585
Onun yanındaydım,bir nəfər qəbula gəldi. Söhbətə uzaqdan başladı, Anar müəllimin
xoşuna gələcəyi qətiyyəti ilə Ə.Əylislinin əleyhinə danışmağa başladı. Anar müəllim çox
sərt şəkildə sözünü ağzında qoydu: Əkrəm böyük yazıçıdı, sən hansı haqla o sənətkar
haqqında hədyan danışırsan, sən heç onun kəsilən dırnağı deyilsən. Sonra uzun müddət
özünə gələ bilmədi: gör nə günə qalmışıq, kim kimi bəyənmir. Bir dəfə yenə onun otağında
yığışmışdıq, xeyli adam vardı. Müasir ədəbi prosesdən, o cümlədəni Yazıçılar Birliyinin
üzvü olmayan qüvvələrdən söhbət edirdik. Mən də fikrimi bildirdim ki, onların arasında
istedadlı yazarlar çoxdu. Sözümü qurtamamış məclisdəkilərin bəziləri üstümə elə hücuma
keçdilər ki, özüm özümdən şübhələndim: ilahi, görəsən, mən indiyə kimi xəbərim olmayan
hansı günahın sahibiyəm. Anar müəllim gördü ki, deyəsən bunlar məni məhv etmyə
çalışırlar söhbətə qarışdı: bu yazığın üstünə niyə düşürsünüz, nə dedi axı? Sonra yenidən
yanına getdim, məni xilas etdiyi üçün təşəkkürümü bildirdim, gülərək dedi «fikir vermə,
onlar elə bildilər ki, sən adlarını çəkdiklərindən bəziləri məni tənqid etdikləri üçün sənin
üstünə düşməkləri xoşuma gələcək. Onların bəziləri vəzifədə olanda məni tənqid edirlər,
amma bunların çoxu sədrlikdən gedəndən sonra məni tənqid etməyə başlayacaqlar».
Onu insan kimi,sədr kimi belə tanıdım.
Dostları ilə paylaş: