HÜSEYN İBRAHİMOV.
«Ədəbiyyat milli sərvətdir» məqaləsindən
«Ədəbiyyat qəzeti»14 fevral 1997
Anarın şərhi: Mən dəfələrlə, o cümlədən bir neçə dəfə rəhməlik Heydər Əliyevin
iştirak etdiyi görüşlərdə fəxri adların verilməməsi haqqında təklif irəli sürmüşəm. Bundan
təşvişə düşən həmin adların daşıyıcılarına: -kim bu adı alıb, halal xoşu olsun - deyirdim, -
gələcəkdə də fəxrlə onu daşısınlar, amma bu sovet sisteminin uydudruğu bir şey idi,
dünyanın heç bir ölkəsində belə adlar yoxdur. Ordenlər var. Muüxtəlif mükafatlar var,
amma Xalq şairi, Xalq yazıçısı, nə bilim Xalq artisti, Xalq rəssamı kimi adlar yoxdur,
müstəqil Azərbaycanda da olmamılıdır.
Amma bu məsələdə məni yalnız rəhmətlik Yusif Səmədoğlu və Polad Bülbüloğlundan
başqa heç kəs dəstəkləmədi. 1998-ci ildə Heydər Əliyevin fərmanıyla mənə də başqa 9
şair və yazıçıyla birlikdə Xalq yazıçısı adı veriləndən sonra daha bu barədə danışmaq etik
cəhətdən düz olmazdı: «Aha, özü alıb, indi başqalarının almasını istəmir» - deyəcəkdilər.
Nə isə… Ədəbiyyat, sənət adamları arasında xəstə rəqabətə, yersiz qısqanclığa, əsəb
gərginliynə səbəb olan bu adlar hələ də qalır və verilir.
Bu il yanvarın 13-də, Yazıçılar Birlyinin məşhur məsləhətçilər otağında əzizmiz,
möhtərəm Anar mənə bir saralmış vərəq göstərib dedi: - Bu günlərdə atamın arxivini bir də
gözdən keçirəndə «Ağla sazım!» sərlövhəli, makina yazısında 7 bənd şeirə rast gəldim.
İmza: «M.Bəbir». Sənə də, mənə də, ədəbi mühitimizin, xüsusən də yaşlı və orta nəslinə də
Bəbir, özü də M.Bəbir adlı ikinci şair, ümimiyyətlə, ikinci hər hansı müəllif imzası məlum
deyil. Sən biləni bu Bəbir Məmmədzadə olmaz ki?
592
Allah xalq şairi Rəsul Rzaya bir də ona görə rəhmət eləsin ki, zəngin arxivininin bir
qovluğunda bu titrək, kövrək sarı yarpağı qoruyub saxlayıb. Anarımıza bir də ona görə
uzun ömür versin ki, xeyirxah işlərə, əməllərə vaxtı çatsın».
QABİL «Bir yarpaq nişanə…»
(«Ədəbiyyat qəzeti» 27 yanvar 2000)
Dostları ilə paylaş: |