Cəlal Əliyevlə salamlaşmaq üçün deputatlar zalı dövrə vurur, onların bəziləri
boylanırlar ki, görən oldumu? Ümumiyyətlə isə (belə davranmayan) yazıçı Anarı və Nairə
23 may tarixli iclasda AXCP sədri Əli Kərimli ilə bağlı söylədiklərini bir az da
590
Tanınmış nasir, millət vəkili Anar həqiqi qələm cəngavəri kimi zəmanəmizdə çox da
geniş yayılmamış tənbəki çubuğu çəkir. Arada hərdən bir çox xoşladığı Amerika
siqaretlərinin də dadına baxır. İstedadının pərəstişkarlarından ötrü son dərəcə qiymətli
sayılan ömrünə 15-16 yaşlarından balta çalmağa başlayıb. Özü də bu zərərli vərdişini heç
bir dəbdə olan cərəyana dəyişmək fikrində deyil
«Panorama» qəzeti 28 fevral 1997
Sənət, ədəbiyyat biliciləri sevimli müəllifləri axtarırlar. Anara heç aman vermirlər.
Kimi təzə əsərərini xəbər alır, kimi gələcək planlarını soruşur, kimi də sadəcə aftoqraf
istəyir. Qəfil bir görüş xüsusi maraq doğurdu. Demə, «Beş mərtəbəli evin altıncı
mərtəbəsi»ni ADR oxucularına çatdıran alman tərcüməçisi yarmarkaya çatan kimi bir başa
Azərbaycan pavilyonuna gəlib.
Ə.İSAYEV.
Azərbaycan kitabı dünyanı gəzir.
Beşinci Moskva Beynəlxalq kitab sərgi-yarmarkasında.
«Kommunist» qəzeti. 1 sentyabr 1985
Anarın «Otel otağı» əsəri əsasında film çəkiləcəyi xəbərini eşidəndə doğrusu çox
sevindik. Bəs necə, axı daha bir yerində sayan layihə sükunət nöqtəsindən tərpənmişdi.
Üstəlik öyrəndik ki, filmdə baş rolun ifaçısı Anar özüdür. Film indiki zəmanədə ziyalıların
ağır və mürəkkəb həyatından, onların rastlaşdığı problemlərdən bəhs edir.
Dostları ilə paylaş: