ANS teleşirkətinin sabiq redaktoru Anar Yusifoğlu hazırda «525-ci qəzet»də
parlament müxbiri kimi çalışır. Qəzet yazarı kimi fəaliyyətinin ilk günlərində «525-ci
qəzet»in səhifələrində «ANAR» imzası ilə çıxış elən reportyor, sonradan bir qayda olaraq
açıq formada - «Anar Yüsifoğlu» imzası ilə yazmağa başladı. İlk baxışda o qədər də qeyri-
adi bir hadisə deyil. Ancaq Anar bəyi bu addımı atmağa məcbur elən səbəb kifayət qədər
614
ciddi əsaslara söykənir. Məsələ burasındadır ki, Azərbaycanda «ANAR» imzası ilə tanınan
ən məşhur şəxs Yazıçılar Birliyinin sədri Anar müəllimdir. Hər şey də bundan başlayıb.
Anar müəllim imzası qəzet səhifələrində hansısa siyasi təhlil məqaləsinin, yaxud
informativ materialın altında görərək əməlli-başlı narahat olub. Deyiənə görə, bundan
sonra Anar müəllimin yardımçılarından biri «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidə
zəng edərək şefinin müxbir adaşının yazılarına fərqli imza qoyulmasını xahiş edib. Və
bundan sonra jurnalist Anarla yazıçı Anarı ayırd etmək üçün imkan yaranıb.
Məsələyə aydınlıq gətirmək məqsədi ilə görüşlərimizin birində Anar Yüsifoğlunu
sözə tutduq. Həmkarımız əlavə heç bir şey söyləməyib, vəziyyətdən xəfif təbəssümlə çıxdı.
İndi Azərbaycanda bir Anar var - yazıçı Anar. Anar Yusifoğlu da bir dənədir. Belə
yaxşıdır. Hərənin öz adı var.
Tural Abbas.
«Anar Anardan xahiş edib: Mənim adımı adına yazma»!
«Yeni Müsavat» qəzeti 24-30 yanvar 1999
Məşhur altmışıncılarrın görkəmli nümayəndəsi Anarın 70 yaşı tamam olur. Anar
ömrü bütünlüklə təkcə yazıçı yox, ümumiyyətlə ziyalı anlayışına bir örnək, nümunədir.
Yəqin elə bu səbədəndi ki, xalq həmişə haqqı tapdanan dönəmlərdə ədaləti Anardan tələb
edir. Və Anar da öz xalqı qarşısında borcundan bir yazıçının gücü daxilində olandan artıq
çıxır. Çünki görkəmli yazıçı xalq qarşısında məsuliyyəti bir an belə unutmur. Xalqın
yazıçıya dərin ehtiramının bir nümunəsi də onun adını məhəbbətlə övladlarına verməsidir.
Biz də öz növbəmizdə «525-ci qəzet» olaraq Anarın 70 illik yubileyi münasibətilə onu
təbrik etməklə yanaşı, bu adın daşıyıcıları olan müxtəlifı peşə sahiblərinə müraciət etdik.
Beləliklə,
ANAR YUSİFOĞLU.
İctimai Televiziyanın
Analitik proqramlar departamentinin direktoru
615
-Məndən Anar haqqında soruşunsunuz, adımın Anar olduğuna görə. Yoxsa, Anar
haqqında danışmaq mənlik olmazdı. Amma bəlkə də olardı. Axı mən də Anaram. Ona görə
özümə sual verirəm: Səncə Anar kimdir?
Anar Azərbaycan ədəbiyyatındakı 60-cılar dalğasının böyük nümayəndəsi və
yaradıcılalırından biridir. Anarın Çingiz Aytmatov, Oljas Süleymenov, Orxan Pamuk kimi
öz romanlarını dünyaya çıxara biləcək potensialı və haqqı var. Amma gorəsən inzibati işlər
ona bu məsələdə çox da mane olmadı ki? «Qobustan»da, sonra Yazıçılar Birliyindəki
işlərini nəzərdə tuturam. Təkcə «Dədə Qorqud»un ssenarisiylə Anar «Kitabi Dədə
Qorqud»la yanaşı, bütün türk mifologiyasından çıxış edib. Əslində Anar ədəbiyyatımızda
bir Təhminə və Zaur əfsanəsit də yaratdı. Anarın böyuklüyü bir də ondadır ki, kimsə «Anar
bitib, Anar tükənib» demir. Hələ də gözləyirik. Anar -anmaq, anlamaqdan əvvəl qədim
türk tayfasının adıdır. Bu adı qaytaran da, bərpa edən də, məşhurlaşdıran da ODUR və
deməli, ölkənin BİRİNCİ ANARıdır. Və sonuncu Anar da olmayacaq. 14 martda Anar
adının yeniləşməsinidən 70 il ötür.Köhnəlməyən yeniliyə görə ONU, bu adı daşıdığıma
görə, deməli, özümü də təbrik edirəm.
Dostları ilə paylaş: