Neriman Qurban indd


XXVI FƏSİL TUFANQABAĞI SAKİTLİK  Yusif Vəzir



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə101/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   97   98   99   100   101   102   103   104   ...   175
XXVI FƏSİL

TUFANQABAĞI SAKİTLİK

 Yusif Vəzir

 Bakı, Quba, Qusar, Bakı

 Noyabr 1929-cu-yanvar 1935-ci illər

 ...Ölkədə başqa havaydı, bir halda ki, öz istəyilə gəlmişdi, 

o havaya uyğunlaşmalıydı, uyğunlaşa bilməsə də, o havanı 

dəyişməyə çalışmamalıydı, yoxsa nəhəng qüvvənin tırtılları 

altına düşərdi – Yusif Vəzir bunu çox gözəl dərk eləyirdi.

 Həm də həmin nəhəng qüvvə ikiydi: biri dövlət maşını, 

Mərkəzi Komitə, Baş Siyasi İdarə, çekistlər, digəri dövlət ma-

şınına qulluq göstərən, tanınmaq, məşhurlaşmaq, vəzifə tut-

maq eşqilə alışıb-yanan adamlar.

  Yusif  Vəzir  birinci  qüvvədən  çox  ikinci  qüvvədən, 

məcburən  ünsiyyətdə  olduğu  bəzi  qələm  yoldaşlarından  – 

proletar  yazıçılardan  ehtiyat  eləyirdi,  çünki  ikincilər  “qara 

siyahıya”  salmasaydılar,  birincilər  sənin  kim  olduğundan 

xəbər tutmazdılar... 

 Yazıçı-şairlərin ilk böyük və kütləvi birləşməsi 1926-cı ildə 

yaradılan “BAPP” (Bakı Proletar Yazıçıları Assosiasiyası) ol-




401

muş, həmin təşkilatda əsasən Bakıda yaşayıb-yaradan qələm 

sahibləri yığışmışdılar. Az sonra da ikincilər qeyri-proletarla-

ra qarşı təşkilatlanıb “fəhlə və kəndlilərin zövqünə müvafiq 

əsərlər yazmaq” məqsədilə “Gənc Qızıl Qələmlər Cəmiyyəti” 

yaratmışdılar, sonra onu “Qızıl Qələmlər İttifaqı”na çevirdilər, 

üstəlik,  “Maarif  və  mədəniyyət”  məcmuəsinə  yiyələndilər, 

ardınca da Böyükağa Talıblının sədr, Əhməd Cavadın katib, 

Əlibəy  Hüseynzadənin  fəxri  üzv  olduğu,  mümkün  qədər 

tərəfsiz olmağa çalışan “Ədəbiyyat Cəmiyyəti”ni partiyanın 

əlilə özlərinə birləşdirdilər. 

  1928-ci  ildə  altmış  beş  üzvdən  və  iyirmi  beş  üzvlüyə 

namizəddən ibarət Azərbaycan Proletar Yazıçıları Assosiasi-

yası  yaradıldı.  Həmin  Assosiasiyanın  birinci  qurultayı  o  il 

yanvarın 13-də Teymur Hüseynovun sədrliyilə keçirildi, qu-

rultayda  gənc  şair  Süleyman  Rüstəmzadə  məruzəylə  çıxış 

elədi.  Fəxri  rəyasət  heyətininə  Ruhulla Axundov,  Hacıbaba 

Nəzərli,  Mustafa  Quliyev,  Süleyman  Rüstəmzadə,  Mustafa 

Quliyev,  Əhməd  Triniç, Anri  Barbüs,  Maksim  Qorki, Alek-

sandr Serafimoviç və Nazim Hikmət seçildilər. Hətta, Avro-

padan  proletar  yazıçıların  solçu  həmkarları  Bela  İmreş,  İo-

hannes Beher, Mate Zalka, Lüdviq Renn də gəlmişdilər. Yeni 

qurum “beşillik planla əlaqədar yazıçıların vəzifələri”ni müəyən-

ləşdirdi,  “bəzi  zərərli  təmayüllərə  qarşı  mübarizə  tədbirləri” 

nəzərdə tutdu.

 Bircə il keçmədi ki, proletar yazıçılar ikinci qurultaylarını 

da  keçirdilər,  ölkənin  hər  yerində  ədəbi  dərnəklər  yaradıb 

həvəskar gəncləri bir yerə yığdılar, üstəlik, “Hücum” adlı ay-

lıq dərgi də nəşr elədilər. İndi şövqlə yazıb-yaradır, kolxozu, 

pambığı,  nefti,  zavod-fabriki,  fəhləni  əsərlərinə  gətirirdilər, 

bunu bacarmayanları – Mirzə Cəlili, Əbdürrəhim bəyi, Seyid 

Hüseyni, Hüseyn Cavidi, Seyid Hüseyni, Tağı Şahbazini, Ab-

dulla Şaiqi, Yusif Vəzirisə “cığırdaş” adlandırır, “köhnəpərəst” 

sayırdılar.

 Hərdən Abdulla Şaiq Şahzadə xanımla gəlir, ya da Bilqeyis 

xanımla uşaqları götürüb onlara gedirdilər.




402

 “Yoldaş çığırdaş xoş gəlib, səfa gətirib, – ev sahibi onu za-

rafatyana  qarşılayırdı,  –  de  görək,  proletar  ədəbiyyatımıza 

hansı töhfəni vermisən?”

  “Vallah,  Şaiq  Əfəndi,  –  Yusif  Vəzir  də  zarafat  havasına 

uyurdu, – bilmirəm töhfədi, ya yox, amma axır ki, “Studentlər” 

romanımın redaktəsini bitirib nəşriyyata verdim, yəqin, yaxın 

həftələrdə cap olunar”.

 “Studentlər” sənin Kiyevdə oxuduğun dövrdəndi, yuxarı-

dansa yeni dövr barədə əsərlər istəyirlər”, – Abdulla Şaiq bı-

ğaltı gülümsünüb qonağı süzürdü.

 “Hekayələrimi də nəşrə hazırlayıram, adını “Qazanc yolun-



da”  qoymuşam...”  –  Yusif  Vəzir  yenə  özünü  sığortalamağa 

cəhd göstərirdi.

  “O  hekayələr  inqilabdan  əvvəlki  dövrə  aiddi,  indi  şanlı 

proletar işindən bəhs eləyən, həm də irihəcmli, parlaq əsərlər 

tələb olunur”, – Abdulla Şaiq, az qala, onu tərk-silah eləyirdi.

 “Beynimdə bir neçə mövzu var, inşallah, nəsə fikirləşirəm”, 

–  Yusif  Vəzir  dostunu  başa  düşdüyünü  bildirən  tərzdə 

mənalı-mənalı üzünə baxırdı.

  Əlbəttə,  proletar  yazıçılar  zarafat-filan  eləmirlər,  hətta, 

Əhməd Cavadı, Mikayıl Müşfiqi də yeni quruluşdan yazmaq 

məcburiyyətində  qoyublar;  “cığırışdaşlar”ın  nazıyla  da  çox 

oynamayacaqlar,  bir  gün  yaxalarından  yapışıb  “fəhlə-kəndli 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin