-Mənə Anar adının qoyulması yalnız xalq yazıçısının adı ilə bağlıdır və bu mənim
mənim həyatımın dönüş nöqtəsi olub. O, həyatda bir insana lazım olan nə şərəfli zirvə
varsa, hamısına çatıb.
ANAR ŞABANOĞLU
-Anar haqda fiikilər, Anar sevgisi 3-4 cümləyə sığmaz. Anar bir epoxadır. Təbii ki,
bilirdim. Bu ailə haqda bizdə kitab vardı, səhv etmirəmsə elə Anarın kitabı idi. Onu
616
oxudum və məndə bu ailəyə dərin hörmət yarandı. Ondan sonra Nigar xanım mənim üçün
Azərbaycanın qadınlıq rəmzinə çevrildi. Azərbaycan kinosunun ən dəyərli nümunəsi
«Təhminə» filmidir. «Təhminə» artıq bir klassikadır, bu filmin ifaçıları hər evdə sevilir.
Eyni sözləri «Gün keçdi» filmi haqıqnda demək olar. Anar bir fikir dahisidi, «Mən, sən, o
və telefon» hekayəsi Anarın nə qədər unikal təxəyyülə malik olmasına daha bir nümunədir.
ANAR BAYRAMOV
İqtisadi Tədqiqatlar Mərkəzinin meneceri
-1980-cı ildə anadan olmuşam. Həmin dövrlər yazıçı Anarın «Beş mərtəbəli evin
altıncı mərtəbəsi» adlı əsəri dəbdə olub. Ona görə həmin dövrlədə tələbə olan əmim qızının
xahişi ilə adımı Anar qoyublar. «Təhminə» və «Otel otağı» fimləri nəinki Azərbaycanın,
hətta dünya səviyyəsində mükafatlar almağa layiqdir. Təbii ki, hörmətli rejissorumuz
Rasim Ocaqovun əməyini də qeyd etmək lazımdır.
ANAR ƏSƏDOV
hüquq fakültəsində ekoloji hüquq müəllimi
-Təbii ki, adımın qoyulması xalq yazıçısı Anarla bağlıdır. Ona münasibətim çox
yaxşıdır. Allah ona can sağlığı versin.
Dostları ilə paylaş: