FİLMFEST KURYOZSUZ ÖTÜŞMƏDİ
Kino sənətində xidmətlərinə görə xüsusi mükafat İsrailin Azərbaycandakı səfiri
cənab Milmana təqdim olunur. Bir tərəfdən möhtərəm yazıçımız Anar səhnəyə qalxır ki,
mükafatı təqdim etsin, o biri tərəfdən cənab səfir tələsik addımlarla sevincək səhnəyə çıxır
ki, mükafatı alsın. Anar müəllim də özünəməxsus ağayana bir jestlə ona verilən qəşəng
qutunu səfirə təqdim edib əlini sıxır və üzünü çevirib səhnədən aşağı enir. Biçarə səfir çaş-
baş vəziyyətdə özündən də xeyli artıq çaşmış auditoriya ilə üzbəüz qalmalı olur: həm də
təkbətək… Sonra Nərgiz Cəlilovanın sualına: - «Anar müəllim, bəs oxumadınız?». Anar
müəllimin,yenə də özünəməxsus yarızarafat -yarıgerçək cavabı: «daha verdim də
özünə»(təxminən bu cür). Salonda yenə təbii bir gülüşmə. Və səfirin kor-peşman
vəziyyətdə öz-özünə ünvanlanan bir təbriki oxuması. Situasiya komediya filmlərinə
bənzəyir ya yox? Hər halda o səhnədə o səfirin yerinə olmaq arzusu yəqin heç kəsin
ürəyindən keçən deyil.
«Azadlıq» qəzeti 16-19 oktyabr 1999
Dostları ilə paylaş: |