məhsulunun yüksək keyfiyyəti uğrunda mübarizə” nümunəsi sa-
yıldı... “Biz ona nail olmuşuq ki, – “Kommunist” qəzetindəki
məqalədə deyilirdi, – əski ədib və şairlərimizin çox hissəsi sözdə
deyil, işdə Şura platformasında durduqlarını sübut etmişlər. Cəfər
Cabbarlının “Yaşar”ı, Yusif Vəzirin “Qızlar bulağı” və “1917-ci
ildə” romanı bunun ən aydın misalları ola bilər”.
Bu çoxdan gözlədiyi “bəraət hökmü”ydü, hələ ki, necə
deyərlər, qansız ötüşmüşdü. Başlıcası, əsərin nəyə həsr olun-
ması yox, necə yazılmasıdı, yazanın düşüncələrini tam ifadə
eləməsidi. “Studentlər”in ikinci kitabı olan “1917-ci ildə” ro-
manına bundan sonra bir də əl gəzdirmək fikrindəydi, amma
Şuşayla bağlı bir roman da düşünürdü, on səkkizinci yüz illə
bağlı tapdığı kitabları oxuyub xeyli qeydlər götürmüşdü.
...Azərbaycan Şura Yazıçılarının ilk qurultayı 1934-cü il
iyulun ortalarında oldu. Hacıbaba Nəzərli və Məmmədkazım
Ələkbərli sədrlik elədilər, rəyasət heyətinə Ruhulla Axundov,
412
Vsevolod Vişnevski, Məmmədkazım Ələkbərli, Hacıbaba
Nəzərli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Abdulla
Şaiq, Süleyman Rüstəmzadə, Mir Cəlal Paşayev və başqaları
seçildilər, Mehdi Hüseyn, Sabit Rəhman, Əhməd Triniç, Mi-
kayıl Rəfili, Hacıbaba Nəzərli, Vsebolod Vişnevski, Çubar
məruzələrlə çıxış elədilər, çağırışlar, vədlər, öhdəliklər bir-bi-
rinin ardıca səsləndi.
Mehdi Hüseyn çıxışında Yusif Vəzirin “Qızlar bulağı”nı
əməlli-başlı təriflədi:
“Qızlar bulağı” əsərinin üç böyük qiyməti vardır. Birincisi, ya-
zıçı əsərin materiallarını yaхşı təhlil etmiş, bir çoх materiallar (əsərə
aid) birbəbir gözdən keçirilmişdir. İkincisi, keçmiş əşirət dövrünün
hadisələri, ənənələri yaхşı təfsir olunmuşdur. Üçüncüsü, Yusif
Vəzir dilində çoх müvəffəq olmuşdur...”
Bu məqamda iclasın sədri Məmmədkazım Ələkbərlinin
narahatlıqla qurcalandığını sezdi.
Mikayıl Rəfili çıxışının axırında sözü onun romanının
üzərinə gətirdi:
“...Yusif Vəzir yoldaşın “Qızlar bulağı” əsəri otuz birinci ildə
yazılmış, lakin otuz dördüncü ildə çapdan çıхmışdır. Bu biabırçılıq-
dır...”
Deyəsən, bu Ələkbərlinin heç хoşuna gəlmədi, üzünü
natiqə tutdu:
“Yoldaş Rəfili, vaхtınız qurtarmışdır!”
Onda beynindən keçirdi ki, “Qızlar bulağı”nın taleyi heç
də asan olmayacaq...
Cəfər Cabbarlının sədrlik elədiyi səhər iclasında sözünü
dedi, nəsrdə olan yüksəlişdən, tənqidin nəsrlə ayaqlaşmama-
sından, bəzi yazıçıların öz üzərlərində işləməmələrindən,
lovğalıq xəstəliyinə tutulduqlarından danışdı. Bu vaxt salon-
dakı cavanların arasında narazı sifətlər gördü, istehzalı
təbəssümlər sezdi.
“Yuxarı”nın məsləhətilə idarə heyətinin sədrliyinə
Məmmədkazım Ələkbərlinin namizədliyini irəli sürdülər:
413
gəncdi, cəmi iyirmi doqquz yaşı var, savadlıdı, Moskvada
Qırmızı Professorlar İnstitutunu bitirib, əqidəlidi – marksist
tənqidin tanınmış nümayəndəsidi.
Əl qaldırdılar, seçdilər. Yusif Vəzir buna xüsusi əhəmiyyət
vermədi: ədəbiyyat yazıçının beynində və masasının üzərində
yaranır, onun seçilməyi məsləhətdisə, qoy olsun.
Qurultayın son günündə Rəşid bəy Əfəndiyev, Vsevolod
Vişnevski, Aleksandr Şirvanzadə, Abdulla Şaiq, Yefim Qur-
viç, Mikayıl Rəfili, Cəfər Cabbarlı, Qantəmir (Əfəndiyev),
Məmməd Səid Ordubadi, Əhməd Cavad, Səməd Vurğun,
Mehdi Hüseynlə xatirə şəkli də çəkdirəndə birinci sırada Ab-
dulla Şaiqlə yanaşı oturdu. Həmin məqamda fikirləşirdi ki,
deyəsən, hər şey təzədən başlayacaq, Allah axırını xeyir
eləsin.
***
Qurultaydan dərhal sonra neçə illərdən bəri ürəyində sax-
ladığı arzusunu yerinə yetirmək fikrinə düşdü: tanıdıqlarının
çoxu yayda ailələrini gözəl guşələrə istirahətə aparırlar,
amma o indiyədək buna imkan tapmayıb. Bir az maaşından
artırıb, “Qızlar bulağı”nın və tərcümələrinin qonorarını alıb,
bu məbləğlə bir ay hamının təriflədiyi Qusarda istirahət
eləmək olar. Dostu Hacıağa İbrahimbəyli də hey təkidlə ora
çağırır.
Yığışdılar, qatarla Xaçmaz stansiyasına gedib, maşınla Qu-
baya yollandılar. Arvadının səssiz xoşbəxtliyi, Orxanla
Fikrətin sevinci hələ dünyaya heyrətlə baxıb ilk kəlmələri
deyən qızının gülüşləri qəlbinə rahatlıq gətirirdi. Bu anları
illərlə gözləmişdi, xəyalında canlandırmışdı. Gec oldu, amma
gerçəkləşdi: hələ qırx yeddi yaşı var, yəqin, ömür də bir qədər
möhlət verəcək.
Qubada iki gün ləngiməli oldular. Hacıağa onu belə
tezliklə buraxmaq istəmirdi, üstəlik, sən demə, yerli maarif
işçiləri Yusif Vəzir Çəmənzəminlinin gəldiyini eşidib görüş-
414
mək arzusunda olduğunu bildiriblər. Görüşlərə, çıxışlara,
məclislərə o qədər meyil göstərməsə də, boyun qaçıra bilmədi.
Neçə ay idi ki, ədəbi aləm “Qızlar bulağı”ndan danışırdı, ro-
man barədə müəllimlərin fikrini bilmək də maraqlı olardı.
Səhəri gün Qusara yola düşəndə hələ o görüşün təsiri al-
tındaydı: yazdıqları haqqında ancaq xoş sözlər eşitmişdi, həm
də başlıcası, fikirlər sadə, aydın, qərəzsiz, gurultulu ədəbi
ibarələrdən uzaq idi.
Qusarda kirayələdikləri ev dəbdəbəsiz, ancaq səliqəliydi,
geniş həyəti, həyətin ortasında iri ceviz ağacı vardı; uşaqlar
həyətdə asudə oynayır, ailəlikcə yeməklərini ağacın altında
açdıqları süfrədə yeyirdilər. Dincəlməyə gəlsə də, özüylə ki-
tab, yazı dəsti, qəzet-jurnal da götürmüşdü, bazarlıq eləyib
əyər-əskiyi yoluna qoyandan sonra oxuyub qeydlər aparırdı.
“İstirahətə gəlmisən, yoxsa yazıb-pozmağa? – Bilqeys xa-
nım hərdən ərklə dillənirdi. – Bir az da dincəl”.
“Mən ürəyimi boşaldanda dincəlirəm də, Bulqu”, – Yusif
Vəzir gülümsünürdü.
Bir neçə gün sonra qəfil qonaqları da gəldi: Bilqeyis xanı-
mın dayısı qızı texnikumu bitirib Qusara təcrübəyə göndə-
rilmişdi, bacısı Aliyə və qardaşı Ağaməmməd də onu
yerləşdirmək məqsədilə tək qoymamışdılar. Əlbəttə ki, qo-
naqları belə tezliklə buraxmadılar, günlər daha da maraqlı
keçməyə başladı. Tez-tez hazırlıq görüb Qarabulaq meşəsinə
gedirdilər, çay kənarı, bulaq başı, dincəlməyə gələnlərin mu-
siqili səs-küyü ruhlarını oxşayırdı.
“Vallah, az qalıram, Bakıdakı işimi atıb bura gəlim, ya da
Şuşaya gedim”, – həsrətilə dillənirdi, dərhal da xəyal onu
çəkib Cıdır düzünə, Topxana meşəsinə, İsa bulağına aparırdı.
“Yenə Şuşa yadına düşdü... – Bilqeyis xanım bacılara pıçıl-
dayıb başını bulayırdı. – Heç yadından çıxır ki...”
“Gedə bilmədim Şuşaya, – Yusif Vəzir gözləri yol çəkə-
çəkə papiros yandırırdı. – Atamı itirdim, anamı itirdim, bacı-
larım qürbətdədi, qardaşımın indi qəbri də yoxdu... Dağılmış
yurdumuzu görməyə ürəyim tab gətirməz...”
415
Bilqeyis xanım dayısı oğluna göz-qaş eləyir, Ağaməmməd
də dərhal əl-ayağa düşürdü:
“Bəlkə, nərd ataq? Bəs Balabəy əmidən nərdi niyə aldıq,
gedəndə o kişiyə nə cavab verərik?”
