbiyyatını da əxz eləyirik. Buna görə 

də  şübhəsiz  onu  da  yaxşı  bilməliyik.  Bir  neçə  kəlmə  də  rus  dilində  yazan  yazıçılarımız 

haqqında. Burda da kerçəkliyi götürməliyik. Əlbəttə,arzu olaraq,hamımız istərdik ki,bütün 

yazıçılar öz ana dilində yazsın. Amma Azərbaycanda rus məktəbləri varsa və bu məktəbləri 

bitirənlər arasında ədəbi istedadı olan adamlar varsa, onlar təbii ki, rus dilində yazacaqlar. 

Və  onlara  bunu  qadağan  eləmək  lazım  da  deyil,mümkün  də  deyil.Ona  görə  də  mən  rus 

dilində yazan yazıçılarımızı da qəbul edirəm,onların arasında mənim köhnə dostlarım  da 

var,  Çingiz  cavandı,  Maqsud,  Rüstəm.  İlk  tanışlığımızdan  mən  onlara  demişəm  ki,  sizi 

Azərbaycan  yazıçısı  kimi  qəbul  edirəm,  amma  Azərbaycan  ədəbiyyatının  magistral  yolu 

Azərbaycan dilində yaranan ədəbiyyatdır.Sabir Rüstəmxanlı doğru dedi ki,bunların heç biri 

Astafyev  və  Rasputin  kimi  rus  dilində  yaza  bilməyəcək.  Heç  Çingiz  Aytmatov  da  yaza 

bilməyəcək.Bir  var  o  qaynaq  dil,selnən  gələn  dil,bir  də  var  distilə  olunmuş  dil,distilə 

olunmuş  rus  dili.Mən  elə  hesab  edirəm  ki,Maqsudun,Rüstəmin  yaratdıqları  xarakterlər 



581 

 

Azəbaycan  xarakterləridir..Hətta  mən  rus  mətnini  oxuyuram,amma  onların  personajlarını 



azərbaycanca  eşidirəm.Çünki  onlar  Azərbaycanca  danışırlar,müəllif  bu  danışıqları  rusca 

ifadə  edir.Mən  Rüstəmə  dedim  ki,əsərlərinizi  Azərbaycan  dilinə  tərcümə  etdirin,özü  də 

yaxşı  keyfiyyətli  tərcümə  olsun,bəlkə  heç  tərcüməçi  də  göstərilməsin.  Onda  bu  əsərlər 

Azərbaycan  ədəbiyyatı    faktı  olacaqlar.  Çünki  Rustəmin  tutaq  ki,  «Bir  cənub 

şəhərində»,Maqsudun  «Ondan  yaxşı  qardaş  yox  idi»  povestlərində  Azərbaycan 

xarakterləri,Bakı  xarakterləri,milli  kolorit  var.Bu  əsərlər  dəqiq  və  yaxşı    tərcümə  olunsa 

Azərbaycan ədəbiyyatının faktı kimi ədəbiyyatımıza təsir də edə bilər. 

«Ədəbiyyat qəzeti» 21 oktyabr 1994 

 

Anarın  şərhi:  1994-cü  ilin  payızında    böyük  yazıçı  dəstəsi  avtobuslarla  İrandan 

keçərək  Bağdada,Füzuli  yubileyinə  gedirdik.Avtobusdakı  söhbətlərimizi  o  vaxt 

«Ədəbiyyat qəzeti»nin Baş redaktoru Sabir Əhmədli maqnitofon lentinə yazmış və sonra 

tam şəkildə qəzetdə dərc  etdirmişdi.  

 

 «Mən rusca yazmağıma baxmayaraq,Vətənimə,ana dilimə bağlı insanam,ancaq bəzi 



siyasi terminlər,bəzi fikirlər var ki, onları türkcəmizə çevirəndə mənasını itiriir.Anarın bir 

kitabı  çıxmışdı  «Noçnıe  mısli».Təbii  ki,Anar  ana  dilini  gözəl  bilir,amma  bu  kitab  rus 

dilində  yazılmışdı.Mən  Anardan  soruşanda  ki,niyə  əsəri  rus  dilində  yazıb,cavab  verdi 

ki,burada elə fikirlər var ki,mən onları oxuculara daha dəqiq çatdırmaq istədim. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin