623
ANARIN AYAQQABISININ FACİƏLİ AQİBƏTİ
Altmışıncı illərin sonlarında Bakıda dənizkənarı bulvarın Hökümət evinə baxan
hissəsində bir çayxana var idi və o çayxananın xüsusi müştəriləri üçün əsas fəaliyyət gecə
saat 12-dən sonra başlayırdı: çayxananın örtülü hissəsi bağlanırdı, ağaclıqdakı üç-dörd miz
isə yalnız həmin xüsusi müştərilərin ixtiyarına verilirdi. Anar, Elçin, Yusif Səmədoğlu,
Emin Sabitoğlu, Toğrul Nərimanbəyov «Marokko» dedikəri o çayxananın (nə üçünsə belə
bir adı o çayxanaya Yusif Səmədoğlu qoymuşdu) ən əziz və daimi müştəriləri idi. Araz
Dadaşzadə, Tofiq Tağızadə, Əkrəm Əylisli, Maqsüd və Rüstəm İbrahimbəyovlar, Rəhman
Bədəlov, Həsənağa Turabov, Tofiq Mirzəyev, Ruslan Şahmalıyev, Xəyyvam Mirzəzadə də
tez-tez «Marokko»ya baş çəkərdi və bura bir növ klub kimi bir şey olmuşdu, onlar bir-
birini görməkdən ötrü gecə saai 12-dən sonra «Marokko»ya yollanardı, bir-birlərinə görüşü
«Marokko»da təyin edərdilər.
İmkan olanda burada xüdmani məclislər də qurulardı (pendir, kolbasa və təbii ki,
araq) və bir payız axşamı Elçinlə Anar ciblərinin imkanı dərəcəsmdə (yeməkdən az,
araqdan çox)gecədən xeyli keçmişə kimi «Marokko»da yeyib içirlər.
Yavaş-yavaş yağış yağmağa başlayır və onlar o gözəl məkandan çıxıb ikisinin də
Vaqif küçəsində yaşadığı (Elçin 6-mərtəbədəki bir otaqlı mənzilidə, Anar isə üç otaqlı,
amma yarızirzəmi və illah da yağış yağanda lap «ləzzətli» olan bir mənzildə) binaya tərəf
üz tuturlar. Get-gedə şıdırğı bir yağış yağır.
Ədəbiyyatdan (eləcə də ədəbiyyatçılardan!), sənətdən,dünyanın cürbəcür işlərindən,
İrandan-Turandan,əhdi-peymandan danışa-danışa, yağışın əlindən gizlənmək üçün
divarların dibi ilə gedirlər və bayaqki o gözəl məclisin təsirindən ehtizaza gəlmiş Anar
birdən deyir:
-İstəyirsən sənin eşqinə ayvaqqabımı tullayım? Elçin ağzını açmağa macal tapmamış
Anar zərblə ayağını qaldırıb ayaqqabısının birini tullayır və ayaqqabı düşür Qız qalasıın
aşağısındakı üçmərtəbəli binanın ikinci mərmtəbəsindəki eyvana.
624
Təbii ki, gecənin o aləmində gedib o eyvan sahibinin qapısını döyüb ayaqqabı
istəmək müşgül iş idi…Maşın tutmağa cibdə pul yox…
Eləcə payi-piyada, biri bir ayaqqabı ilə,o birisi iki ayaqqabı ilə Vaqif küçəsinə
qalxırlar, amma yağış elə şıdırğı yağırdı,su aləmi elə basmışdı ki, o üç ayaqqabıdakı
ayaqlar da yalın ayaq kimi suyun içindəydi.
…Səhər durub eyvana çıxan o ev sahibi yəqin bir xeyli göyə baxıb ki, aya, bu tək
ayaqqabı bura hansı təyyarədən düşüb?
Dostları ilə paylaş: