ANARIN SİÇAN ƏHVALATI
Altmışıncı illərin sonlarında bir gecə Vaqif Səmədoğlu ilə İntiqam Qasımzadə
Anargilə gəlir.
Anar o zaman Vaqif küçəsindəki «yazıçılar evi»ndə küçə tərəfdən zirzəmi, həyət
tərəfdən isə ikinici mərtəbədə olan bir mənzildə yaşayırdı və o mənzilin qapısı gecə-
gündüz dostlar üçün açıq olurdu.
İntiqamla, Vaqiflə Anar zirzəmi otaqda (buradakı pəncərədən küçədən keçən
adamların ancaq ayaqqabıları gürünürdü) oturub vura-vura söhbət edirdilər və bu zaman
döşəmədə bir bir siçan qaçır. Anar da yerindən sıçrayıb o həyasız siçanın dalınca qaçır,
amma təbii ki, siçan daha cəld olduğu üçün, qaçıb gizlənir.
Anarın vaxtsız gələn dostlarının çox cəfasını çəkmiş Zemfira xanım zarafatla deyir:
-Bir siçanı da tuta bilmədiniz!
Anar:
-Biz pişik deyilik, yazıçıyıq - deyir.
Dostları ilə paylaş: |