588
Tamaşaya o qədər aludə olmuşdum, diqqət kəsilmişdim ki, gərginlikdən başağrısına
tutulmuşdum. Hətta tamaşadan gələndən sonra mənim üçün həkim çağırmışdılar.
ZÜLFİYYƏ XANBABAYEVA
Oxuduğum bütün mahnılar mənim daxili aləmimdən xəbər verir
«525-ci qəzet 17 yanvar 2004
«Meydan teatrının» yaradılması çoxdanki arzum idi. Ona görə də bu teatrın açılışını
səbrsizliklə gözləyirdim. Açılışı bu yaxınlarda - mart ayında olmuşdur. O gün teatrımızın
tarixi salnaməsi Anarın «Adamın adamı» komediyası ilə başlandı. Bəli, ilk addımımız bizə
ciddi sınaq oldu. Göstərdiyimiz tamaşa uğur qazandı. Yeri gəlmişkən deyim ki, «Adamın
adamı» tamaşasını Qaravəlli xalq oyunu formasında hazırlamışdıq. Bu tamaşanın
quruluşunu mən vermişəm.
«Meydan teatrı» nın bədii rəhbəri Arif Ağayevin müsahibəsindən
«Azərbaycan gəncləri» qəzeti.
21 aprel 1988
Dostları ilə paylaş: