Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər bir tinində yaddan az qala çıxmaq
istəyən,amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır. Səninlə üz-üzə gələn və
əsla tanımadığın adamların gözlərinin dərinliyindəki doğmalıdıqdır.Mən bu doğmalığı hər
Yazıçılar Birliyi hətta dövlət siyasətinə də təsir edə bilər. Deməli, güc və təsir
müxalifət dairələri, həm də hakimiyyət qurum rəhbərliyində kimlərin təmsil olunması və
kimin sədr seçilməsi məsələsinə həssaslıqla yanaşır. Bir mənalı olaraq Azərbaycan
586
Yazıçılar Birliyi və onun rəhbəri Anar müəllimin tərəfində dayandıq. Hesab edirəm ki,
səhv etmədik. Əgər Anar orada olmasaydı, Yazıçılar Birliyinin indiki statusu, vəziyyəti də
olmazdı, bir qurum kimi çoxdan sıradan çıxardı. Birliyin və onun ədəbi dərgilərinin dövlət
büdcəsində qalması, parçalanıb bir neçə quruma dağılmaması - bunlar hamısı Anarın
rəhbərliyi sayəsində qorunub. Anar Yazıçılar Birliyinin sədri qalmaq istəyəcək və
qalacaqsa, biz yenə onunla bir mövqedə olacayıq. Əgər yeni sədr seçmək zərurəti
yaranarsa, onda bu məsələ mətbuatda və cəmiyyətdə geniş diskussiyaya çevrilməlidir.
Çünki sədr elə şəxs olmalıdır ki, qurumu öz sözünü deyə bilən, nüfuzlu, müstəqil bir
təşkilat kmi qoruyub saxlamağı bacara bilsin.
Dostları ilə paylaş: