RAUF ARİFOĞLU.
«Yeni Müsavat» qəzetinin baş redaktoru.
«Yeni Müsavat» qəzeti 21 aprel 1998
ANAR N.KƏSƏMƏNLİNİN HƏRƏKƏTİNİ PİSLƏYİR …
VƏ BARIŞIĞA ÇAĞIRIR.
Şair N.Kəsəmənlinin əməlləri ilə bağlı Yazıçılar Birliyinin sədri, millət vəkili Anara
da müraciət etmişdik. Bu günlərdə ondan cavab almışıq. Anar cavab məkubunda yazır:
Hörmətli Rauf bəy!
Nüsrət Kəsəmənli ilə əlaqədar mənə göndərdiyiniz məktubu aldım. Sizi, gənc
jurnalistlər nəslinin layiqli nümayəndəsi kimi mətbuatdan tanıyıram. Qazetinizə hörmətim
var. Nüsrət Kəsəmənlini də çağdaş şeirimizin ən istedadlı nümayəndələrindən biri kimi
qiymətləndirirəm. Aranızdakı acınacaqlı konfiktə təəssüflənirəm. Məsələyə bütün
təfərrüatıyla yetərincə bələd olmadığımdan yalnız onu deyə bilərəm ki, qəzetlərdə bəzən
təsdiq olunmamış məlumatların sensasiya xatirinə verilməsini təqdir etmirəm. Bunun
müqabilində hər hansı şəxsin - kim olur olsun - jurnalistlərə qarşı kobud hərəkətini
yolverilməz hesab edir və qınayıram. Bu sayaq işlər heç kəsə başucalığı gətirmir.
İctimaiyyətin diqqət mərkəzində olan hər iki tərəfi -tanınmış qələm sahiblərini - anlaşmağa
və barışmağa çağırıram.
«Yeni Müsavat» qəzeti 25 aprel 1998
Anarın şərhi: Elə həmin günlərdə hər ikisini - Rauf Arifoğlunu və rəhmətlik Nüsrət
Kəsəmənliini Yazıçılar Birliyinə, yanıma çağırdım. Sağ olsunlar, sözümü yerə salmadılar,
barışdılar.
|