Bu sözlərlə çöhrəsindəki duman dağılır, xatirələrin
cəngindən qurtulub gerçək həyata qayıdırdı...
***
İstirahətləri yaxşı keçdi. Bakıya qayıdanda özünü gümrah
hiss eləyirdi, portfelindəsə xeyli qeydləri vardı. O qeydlərdən
birini “Qusar mülkədarları” adlı hekayəyə çevirib qəzetə verdi.
Yenə institutda dərslər, ailə qayğıları, masa arxasında
keçən gecələr başladı. Uşaqların bağçadan gətirdikləri sual-
larla məşğul olmaq, onlara nağıllar oxumaq da lazım gəlirdi.
Bəzən Süleyman Saninin “Qorxulu nağıllar”ını, bəzən fransız
nağılları istəyir, atalarının yazdığı “Məlikməmmədin na-
ğılı”nısa əzbərdən bilirdilər.
Məmməd Səid Ordubadinin yaxınlıqdakı on yeddi nömrəli
binada yaşadığından xəbər tutmuş, az sonra ailəliklə get-
gəlləri başlamışdı; Səməd Vurğun Lermontov küçəsində bi-
rotaqlı mənzilə köçmüşdü, tez-tez küçədə rastlaşırdılar; “Ya-
ramaz” adlı hekayələr kitabı çıxmışdı, tərcümələrlə məşğul
olurdu, kinoya get-gedə maraq artdığını görüb ssenarinin
necə yazıldığını da öyrənirdi...
O günlərin birində parlamentdən tanıdığı Rəhim bəy
Vəkilovun intihar elədiyini Farizdən eşidəndə çox sarsıldı.
1923-cü il tuthatutunda müsavatçı kimi ələ keçib sürgünə
göndərilmişdi, qayıdandan sonra Bakı-Culfa dəmir yolunda
işləyirdi. Amma rahat buraxmamışdılar, nəticəsi də bu ol-
muşdu.
Sonra Xudadat Məlikaslanovun həbs olunub sürgünə
göndərildiyindən xəbər tutdu. Onu parlamentdən tanıyırdı,
Milli Şuranın üzvü, dəmiryol, poçt teleqraf, sonra sənaye və
ticarət naziri, hökumət sədrinin birinci müavini olmuşdu.
416
Axır vaxtlar elmlə məşğul olan adamın quruluşa hansı
təhlükə törətdiyini başa düşə bilmirdi.
O biri ilin ilk günü Cəfər Cabbarlının vəfatını eşidib daha
bir sarsıntı keçirdi: otuz beş yaşında bu qədər yazıb-yarada-
san, əlbəttə, buna ürək dayanmaz. Cümhuriyyət illərində
eyni cəbhədəydilər, yəqin, Cəfər də onun kimi həmişə
keçmişlə bağlı səksəkə içində yaşayıdı; proletar tənqidçilərin
amansız “ifşa”larından salamat qurtarmışdısa, deməli, anası
namaz üstəymiş. Əcəlsə aman vermədi, çox tez apardı.
“Mirzə Cəlil, Əbdürrəhim bəy, Cəfər... Üçü də qışda
rəhmətə getdilər...” O axşam dəfndən qayıdandan sonra fikir-
li-fikirli dilləndi.
“Bu hardan ağlına düşdü?” – Bilqeyis xanım çayı masanın
üstünə qoyub təəccüblə soruşdu.
“Heç, – papiros yandırıb mətbəxin nəfəsliyini araladı, –
otağın qapısını ört, uşaqlara soyuq olar”.
“Bu bayram günlərində özünə istirahət ver, papirosu da az
çək”, – arvadı yataq otağının qapısını çəkib geri dönəndə
dilləndi.
“Olmur, Bulqu, olmur, – gözlərini pəncərədən bayıra dik-
di. – Elə bil, mənim də vaxtım daralır...”
“Sən Allah, elə demə, nə olub, hər şey yaxşıdı”.
Arvadının səsinin titrədiyini sezib geri dönəndə onun
gözlərində yaş gördü.
“Yaxşı, ağlama, – onu sinəsinə sıxıb saçından öpdü, – hə,
hər şey yaxşıdı... – Sonra gülümsədi. – Sən yat, mən bir az
işləmək istəyirəm...
Onda ÜİK(b)P MK Siyasi Bürosunun 12 dekabr 1932-ci il
qərarıyla 1933-cü il ərzində əsaslı təmizləmələrin nəzərdə tu-
tulduğunu, amma bir sıra səbəblər üzündən üç il gecikdirildi-
yini çox az adam bilirdi...
İndi “sosial cəhətdən yad elementlər”ə, keçmiş müxa-
lifətçilərə “etibarsızlar” və “məsləyinə dönük çıxmışlar” da
əlavə olunacaqdı...
Hələ ki səksəkəli sakitlik pozulmamışdı...
|